Gələcəyin avtobusu: SuperBus Bakıda

Dünyanın ən bahalı, dəbdəbəli və sürətli avtobusu elektrik enerjisi ilə çalışır

Milli.Az xəbər portalının məlumatına görə, Nəqliyyat Nazirliyi ölkəmizə yeni avtobusların gətirilməsinə çalışır. Yeni nəsil avtobuslar olduqca fərqli və əlverişlidir. Texnologiyanın son nailiyyətlərindən biri olan bu "Superbus"ı ("superbas") dünya mediası "Gələcəyin avtobusu", "Texnikanın möcüzəsi", "Milyonçuların ekspressi" kimi titullarla öyməkdən yorulmur...

Ekstravaqant dizayn

Təxminən 20-23 nəfərlik oturacağı olan avtobuslar son texnologiya ilə hazırlanıb. Kənardan baxanda mühüm dövlət adamının xidməti avtomobili təsirini bağışlayan bu avtobus olduqca lüksdür.
Uzunluğu 15 metr olan "limuzin-avtobus" ekstaravaqant dizayna sahibdir. Hər iki tərəfdən qapıları yuxarıya doğru açılır. Hər qapının açıldığı salonda 3 oturacaq var. Hər iki tərəfdə 8 qapısı olmaqla 16 qapılı "Superbus"un maksimal sürəti 250 km/saat-dir.

Avropada "Milyonçuların avtobusu" adlandırılan "uzundraz"ın salonu olduqca rahar oturacaqlar, simsiz internet, televizor, mikroiqlim tənzimləyici sistemlərlə və s. ilə təchiz olunub.

Superavtobus tamamilə elektron sistemlə idarə olunur. Sürücü kabinəsi isə, hərbi təyyarələrin idarəetmə kabinəsini xatırladır. Radar sistemi, sensor panel və bortlara nəzarət mexanizmi var.

Maksimum təhlükəsizlik

"Texnikanın möcüzəsi" qəza zamanı sərnişinlərin təhlükəsizliyi üçün maksimal tələblərə cavab verir. Olduqca geniş salonu var və oturacaqlar kəmərlə təchiz edilib. Kəmərlər oturacağın yuxarı hissəsinə bənd edilib, aşağıya doğru iki enli qayış uzanır və qayışların ucları oturacaqların söykənəcək hissəsinin aşağısına bərkidilib.

Təsəvvür edin ki, kürəyinizə bel çantasını neçə keçirirsinizsə, kəmərlər də eyni qaydada hazırlanıb. Hər iki çiyini möhkəm söykənəcəyə bərkidir və hər hansı bir qəzadan minimum zərərlə çıxmağı təmin edir. Kompozit kuzası zərbənin təsirini xeyli azaldır.
Təhlükəsizlik kəməri bununla bitmir, oturacağın bir tərəfindən baqa bir tərəfinə kəmər yönləndirilib və bu kəmər sərnişinin belini oturacağa möhkəm sıxır. 3 cüt təkərin təkanı ilə hərəkət edən bu uzun maşın-avtobusun sürücü kabinəsi də çox əlverişlidir. Kənardan bir növ sürət qatarını da xatırladır. TenCate kompaniyasının son istehsalının boy-buxununa nisbətən yüngül çəkisi var.

Ekologiyanın dostu

"SuperBus" ilk dəfə bu ilin əvvəlində Amsterdamda keçirilən "Millionaire Fair" sərgisində nümayiş etdirilib. Bu avtobusu dünyanın ən bahalı, dəbdəbəli və sürətli avtobusu statusu ilə sərgiləyiblər.
Zəmanəmizdə ekologiyanın maksimum çirkləndirilməsi prosesi getdikcə inkişaf edir, təbiətə hər gün daha çox zərərli qazlar və tüstülər buraxılır. Amma yeni super avtobusun özəlliyi var. "SuperBus" adlanan bu nəqliyyat vasitəsi elektrik enerjisi ilə işləyir. Bu da o deməkdir ki, ekologiyamız bu avtobuslardan zərər görməyəcək.

"Superbus" raket və təyyarələrin istehsalında istifadə edilən xüsusi materiallardan hazırlanıb. Olduqca güclü elektrik mühərriki ilə təchiz edilib. Elektrik mühərriki qidalandıran "akkumlyatorlar" avtobusun arxa hissəsində quraşdırılıb.

"Biznes-klas" salon: üstünləkləri nələrdir?

Sərnişinlərin rahatlıqla oturacağı "SuperBus"da komfort yüksək səviyyədədir. Düşünürük ki, bu avtobus ilə Bakı-Sumqayıt yolunda sərnişinlərin daşınması üçün bir çox üstünlüklər var. Bu üstünlükləri sıralasaq, aşağıdakı göstəricilər alınar:
- Baki-Sumqayıt yolunun yaxşı vəziyyətdə olması,
- İki şəhər arasında gediş-gəlişin intensiv olması,
- "SuperBus"ın elektrik enerjisi ilə işləməsi,
- Tələsənlər üçün əvəzedilməz vasitə olması

Qeyd edək ki, avtobusun bütün ön və arxa təkərləri dönmə qabiliyyətinə malikdir və bu da onun şəhər küçələrində də rahat hərəkət etməsini təmin edir. Yüksək amortizasiya sistemi çalalara düşərkən maşının silkələnməsini minimuma endirir. Avtobus yüksək yükgötürmə qabiliyyətinə malikdir.
"SuperBus"un komfort səviyyəsi adi avtomobillərdən olduqca fərqlidir və bir növ biznes-klas təyyarə salonu rahatlığı ilə eynidir. Ona görə də, bu nəqliyyat vasitəsində gediş haqqının bir qədər baha olacağı şübhəsizdir.

Nəqliyyat Nazirliyi ilə "gizlənqaç" oyunu

Nəqliyyat Nazirliyindən məsələ ilə bağlı açıqlama almağa çalışdıq, həmişəki kimi "gizlənqaç" əməliyyatı oldu, bu ona, o buna ötürdü. Məlum oldu ki, yalnız Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bu barədə məlumat verə bilər.
4 günlük fasiləsiz mübarizədən sonra Namiq Həsənovla əlaqə yarada bilmədik. Müasir kommunikasiya sistemlərinin bütün növləri üzrə əlaqə cəhdləri səmərəsiz oldu.

"Bakı Sərnişin Nəqliyyatı" MMC-nin mətbuat katibi Samir Həsənov isə dedi ki, bu barədə heç bir məlumatı yoxdur: "Öncəliklə Nazirlik bu barədə razılığa gəlməlidir, razılaşmalar imzalanacaq və daha sonra bizə məlumat veriləcək. Hələlik, bu barədə heç bir bilgim yoxdur".
Mövzu ilə bağlı yeni məlumatlar əldə edib çatdırmağa çalışacağıq.

"Gələcəyin avtobusu"nun indiki qiyməti cəmi-cümlətani 13 milyon avrodur.

Gələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus BakıdaGələcəyin avtobusu: SuperBus Bakıda


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 14493   Tarix: 02 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497