Bakıda ebolaya qarşı tədbir

Bakıda ebolaya qarşı tədbirSəhiyyə Nazirliyi Ebola virusundan qorunmaq üçün xüsusi geyimlər alıb.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.

A.Qədirli bildirdi ki, xüsusi geyimlər artıq ölkəyə gətirilərək müvafiq qurumların tabeliyinə verilib.

Qeyd edək ki, virusa yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri üçün nəzərdə tutulmuş xüsusi geyim dəsti insan bədənini tamamilə örtən xüsusi paltar, əlcək, maska, qoruyucu eynək və rezin çəkmədən ibarətdir.

Kosmonavtların geyiminə bənzər geyimlərdə insanın gözləri də daxil olmaqla bütün üzvləri qapadılır. Ebola virusunun yayıldığı ölkələrdə xəstələrə qulluq edən tibb heyəti yalnız bu paltarlardan istifadə edir.

Anar Qədirli dedi ki, Ebola da daxil olmaqla xüsusi təhlükəli viruslara yoluxan xəstənin daşınması üçün xüsusi təcili tibbi yardım maşınları da alınıb: "Xüsusi təhlükəli virusa yoluxan xəstələrin daşınması üçün maşınlarımız var. Həmin maşınlarda quraşdırılmış avadanlıqlar vasitəsilə xəstənin ətraf mühitlə əlaqəsi kəsilir. Bir sözlə, Azərbaycan Ebolaya yoluxmuş xəstələrə qulluq edəcək hər növ geyim və avadanlıqlara malikdir".

Qeyd edək ki, xarici ölkələrdə Ebolaya yoluxan və ya bu xəstəlikdən dünyasını dəyişənlərin daşınması üçün təyyarələrdə şüşədən ibarət xüsusi qurğu quraşdırılır. Amma mütəxəssislər hesab edirlər ki, virusa yoluxan xəstələr qoruyucu paltardan istifadə etdikdə belə onların xlorinlə dezinfeksiya olunması mütləqdir.

Xatırladaq ki, virus xəstənin qanı və ya ifrazatı ilə birbaşa əlaqə, xəstənin ifrazatı ilə çirklənmiş obyektlərlə təmas, ölmüş Ebola xəstəsinin dəfn edildiyi müddətdə cəsədə toxunmaq zamanı yoluxur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1173   Tarix: 28 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 36
.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

27.04.2024 158
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 118
.

Azərbaycan hərbçiləri İtaliyada - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Bu barədə BİG.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində hərb

27.04.2024 265
.

"Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək"

"Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Reuters" agentliyi yayıb. Mənbənin sözlərinə görə, hələ regionda qalan sülhməramlıları

27.04.2024 262
.

Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək. "Report" xəbər verir ki, bunu Budapeştdə Tür

27.04.2024 131
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27.04.2024 274
.

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib. "Report" xəbər verir ki, bu barədə "Yerevan.today" məlumat yayıb. Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar

27.04.2024 147
.

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, "QAZel" markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığ

27.04.2024 206