İsti çayın necə içilməsi haqqında bir neçə qayda [Video]

İsti çayın necə içilməsi haqqında bir neçə qayda [Video]Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır. Çay ən çox istifadə etdiyimiz içkilər sırasındadır. Amma çayı içməyin də öz qaydaları var.

Qadağa 1:
Çayı acqarına içmək olmaz: Əgər çayı acqarına içsəniz, çay mədə və dalağınızı soyudacaq ki, bu da «canavarın evə girməsi» effekti yaradacaq. Çində qədimdən məsləhət görürdülər ki, "çayı boş ürəyə içməyin".

Qadağa 2:
Çox isti çay içmək olmaz: qaynar çay boğazı, qida borusu və mədəni güclü stimullaşdırır. Qaynar çayın mütəmadi qəbulu bu orqanların zədələnməsinə səbəb olur. Son araşdırmalara görə, 62 dərəcədən yuxarı temperaturda mütəmadi içilən çay mədə divarını zədələyir və müxtəlif mədə xəstəliklərinə səbəb olur. Çayın temperaturu 56 dərəcədən yuxarı olmamalıdır.

Qadağa 3:
Soyuq çay içmək olmaz: İsti və qaynar çay insana gümrahlıq verdiyi, şüur və görmə qabiliyyətini aydınlaşdırdığı halda, soyuq çay əks təsir göstərir: orqanizmə soyuq və rütubəti toplayır.

Qadağa 4:
Tünd çay içmək olmaz: Tünd çayın tərkibində olan kofein və tein maddəsi başağrısı və yuxusuzluğa səbəb ola bilər.

Qadağa 5:
Çayı çox dəmləmək olmaz: Əgər çayı çox dəmləsəniz, çay fenolu, lipoidi və efir komponentləri turşuyur. Bu da çayın həm şəffaflığını, dad və iy keyfiyyətini aradan qaldırır, həm də qida dəyərini aşağı salır. Belə ki, çay yarpaqlarında olan C və P vitaminləri, amin turşuları və digər dəyərli maddələr turşuyur. Eyni zamanda, çox dəm alan çay ətraf mühitin təsirinə məruz qalır və tərkibindəki mikroorqanizmlər (bakteriya və göbələk) çoxalır.

Qadağa 6:
Çayı dəfələrlə dəmləmək olmaz: Adətən 3-4-cü dəmləmədən sonra çay yarpaqlarında heç nə qalmır. Təcrübələr göstərir ki, birinci dəmləmə çay yarpaqlarındakı 50% faydalı maddələri çıxarır, ikinci — 35%, üçüncü — 10%, dördüncü isə 1-3%. Əgər çayı yenə dəmləmək fikrindəsinizsə, onun tərkibinə çay yarpaqlarında olan zərərli elementlər çıxacaq.

Qadağa 7:
Yeməkdən qabaq çay içmək olmaz: yeməkdən əvvəl içilən çay mədə şirəsinin durulaşdırır ki, bu da yeməyin dadsız olmasına gətirib çıxarır. Bundan başqa, həzmetmə orqanları tərəfindən proteinin mənimsənilməsi zəifləyə bilər. Odur ki, çayı yeməkdən 20-30 dəqiqə əvvəl içmək məsləhətdir.

Qadağa 8:
Yeməkdən dərhal sonra çay içmək olmaz: çayda olan tanin protein və dəmirin bərkiməsinə səbəb olur ki, nəticədə onların mənimsənilməsi çətinləşir. Əgər yeməkdən sonra çay içmək istəsəniz, 20-30 dəqiqə gözləmək məsləhətdir.

Qadağa 9:
Dərmanı çayla qəbul etmək olmaz: çayda olan aşılayıcı maddələr parçalanaraq tanin əmələ gətirir ki, bu da bir sıra dərmanların pis mənimsənilməsinə gətirib çıxarır. Buna görə çinlilər deyirlər ki, çay dərmanı dağıdır.

Qadağa 10:
Dünənki çayı içmək olmaz: bir sutka qalan çay vitaminini itirməklə bərabər, yüksək miqdarda protein və şəkərə görə bakteriyalar üçün əla şərait yaradır. Əgər çay xarab olmayıbsa, ondan müalicə məqsədilə istifadə etmək olar. Belə ki, bir sütka qalmış çay turşu və ftorla zəngin olur. Kapilyarlarda qanaxmanın qarşısını aldığına görə qalmış çaydan ağız boşluğu iltihablarında, dil yaralarında, damaq qanamalarında, dəri zədələrində, irinliklərdə istifadə olunur. Dünənki çayla gözləri silmək gözyaşlarından sonra xoşəgəlməz hissi aradan qaldırır. Səhər dişləri fırçalamazdan əvvəl və yeməkdən sonra ağzınızı dünənki dəmlə yaxalasanız, həm dişləriniz möhkəmlənəcək, həm də təravət hissi yaradacaq.

Yüklə | Download | Скачать

Formatı: *flv

Ölçüsü: 1.24 MB


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6378   Tarix: 18 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır

ündəlik həyatda çox insan meyvəni soyaraq yeməyi daha təmiz və praktik hesab edir. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, meyvənin əsas qida yükü onun qabığında toplanır. xəbər verir ki, xüsusilə alma qabığında olan polifenollar və liflər orqanizmin antioksidant qabiliyyətini ciddi şəkildə artırır

14.12.2025 998
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1439
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 908
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 303
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1146
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 665
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 308
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 394
.

TOP MP3