Müəllimlər üçün əlverişli şans

Müəllimlər üçün əlverişli şansBakıda sınaq qiymətləndirmədə zəif nəticə göstərən bəzi müəllimlərin artıq dərs saatı ilə təmin edilməsinə icazə verilə bilər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev açıqlamasında bildirib ki, artıq müəllimlərin dərs bölgüsünün aparılmasında sınaq qiymətləndirmənin nəticələri nəzərə alınır.

İdarə rəsmisi deyib ki, sınaq qiymətləndirmənin nəticələri idarə üçün bir vasitə olsa da, bu, sınaq qiymətləndirmənin ən dəqiq qiymətləndirmə mexanizmi olması demək deyil:

"Çünki ola bilər ki, qəbul imtahanlarında ən ağıllı uşaq özünü itirə, caşa bilər, xəstə ola bilər, yaza bilməz. Digəri köçürər və yuxarı bal yığa bilər. Yəni sınaq qiymətləndirmənin nəticəsinə sırf "toxunulmaz" kimi baxmaq olmaz və bu yanaşma düzgün deyil. Ona görə də biz direktorlara demişik ki, ola bilər, müəllimləriniz yaxşı müəllimlərdir. Ancaq bizim qiymətləndirmədə çox zəif nəticə göstəriblər. Əgər siz gəlib bizə əsaslandırsanız ki, baxın, bu müəllim tədrisi bu cür aparır, bu layihələri olub, valideynlər onun tədrisi təşkil etməsindən məmnundurlar, onda belə müəllimlərin dərs saatlarının təminatı ilə bağlı sual yaranmaz. Onun daha artıq dərs saatı ilə təmin olunmasına icazə verilər".

Sınaq qiymətləndirmədə ən yüksək bal toplayan müəllimə maksimal olaraq, nə qədər dərs saatının ayrıldığına gəldikdə, E.Əliyev qeyd edib ki, bu barədə konkret fikir söyləmək olmaz. Çünki məktəblərdə fənlər üzrə dərs saatları fərqli ola bilər:

"Qanunvericliyin icazə verdiyi hədd 36 saatdır. Amma məktəbdə fənn üzrə saatların sayı nə qədərdirsə, ona proporsional şəkildə də müəllim üçün dərs saatı ayrılacaq. Ola bilər ki, məktəbdə bir, ola bilər ki, bir neçə eyni fənn müəllimi olsun. Buna görə də proporsiya gözlənilməlidir".

İdarənin müdir əvəzi bəzi məktəb direktorlarının müəllimlərin sınaq qiymətləndirməsinin nəticələrinin kollektiv içində elan etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bütün hallarda direktorun sınaq qiymətləndirmənin nəticəsini kollektiv içində müəllimə bildirməsi düzgün deyil. Bununla belə, idarə rəsmisi hesab edir ki, direktor müəllimin sınaq qiymətləndirmədə necə nəticə göstərdiyini kollektivdə açıq şəkildə söyləməsə də, müəllimə ayrılan dərs saatları bunu aydın göstərəcək: "Müəllim direktora fərdi şəkildə yaxınlaşsa, o deyəcək ki, sənin yığdığın az baldır və zəif müəllimsən, ona görə sənə minimum dərs saatı verməliyəm. Dərc cədvəli tutulanda da müəllimlər başqa müəllimlərin dərs saatlarını görə biləcəklər".

E.Əliyev onu da əlavə edib ki, Bakıda müəllimlərin sınaq qiymətləndirilməsinin mütəmadi olaraq aparılması nəzərdə tutulur. Ancaq sınaq qiymətləndirmənin hansı müddətdən bir keçirilməsi barədə hələlik bir söz demək olmaz.

azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1420   Tarix: 26 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 101
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28.04.2024 224
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 673
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

28.04.2024 177
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 232
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

28.04.2024 229
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 183
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 212
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 167