Azərbaycanda dərsliklərin hazırlanma mexanizmi dəyişdirilməlidir - FOTO

Azərbaycanda dərsliklərin hazırlanma mexanizmi dəyişdirilməlidir - FOTO"Bu gün təhsildə əsas çatışmazlıq yenə də dərsliklərin hazırlanması ilə bağlıdır. Dərsliklərin hazırlanma mexanizmi dəyişdirilməlidir".

Bu fikirləri efirə gedən "Sosium" verilişinin qonağı, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib.

Qonaq son vaxtlar təhsil sistemində həyata keçirilən islahatlarla bağlı öz fikirlərini bölüşüb: "Biz təhsil üzrə Dövlət Strategiyasının hədəflərinə çatmaq üçün mexanizmlər hazırlamışıq. Görülən işlər çoxdur. Artıq təhsilin yeni məzmunu yaranıb. Kadr hazırlığı ilə bağlı yeni məsələlər proqrama daxil edilib".

Əjdər Ağayev dərsliklərin hazırlanmasında nəşriyyatların yalnız tərtibata cavabdeh olmasını təklif edib: "Dərsliyin məzmunu mütəxəssislərə həvalə olunmalıdır. Hazırda Təhsil Nazirliyinin keçirdiyi tenderdə iştirak edən nəşriyyatlar müəllifləri özü tapır və dərslikləri hazırlayır. Tender komissiyası isə əsasən dərsliyin məzmununa yox, tərtibatına, keyfiyyətinə fikir verir. Bu tenderi qazanan nəşriyyat dərsliyi nəşr edib, Təhsil Nazirliyində Dərslikləri Qiymətləndirmə Şurasına təqdim edir. Yeni yanaşmada TQDK da bu qiymətləndirmədə iştirak edir, qüsurları aradan qaldırmaq üçün öz təkliflərini verir. Təhsil nazirinin göstərişinə əsasən, bu dərsliklər bir il ərzində pilot məktəblərdə təcrübədən keçirilir".

Professor dərsliyin Konstitusiya qədər əhəmiyyətli sənəd olduğunu deyib: "Dərslik pedaqoji, psixoloji, metodiki, hətta siyasi tələblərə cavab verməlidir. Çünki dərslik Konstitusiya qədər əhəmiyyətli sənəddir. Çox təəssüf ki, xüsusilə ibtidai siniflər üçün hazırlanan riyaziyyat dərsliklərində çoxlu nöqsanlar var. Bu qüsurların əsas səbəbi isə odur ki, metodika zəifdir, məntiqi əlaqə və sistem yoxdur. İbtidai sinif şagirdinə verilən bilik onun anlaq səviyyəsinə, təcrübəsinə, görüşünə uyğun olmalıdır. Yoxsa heç pedaqoji təcrübəsi olmayan birinin alman kitabını köçürüb dərslik yazması və bununla da uşaqların alman uşaqları kimi yetişəcəyini deməsi pedaqoji baxımdan təcrübəsizlikdir. Çünki bir kitabla uşaqları dəyişmək olmaz".

Təcrübəli pedaqoq valideynlərin uşaqların dərs hazırlığında iştirakına öz münasibətini bildirib: "Mən bir mütəxəssis kimi ibtidai sinif şagirdlərinin yazı işlərinə, tapşırıqlarının icrasına valideynin qarışmasının əleyhinəyəm. Valideyn yalnız uşağın dəftər-kitabının səliqəsinə, tapşırıqlara məsuliyyətli yanaşmasına nəzarət edə bilər. Əslində, uşaq məktəbdə öyrədilməlidir. Dərsliklər hazırlanarkən uşaqların fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Mən öz təcrübəmdən çıxış edərək təklif edirəm ki, dərslik mühüm strateji əhəmiyyətli və çox böyük vətənpərvərlik və vətəndaşlıq hissi aşılayan sənəd kimi, dövlətin təhsil siyasətində əsas standartları ödəyən sənəd kimi hökumət tərəfindən hazırlanmalıdır. Təhsil Nazirliyi müsabiqə elan etsin, dərsliklər mütəxəssislər tərəfindən bir neçə variantda hazırlansın, təcrübədən keçirilsin, sonra nəşriyyatlar tenderdə iştirak edərək onu çap etmək hüququ əldə etsin. Onun hazırlanmasına cavabdeh olmasın".

Əjdər Ağayevin fikrincə, dərsliklərin hazırlanmasına hökumət səviyyəsində nəzarət olunmalıdır: "Dərsliyin hazırlanmasında pedaqoji didaktik tələblərdən başqa, ideoloji istiqamət də nəzərə alınmalıdır. Dərsliyi hazırlayan şəxs yüksək səviyyədə ideoloji hazırlığa malik olmalıdır. Çünki dərslik sadəcə material doldurmaq üçün deyil, onun əsas qayəsi bilik vermək deyil. Müəllim biliyi tədricən şagirdə mənimsətməlidir. Burada dərslik istiqamətvericidir. Bizim Azərbaycan tarixi dərsliyi hələ də sistemləşdirilməyib və lazımi səviyyədə deyil. Dərsliyin hazırlanması hökumət səviyyəsində həyata keçirilməlidir".

Qonaq xaricdə təhsil alan tələbələrin işlə təmin olunmasının vacib hesab edir: "Sovet dönəmində də tələbələrin Azərbaycandan kənarda - Moskvada və digər şəhərlərdə ali təhsil alması üçün şərait var idi. O zaman bu iş ardıcıl sistem üzrə aparılırdı. Həmin tələbələri seçilməsi, göndərilməsi, təhsilinə nəzarət və geri qayıdandan sonra işlə təmin olunması ardıcıl şəkildə həyata keçirilirdi. Lakin indi bizim xaricdə yüksək səviyyədə təhsil alan, hətta müdafiə edib doktorluq adı qazanan tələbələrimizin müəyyən qismi lazımi yerdə iş tapa bilmir. Belə tələbələr yaxşı işlə, yüksək maaşla təmin olunmalıdır. Əgər belə şərait və sistem yaradılarsa, bizim xaricdə təhsil alan tələbələrimiz də qayıdıb gələrlər. Həmin tələbələrin Vətənə qayıtması məcburiyyət və şərtlə yox, könüllü hazırlıqla həyata keçirilməlidir. Bu gün diasporların gördüyü işlərin əsas icraçıları bizim xaricdəki tələbələrimizdir".

Əjdər Ağayev Təhsil Nazirliyinin "Sabah qrupları" layihəsinin yüksək qiymətləndirib: ""Sabah qrupları" layihəsi çox uğurlu addımdır. Hazırda Təhsil Nazirliyi həqiqi mənada yeni düşüncə nümayiş etdirir. Bir çoxları ali təhsil almış müəllimlərin yenidən imtahan edilməsinin əleyhinədir. Lakin reallıq göstərir ki, nazirliyin əmri ilə işlə təmin olunan kadrlar daha uğurlu fəaliyyət göstərirlər. Təhsil kütləvilik tələb edir, lakin bu sahədə kütləviliyi təmin etmək çətindir".

Qonaq "Sabah qrupları" üçün dərslik və müəllim hazırlığı məsələsinə də toxunub: ""Sabah qrupları"nın dərsliklərində istiqamətvericiliyin olması kifayətdir. Lakin bu qruplarda tədrislə məşğul olan müəllimlər həmin tələbələrin səviyyəsinə uyğun olmalıdır. Mən bizdə belə müəllimlərin olmadığını deməyə cəsarət etmirəm, çünki yaxşı müəllimlərimiz çoxdur, lakin hal-hazırda onlar hamısı öz sahəsində ciddi işlərlə məşğuldurlar. Gələcəkdə biz bu qrupların faydasını görəcəyik. Təhsil sahəsində seçimlər insanın öz keyfiyyətləri və vətəndaşlıq xüsusiyyətləri nəzərə alınmalıdır. Təhsil prinsipiallıq və şəffaflıq tələb edir, burada milli qeyrət, milli mənafe şəxsi qeyrətdən, şəxsi mənafedən üstün olmalıdır".

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1072   Tarix: 23 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 188
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

05.05.2024 231
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 181
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 160
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 221
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

05.05.2024 157
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

05.05.2024 179
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 989
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 234