İki kişinin əhvalatı

İki kişinin əhvalatıMənbə: http://zikr.az

Uca Allah əl-Kəhf surəsində Əshabi-Kəhf, Musa ilə Xıdır və Zülqarneynin əhvalatları ilə yanaşı iki kişinin əhvalatını misal çəkir. Uca Allah buyurur:
"Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: "Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!"– dedi.
O özünə zülm edərək bağına daxil olub dedi: "Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!"
Onunla söhbət edən yoldaşı isə dedi: "Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbini inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: "Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!"– deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!"
Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: "Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!"
Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.
Onlara dünya həyatını misal çək. Bu dünya həyatı göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir. Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha xeyirlidir"
(əl-Kəhf, 32-44).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2718   Tarix: 20 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594