700 sakin Kobanidən çıxa bilmir

700 sakin Kobanidən çıxa bilmirBMT daha bir Srebrenitsanın təkrarını istəmir

BMT-nin Suriya üzrə nümayəndəsi xəbərdarlıq edərək bildirib ki, Suriyanın sərhəd şəhəri Kobanidə əksəriyyəti qocalar olmaqla 700-dək sakin ilişib qalıb.

BMT-nin Suriya üzrə nümayəndəsi Stefan de Mistura Türkiyəni şəhəri İŞİD silahlılarından qorumaq istəyən könüllüləri sərhəddən buraxmağa çağırıb.

Oradan alınan məlumatlara görə, İŞİD kürdlərin şəhərdəki qərargahını ələ keçirib, hərçənd Suriya kürdlərinin rəsmiləri bu xəbəri təkzib ediblər.
Xatırladaq ki, son üç həftə ərzində Kobani İŞİD ilə kürd qüvvələri arasında döyüş meydanına çevrilib.

Türkiyə bu vaxtadək İŞİD-ə qarşı qurudan müdaxiləni istisna edir.

Amerikanın rəhbərliyi altında koalisiyanın hava zərbələri ilə dəstəklənən kürd qüvvələri bildirirlər ki, şəhər üzərinə irəliləyən silahlıların hücumunu dayandırmaq üçün təcili olaraq silah və sursata ehtiyacları var.

Mistura deyib ki, yeganə dar keçid istisna olunmaqla Kobani İD tərəfindən "əslində mühasirədədir".

AFP xəbər verir ki, şəhərin içərisində əksəriyyəti yaşlı sakinlər olmaqla mülki şəxslər ilişib qalıb və yaxınlıqda daha 10-13 min adam yığılıb.

BMT nümayəndəsi deyib ki, İŞİD-in əlinə keçərsə, "dinc əhali çox güman qətliam ediləcək" və BMT daha bir Srebrenitsanın təkrarını istəmir.

"Biz Türkiyəni ən azı könüllülərin və onların silahlarının sərhəddən keçidinə icazə verməyə çağırırıq ki, onlar şəhərin özünümüdafiə əməliyyatına kömək edə bilsinlər". Bu bəyanatı cənab de Mistura cümə günü Cenevrədə jurnalistlər qarşısında səsləndirib.

O həmçinin Türkiyəni "öz ərazisindən bütün mümkün vasitələrlə" Kobani ətrafındakı İŞİD mövqelərinə zərbələr endirən ABŞ koalisiyasına dəstək verməyə çağırıb.

Lakin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay cümə günü deyib ki, Kobaninin bütün əhalisi şəhəri tərk edə bilib və onlar artıq Türkiyə ərazisindədirlər.

"Kobanidə terrorçu PKK-nın haray saldığı kimi heç bir faciə baş vermir", deyib cənab Aktay. "Orada iki terrorçu qruplaşma arasında müharibə gedir".
Türkiyə bu münaqişəyə hərbi vasitələrlə müdaxiləyə ona görə qismən həvəssizdir ki, İ BMT daha bir Srebrenitsanın təkrarını istəmir D silahlılarına qarşı döyüşən kürd qüvvələrin niyyətlərindən narahatdır. Türkiyənin özü ölkənin kürd azlığı ilə uzun müddət vətəndaş müharibəsində olub.

Kobaninin içində olan Suriya kürd mənbəyi şəhərin "təhlükəsizlik hissəsinin" tamamilə İŞİD-in nəzarətinə keçdiyi barədə xəbərləri təkzib edib. Kürdlərin mülki qərargahı məhz bu ərazidə yerləşir.

O bildirib ki, şəhərin cənubundakı iki inzibati bina kürd döyüşçülərin nəzarətində qalır. O deyib ki, ağır döyüşlər şəhərin "təhlükəsizlik hissəsinə çatıb, lakin şəhər hələlik təslim olmayıb".

Bir qədər əvvəl Birləşmiş Krallıqda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə Qrupu bildirmişdi ki, cihadçılar Kobanidə kürdlərin həbi qərargahını və mülki idarələrini zəbt ediblər.

"İŞİD hazırda şəhərin 40 faizinə nəzarət edir" – deyə monitorinq qrupunun rəhbəri Rami Abdel Rahman AFP xəbər agentliyinə məlumat vermişdi.
ABŞ ordusu cümə axşamı bəyan edib ki, Kobani yaxınlığındakı hədəflərə daha doqquz hava zərbəsi endirilib və İŞİD-in mövqeləri, maşınları və binaları dağıdılıb.

Türkiyə ordusu isə mümkün müdaxilə, Türkiyəni hədələyən silahlılara qarşı Suriya və İraqda hücuma keçmək üçün hərbi qüvvələrə icazə verib.
Lakin Türkiyə tanklarının sərhəd boyunca yerləşdirilməsinə baxmayaraq, Türkiyə qüvvələri indiyədək Suriya ərazisinə müdaxilə etməyib.

Bu arada Kürdpərəst etirazçılar Türkiyənin Kobaninin xilası üçün tədbir görməsi üçün son günlər Ankara üzərinə təzyiqlərini artırıblar. Türkiyənin daxili işlər naziri Efkan Ala deyib ki, bu həftə Türkiyənin müxtəlif şəhərlərində polislə toqquşmalarda 30 nəfər həlak olub.

Qeyd edək ki, üç həftə ərzində Kobani uğrunda gedən döyüşlərdə ən azı 400 nəfər həlak olub, 160 min suriyalı kürd sərhədi keçərək Türkiyəyə qaçmağa məcbur olublar.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 988   Tarix: 12 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Biz Ermənistan və Azərbaycan arasında sülhün mümkün olduğuna inanmaqda davam edirik" - ABŞ

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken Bakı ilə İrəvan arasında gərginliyin həlli istiqamətində səylərlə şəxsən məşğuldur. xəbər verir ki bu barədə xarici mətbuat bildirib. "Bu, dövlət katibinin şəxsən dərindən məşğul olduğu regiondur

01.05.2024 255
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 67
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 721
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 365
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 251
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 476
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 374
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 652
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 343