Azərbaycanda gənclər arasında nə baş verir? - VİDEO

Azərbaycanda gənclər arasında nə baş verir? - VİDEOAzərbaycanda baş verən cinayətlərdə yeniyetmələrin payı çoxalıb.

Son statistik məlumatlar göstərir ki, ölkədə baş verən cinayətlərin yarısı 25 yaş və bu yaşdan aşağı olan yeniyetmələr tərəfindən törədilib. Buna da əsas səbəb, onlar üzərində ailə nəzarətinin zəifləməsi, gənclərə yad təsirlərin çoxalmasıdır. Eyni zamanda internet və kriminal janrında olan xarici filmlər də, onların cinayətə meyl etməsinə səbəb olur.

Araşdırmalar göstərir ki, bu tip yeniyetmələr, digər insanların davranışlarına qarşı dərhal reaksiya verir, bütün problemlərini fiziki güclə həll etməyə çalışır, aqressivlik göstərirlər. Əksər hallarda tək başlarına güvənli və güclü olmadıqları üçün kiçik qruplar yaradaraq, birgə cinayətə əl atırlar.

Kriminalogiya elmində bildirilir ki, əgər bir insan 10 il müddətində ailəsindən, evindən kənar düşərsə, həmin şəxslərdə ağır cinayətlərə qarşı meyl güclənir. Mütəxəssislər bu problemin həllində hüquq-mühafizə orqanları ilə yanaşı, sosioloqların və psixoloqların da yaxından iştirak etməsini vacib sayır.

"Keçmişdə ailə münaqişəsi zəminində, məişət zəminində adi bir səsin ucaldılması böyüklərin səyi nəticəsində sakitləşirdisə, artıq həmin yaxınlar, ağsaqqallar onları sakitləşdirməsi mümkün deyil. Artıq bu baltayla vurmaq, bıcaqla vurmaq, odlu silahla vurmaqla nəticələnir. Niyə? Çünki psixolojı durum gərgindir", – deyə kriminalist ekspert Mahmud Hacıyev qeyd edib.

Məsələyə ümumi prizmadan yanaşan psixoloqlar bu cür problemin sırf ailə ilə bağlı olmasını istisna etmir. Onlar bu problemlərin yaranmasının kökünü valideyin övlad münasibətlərində məsafənin götürülməsində görür. Xüsusilə böyük şəhərlərdə, küçə və məhəllələrdə böyüyən bu tip gənclər, əksər halda pis dost tövsiyələrilə cinayətə yönəlirlər. Ailəyə qarşı kin, nifrət bəsliyirlər.

"Bu gün 14-15 yaşında olan bir yeniyetmə 30-35 yaşında olan bir gənclə mübahisəyə belə girir. 15 yaşında olan bir yeniyetmə özünü 35 yaşında olan bir insanın yerinə qoya bilir. Onun kimi davranmaq istəyir. Onun dediyi söhbətə o saat sərt münasibət verir. Nəticədə bu da pis nəticələrə səbəb olur", – deyə psixoloq Elnur Rüstəmov vurğulayıb.

Mütəxəssislər gənclərdə cinayətə meyili azaltmaq üçün valideyinlərin öz övladları ilə yaxından məşğul olmasını, onlara daha çox vaxt sərf etmələrini tövsiyə edir.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2023   Tarix: 10 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dördüncü mərtəbədən düşərək faciəvi şəkildə ölən dördaylıq Aylanın FOTOLARI

Ötən gün Bakıda çoxmərtəbəli binadan düşərək hadisə yerində ölən körpənin sosial şəbəkələrdə görüntüləri yayılıb. bədbəxt hadisənin qurbanı olan Aylanın fotolarını təqdim edir:. Məlumat üçün bildirək ki, hadisə Bakının Sabunçu rayonunda "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Dördaylı

00:32 507
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

27.04.2024 555
.

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, Agentliyi

27.04.2024 298
.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

27.04.2024 201
.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

27.04.2024 195
.

Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək. "Report" xəbər verir ki, bunu Budapeştdə Tür

27.04.2024 155
.

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib. "Report" xəbər verir ki, bu barədə "Yerevan.today" məlumat yayıb. Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar

27.04.2024 311
.

İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə gör

27.04.2024 388
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafiz

27.04.2024 187