Bakıda keçiriləcək F1-2016-nın marşrutu açıqlandı

Bakıda keçiriləcək F1-2016-nın marşrutu açıqlandıBakıda təşkil olunacaq F1 üzrə Avropa Qran-pri yarışlarının marşrutu müəyyənləşib.

2016-cı ildə ilk dəfə Azərbaycanda Formula-1 (F1) üzrə Avropa Qran-pri yarışları keçiriləcək. Uzun sürən müzakirələrdən sonra turnirin marşrutu müəyyənləşib.

Bu barədə oktyabrın 7-də "Fairmont Baku" mehmanxanasında keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazir bildirib ki, bu turnir F1 azarkeşlərinə böyük hədiyyədir.

Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, milyonlarla azarkeşi və böyük maraq dairəsi olan qeyri-olimpiya idman yarışları təşkil edilir. Avropa Qran-pri yarışları da bu tədbirlərin davamıdır.

Azərbaycanda idmana dövlət qayğısından danışan Azad Rəhimov trekin müəyyənləşdirilməsi üçün geniş fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, turnirin keçirilməsi üçün yeni infrastruktur inşa olunmayacaq. Yarış Bakının mərkəzində keçiriləcək və paytaxtımızın gözəlliyi bütün dünyaya nümayiş olunacaq.

Qran-pri yarışlarında birinci Avropa Oyunları üçün yaradılan infrastrukturdan istifadə ediləcək və Azadlıq meydanında müvəqqəti qurğular hazırlanacaq.

Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov ölkəmizdə bu sahədə peşəkar idmançıların, mütəxəssislərin hazırlanmasının və yüksək standartlara cavab verən idman infrastrukturunun yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, AAF bunun üçün bütün imkanlarını səfərbər edib.

"Biz avtomobil idmanı növləri, klassik avtomobillərin təqdim olunması, offroad yarışları və müxtəlif klublara dəstək verilməsi istiqamətində işlər görürük. Həmçinin nəqliyyatda təhlükəsizlik və nəqliyyat turizmi sahəsində layihələr həyata keçiririk" – deyə Anar Ələkbərov vurğulayıb.

Avropa Qran-pri yarışlarının Azərbaycanın idman tarixində əlamətdar hadisə olacağını diqqətə çatdıran AAF-ın prezidenti ilin sonunadək təşkil ediləcək tədbirlər barədə məlumat verib. Belə ki, oktyabrın 11-də "V1 Challenge Azerbaijan" yarışı və Almaniya şirkətləri ilə birgə klassik avtomobillərin sərgisi keçiriləcək.

Avtomobil həvəskarları üçün yaxın zamanlarda Bakının yaxınlığında xüsusi ərazinin ayrılması nəzərdə tutulub. Burada müxtəlif avtomobil idman növləri üzrə baza, klassik avtomobillər muzeyi və azarkeşlərin istifadəsi üçün zonaların yaradılması planlaşdırılır.

"Formula-1 Group"un baş icraçı direktoru Berni Ekklestoun Bakıda olmasından məmnunluğunu ifadə edərək Avropa Qran-pri yarışlarının ölkəmizdə təşkilini yüksək qiymətləndirib. Qeyd edib ki, Bakı Şərq və Qərb mədəniyyətini özündə cəmləşdirən unikal şəhərdir.

F1 yarışlarında şəhərin gözəlliyi, tarixi və coğrafiyası mühüm amil hesab olunur. "Biz də Bakının tarixini və gözəlliyini bütün dünyadakı F1 azarkeşlərinə nümayiş etdirmək qərarına gəldik. Ümid edirəm ki, yarış yüksək səviyyədə təşkil olunacaq və yerli azarkeşlər bundan böyük zövq alacaqlar" - deyə Berni Ekklestoun bildirib .

"Tilke" mühəndislik şirkətinin baş icraçı direktoru Herman Tilke Bakının F1 yarışları üçün əlverişli Azərbaycanın qeyri-neft sektoruna böyük maraq göstərirlər. Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi siyasətinə uyğun olaraq tikinti, infrastruktur, İKT, ərzaq sənayesi, kənd təsərrüfatı, turizm və digər sahələr italiyalı iş adamlarının maraq dairəsindədir şəhər olduğunu və burada ən sürətli yarışın təşkil olunmasının mümkünlüyünü qeyd edib.

Bildirib ki, Avropa Qran-pri yarışlarında marşrutun uzunluğu 6 min 6 metr və 8 sağ, 12 sol döngədən ibarətdir. Turnirdə orta sürət 210, maksimum sürət isə 340 kilometr/saatdır. Bu da ən sürətli yarışlar kateqoriyasına daxildir. Yarışın start və finişi Hökumət evinin qarşısında olacaq. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaradacaq. Yarışları 25 mindən artıq tamaşaçının izləməsi üçün şərait yaradılacaq. Üç gün davam edəcək yarış zamanı tamaşaçı sayın artırılması da mümkündür.

qafqazinfo


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1345   Tarix: 09 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 584
.

Xarici klubların maraqlandığı futbolçu "Qarabağ"da qalacaq

Mövsümün ikinci yarısında xarici klubların diqqət mərkəzinə düşən futbolçu "Qarabağ"da qalacaq. xəbər verir ki, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb. Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq. Qeyd edək ki, Bəhlul 2021-ci ilin yayında

04.05.2024 186
.

Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm

Oyunçulardan razı qaldım. Onları "Neftçi"yə qarşı o qədər də çox motivasiya etmirəm. "Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi" ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransınd

01:54 263
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 584
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 517
.

Tanınmış futbolçu milli karyerasını başa vurub

Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarja" klubunun yarımmüdafiəçisi Miralem Pyaniç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurduğunu açıqlayıb. "Report" xəbər verir ki, tanınmış futbolçu bu barədə sosial şəbəkə vasitəsilə məlumat verib. 16 ildir millidə çıxış edən Pyani

04.05.2024 212
.

"Qarabağ" hücumçusu ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb. "Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub. Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədə

14:20 132
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 413
.

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dubai Police Global Chess Challenge" şahmat turniri başlayır. Məlumata görə, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq. Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321

04.05.2024 150