"Görəsən, bu adamları qadın, yoxsa, yırtıcı heyvan dünyaya gətirib!?"

Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucovanın müsahibəsi.

- Xocalı soyqırımına bu günün prizmasından baxanda qiymətini necə verirsiz, nədir bu dəhşətin adı: bəşəri cinayətdir, ya acı insan taleləri?

- Xocalı soyqırımı mənim üçün ən yaxşı ərazilərdə yer verdiyi nankor ermənilərin və onların arxasında duran havadarların iki əsrdən bəri günahsız xalqıma qarşı hazırladığı, dəfələrlə müxtəlif illərdə həyata keçirdikləri soyqırımların son zirvəsi idi. Bu, bəşəri cinayətdir! Xocalı dəhşəti mənim üçün günahsız xalqımın sözlə ifadə edə bilməyəcəyim ağrısı, acısı, əbədi kədəri, sağalmayan, hər gün sızlayan yarasıdır.

Nəhayət, Xocalı soyqırımı mənim üçün yarımçıq qalmış ömürlər, amansızlıqla qətlə yetirilmiş məsum körpələrin, uşaqların, yaşlı insanların ah-naləsi, göylərə ucalan fəryadı, qız-gəlinlərimizin tapdanmış namusu, valideynlərini həmin gün itirmiş şəhid balalarının acı göz yaşlarıdır. Əsir və girov götürülmüş, itkin düşmüşlərin valideynlərinin, həyat yoldaşlarının, bu günə kimi onları gözləyən nişanlılarının, övladlarının yollara dikilmiş həsrət dolu gözləridir bu dəhşət! Əsir və girovluqdan ağlasığmaz işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş, bəzilərinin əzizləri hələ də qarşı tərəfdə olan, qaytarılmayan, hələ də mənəvi iztirablar içində yaşayan insanların həm də acı taleləridir.

- Xocalı qurbanları arasında yalnız azərbaycanlılar yoxdur.

- Nə qədər ağır olsa da XX əsrin sonunda törədilmiş bu qətliam, tarixə qanlı hərflərlə "Xocalı soyqırımı" kimi yazıldı. Ermənilərin Xocalını analoqu olmayan gəddarlıqla işğal etmələrinin səbəbi şəhərin əlverişli strateji mövqeyə malik olması və Qarabağın yeganə aeroportunun orada yerləşməsi idi. Həmin gün ermənilər millətindən, dinindən, dilindən asılı olmayaraq Xocalıda yaşayan bütün insanlara qarşı görünməmiş vandalism nümunəsi göstərmişdilər.

Bəli, onlar yalnız azərbaycanlılara və yerli əhaliyə qarşı deyil, orada yaşayan ruslara, Fərqanə qırğınları zamanı Özbəkistandan Azərbaycana pənah gətirmiş, nədənsə Xocalıda yerləşdirilmiş Axıska türklərinə və münaqişə başlayan zaman tarixi vətənləri olan Qərbi Azərbaycandan faciəli şəkildə qovulmuş və orada məskunlaşmış soydaşlarımıza qarşı daha amansız olmuşlar. Bütün bunları mənə sədri olduğum "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyini üzvləri olan erməni əsir və girovluğundan azad edilmiş şəxslər danışıblar.

"Girov götürdükləri cavan oğlanları erməni qəbirlərinin üstündə başlarını kəsirdilər"

- Xocalıda ermənilərin vəhşiliyi ağlasızmaz dərəcəyə çatmışdı. Soyqırımla bağlı sizdə bütün bu dəhşətli faktlar toplanılıbmı?

- Mənə elə gəlir ki, qəddarlıq və amansızlığına görə Xocalı qətliamını nə Katın, nə Lidisa, nə Oradur, nə Xolokost, nə də Ruanda soyqırımları ilə müqayisə etmək olmaz. 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onlara əlavə protokollara görə silahlı münaqişələr zamanı girov götürülməsi qadağandır. Lakin ermənilər bu vaxta kimi qəbul olunmuş beynəlxalq hüquq normalarının heç bir müddəasına riayət etmədən mülki əhaliyə divan tutublar.

Həmin gün qətlə yetirilmiş uşaqların 43-ü azyaşlı olub ki, onların ən kiçiyi iki günlük imiş. Erməni cəlladları uşaqları qətlə yetirdikdən sonra sinələrini yarıb ürəklərini parçalamış, bəzi uşaq meyidlərini isə tikə-tikə doğramış , hətta itlərə atmışlar. Azyaşlı uşaqlara qarşı psixoloji işgəncələr tətbiq edərək onların gözləri qarşısında valideynlərini işgəncələrlə öldürmüşlər. Girovluqdan azad edilmiş həmin uşaqların bir neçəsi hazırda ruhi xəstədir, onların arasında Bakı ətrafı kəndlərdə məskunlaşmış, ictimai birliyimizin üzvləri də var...

Valideynlərin, xüsusilə də anaların gözləri qarşısında körpə və azyaşlı uşaqları amansızlıqla qətlə yetiriblər. Buna dözməyən analar elə oradaca ağıllarını itirib, dəli olublar. Azyaşlı uşaqları çarmıxa çəkirmiş kimi diri-diri əllərindən və ayaqlarından taxtalara mıxlayıblar. Meyidləri təhqir edib, qorxulu vəziyyətə salıb, başlarının və üzlərinin dərisini soyub, üzərlərinə benzin töküb yandırıblar.

"Ermənilər hamilə qadınların qarınlarını yarıb, uşaqlarını parçalayıblar"

Müharibə zamanı mülki əhalinin qorunması haqqında 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının II bölməsinin 16-cı maddəsində deyilir ki, yaralılar və xəstələr, hamilə qadınlar xüsusi himayə və müdafiə edilməlidirlər. Lakin bunun tam əksi olaraq ermənilər hamilə qadınlara qarşı daha qəddar olub, onların diri-diri qarınlarını yarıb, uşaqlarını çıxardıb, bəzilərinin uşaqlarını belə parçalayıblar. Kəlbətin və çəngəllə girovların qızıl dişlərini çıxardaraq onlara fiziki işgəncələr veriblər. Girov götürdükləri cavan oğlanları erməni qəbirlərinin üstündə başlarını kəsərək qurban veriblər.

Girov götürdükləri mülki əhalinin arasında sağlam və cavan kişiləri və yaraşıqlı qadınları, qızları ayırıb maşınlara doldurub, naməlum istiqamətə aparıblar. Həmin şəxslərin taleləri bu günə kimi naməlum olaraq qalır. Xocalıda girov götürülmüş mülki əhalini yaşından və cinsindən asılı olmayaraq Əsgəran və Pircamalda heyvanlar saxlanılan tövlələrə ağzına qədər doldurub, günlərlə ayaqyalın, ac-susuz saxlayıb, səhərdən axşama kimi döyüb, fiziki işgəncələr veriblər. Kişilərə mənəvi işgəncələr verib, onların gözləri qarşısında qadınları incidib, təhqir ediblər.

"Türk, sən burada nə gəzirsən?!"

- Rəhbərlik etdiyiniz birliyin üzvləri arasında da Xocalıda erməni vəhşətinə məruz qalanlar az deyil.

- Doğrudur, ictimai birliyimizin üzvləri olan Xocalı faciəsi zamanı girov götürülüb, sonradan azad edilmiş şəxslər çoxdur. Onların erməni girovluğunda özlərinin və ailə üzvlərinin başlarına gətirilən müsibətləri dinləmək də asan deyil! Çünki bu hissləri sən də onlarla birgə yaşayırsan. Bir acı həqiqəti də söyləmək məcburiyyətindəyəm ki, bu gün yaşadığımız cəmiyyət əsir və girovluqdan azad edilmiş şəxslərə o qədər də yaxşı baxmır və onları nədənsə qəbul etmək istəmir. O baxımdan da mən işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş şəxslərin bəzilərinin adını çəkməyəcəyəm.

Fərqanə hadisələrindən sonra yüzlərlə Axıska türkü Xocalıda yerləşdirilmişdi. Ermənilər onları ailələrlə girov götürüb, bəzilərini qaytarıb, bəzilərini isə bu günə kimi qaytarmayıblar. Onlardan biri-girovluqdan azad edilmiş, hazırda Dəvəçi rayonunun Udulu kəndində müəllim işləyən Gülalı Binaliyev (onun 2 oğu-Alişer (1967) və Cabbar (1969) hələ qaytarılmayıblar) deyir: "Bizi yarıçılpaq soyundurub, qışın soyuğunda suyu şlanqla üstümüzə tutur, əllərinə nə keçirdisə, taxta parçası, avtomat qundağı ilə huşumuzu itirənə qədər döyür, köhnə avtobazadakı qapısı və pəncərəsi olmayan avtobuslarda saxlayırdılar. Bizə işgəncələr verənlərin ən qəddarı mənə yaxınlaşıb "Türk, sən burada nə gəzirsən?", deyərək söyəndən sonra, huşumu itirənə qədər təpiklə, dəmir parçası ilə döydü. Ayılanda, yerdə üzümə soyuq nəsə dəydi. Məni o qədər döymüşdü ki, qulağım partlayıb, axan qanı laxtalanaraq gölməçə olmuşdu. Üzüm də həmin soyuq gölməçənin üstündə idi.

Gülalı müəllim girovluqdan azad ediləndən sonra təsadüfən televizorda ona işgəncə verən həmin ermənini görən kimi tanıyıb. Bu, Ermənistanın sonrakı (indi isə keçmiş) prezidenti Robert Köçəryan idi. Köçəryan Xocalıdan əsir və girov götürülmüş insanlara qarşı çox qəddarlıq göstərib və özü şəxsən onlara işgəncələr verib.

Birliyimizin üzvü, Xocalı sakini girovluqdan azad edilmiş Hüseynov Kamilin 5 yaşlı qızını gözləri qarşısında öldürüblər. Özünə isə olmazın işgəncələr veriblər. Kamilin qızıl dişlərini çəngəllə, əlinin bütün dırnaqlarını isə kəlbətinlə çıxardıblar. Aylarla yuyunmayan, üzü qırxılmayan, cır-cındır paltarda olan günahsız insana daha ağır mənəvi işgəncələr veriblər. Ermənilər kiçik yaşlı uşaqlarını həbsxanaya gətirib, Xocalıdan olan insanları göstərib, onlarda türkə (azərbaycanlıya) qarşı nifrət formalaşdırıblar.

"Erməni ata uşağına qəzeti eşib, məşəl kimi düzəldib, yandıraraq əlinə verib, uşaq da mənim aylarla qırxılmayan saqqalımı yandıraraq həzz alırdı. Mən dəhşətdən başımı geri çəkdiyimə görə, uşağın atası məni qəddarcasına döydü ki, sən niyə uşağı incidirsən, əylənməyə qoymursan?!", - Kamil kişi deyir.

5 yaşlı uşağı ac saxlayıb öldürdülər

Yenə də müharibə zamanı mülki əhalinin qorunması haqqında 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını xatırlamaq istəyirəm. Həmin Konvensiyanın III bölməsinin 27 maddəsində deyilir ki, girovluqda olan şəxslərin bütün hallarda öz şəxsiyyətinə, ... hörmət edilməsi hüququ var. Onlarla həmişə humanist rəftar edilməli, xüsusən də onlar hər cür zorakılıqdan və hədələrdən, təhqirlərdən və kütlənin marağından qorunmalıdır. Lakin yenə biz bunun tam əksinin şahidi oluruq.

Əsirlikdən azad edilmiş 3 nəfərin şahidliyinə görə Xocalı sakini, 1964-cü ildə anadan olmuş, həmin gecə 3 azyaşlı uşağı ilə birlikdə girov götürülüb, bu günə kimi qaytarılmayan Hüseynova Mehriban Allahverdi qızının böyük uşağı Rəcəbi (1987) ermənilər ac saxladıqları üçün 5 yaşlı uşaq acından ölüb. Bu hansı insanlığa sığar? Görəsən, bu şəxsləri qadın, yoxsa, yırtıcı heyvan dünyaya gətirib?

İctimai birliyimizin digər üzvü həmin gün ailəliklə-atası, anası, körpə bacısı, 4 qardaşı ilə birlikdə girov götürülüb, sonradan anası, bacısı və 2 qardaşı ilə azad edilmiş, lakin atası və 2 yeniyetmə qardaşı bu günə kimi girovluqda olan Məmmədov Əhməd Məmməd oğlu (1981) deyir: "Ermənilər bizi tövləyə ağzına kimi doldurdular. Darısqallıqdan nəfəs belə ala bilmirdik. İçməyə bir qurtum su belə vermədilər. Birdən bir neçə erməni qapını açıb avtomatın maqazinini üstümüzə boşaltdı. Fəryad göyə ucaldı. Nə qocaya, nə qadına, nə uşağa aman vermədilər", - Əhməd Məmmədov deyir.

Əhmədin əlinə dəyən güllə onu uşaq yaşlarından şikəst edib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8252   Tarix: 26 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 7785
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

18:00 80
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 170
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

18:20 4
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

18:40 0
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

19:30 0
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

18:30 0
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 180