Dərini gözəlləşdirən 7 qida

Dərini gözəlləşdirən 7 qidaİnsanın dərisinin gözəlliyini qoruyub saxlayan qidaları qidalardan istifadə edərək həm daxildən, həm xaricdən gözəlliyinizi və sağlamlığınızı qoruya bilərsiniz. Həmin qidaları sizə təqdim edirik

Yulaf

Son zamanlarda tez-tez eşitdiyimiz yulaf əzməsi və ya yulaf kəpəyi qan şəkərini yavaş-yavaş yüksəldərək ani aclığın qarşısını alır, lifli quruluşu sayəsində gec acmanızı təmin edir. Tərkibində bol miqdarda lif və sağlam karbohidrat (şəkər) daşıdığından naharda yeyilməsi yağ yandırılmasını asanlaşdırır və tez acmağa mane olur. Digər bir faydası da bağırsaq problemi olanlar üçündür. Yulaf əzməsi bağırsaqların nizamlı çalışması üçün olduqca faydalıdır. Yulafın içinə süd, darçın və bir az vanil qataraq bişirib, üstünə meyvələr əlavə edib yeyə bilərsiniz.

Yulaf orqanizmi saflaşdırır, gümrahlıq yaradır, orqanizmdəki yaşlı hüceyrələrin təzələnməsinə kömək edir. Eyni zamanda, hamilə qadınlar, soyuq havada daha çox üşüyənlər, xəstəliyə qarşı həssas olan azyaşlılar, yeniyetmələr, idmançılar üçün zəngin enerji qaynağıdır.

Yulaf çox dərdin dərmanıdır. Zülal, lif, mineral duzlar, vitaminlərlə zəngin olan bu məhsul həm də orqanizmdəki zəhərli maddələrin xaric edilməsinə kömək göstərir.

Səhərlər süddə bişmiş yulaf əzməsi yesəniz, bu, sizin gün ərzində enerjili olmağınıza kömək edər.

Bu bitki kosmetik baxımdan da yararlıdır. Belə ki, ondan hazırlanmış unla dəriniz üçün yağlı krem hazırlaya bilərsiniz.

Qısası, dərinizin gözəlliyini qoruyub saxlamaq istəyirsinizsə, yulafdan istifadə edin.

Yaşıl çay

Qədim zamanlardan məşhur olan yaşıl çay bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Yaşıl çayı cavanlıq və gözəllik cövhəri, gümrahlıq və uzun ömür mənbəyi sayırlar. Əfsanəyə görə, eramızdan əvvəl 2737-ci ildə Çin imperatoru Şen Nunq içinə təsadüfən bir neçə kol yarpağı düşmüş isti suyu içmişdir. Suyun xoş tamı və ətri imperatorun, daha sonra onun bütün ailəsinin xoşuna gəlmişdir. Tərkibində 300-dək vitamin olan yaşıl çay qocalma prosesinin qarşısını alan çoxsaylı antioksidantlar və vitamin C hesabına insanın sağlamlığına və zahiri görkəminə yaxşı təsir göstərir.

Bu sehrli çay kompyuterin və televizorun zərərli şüalarını neytrallaşdırmağa, qanda şəkərin səviyyəsini normada saxlamağa kömək edir, onkoloji xəstəliklərin inkişafı riskini azaldır.

Kosmetik məhsul istehsalında yaşıl çaydan istifadə olunur. Onun əsasında cavanlaşdırıcı kremlər, maskalar, toniklər və şampunlar hazırlanır.

Qara çayın əksinə toplanan anda qovrulub qurudulan yaşıl çay antioksidant baxımından olduqca zəngin bir bitkidir. Yaşıl çayın tərkibindəki antioksidant növü flavonol və katexinlərdir. Katexinlər xərçəngin yaranma riskini maksimum dərəcədə azaldan və xərçəng hüceyrələri ilə döyüşən möcüzəli bir maddədir. Təzyiqi tarazlaşdırılması, xolestrolun aşağı salması, qan damarlarını gücləndirməsi, qripin qarşısını alınması, stressi azaltması, alzheymerı qarşısını alınması kimi hər bir sahədə faydası olan bu şəfalı bitki sidikqovucu xüsusiyyətinə görə diyetoloqların pəhriz saxlayanlara tövsiyə etdikləri sevimli içkisidir. Yaşıl çayı ən düzgün istifadə etmə qaydasını belədir: Yaşıl çayı qaynayan suya deyil, istiliyi 80-85 dərəcə arasında dəyişən suya əlavə etmək lazımdır. Çünki çox isti su katexinlərin ölməsinə səbəb olur. Yaşıl çay ən çox Çin, Yaponiya və İndoneziyada geniş yayılmışdır.

Diyetoloqlar bu faydalı içkidən hər gün içməyi tövsiyə edirlər. Onun tərkibində də arıqlamağa kömək edən və mübadiləsini sürətləndirən maddələr var.

Nar

Narın müalicəvi xassəsi eramızdan hələ çox-çox əvvəl assuriyalılara, misirlilərə, yunanlara və romalılara məlum idi. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur.

Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur. Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir.
Nar C vitamini baxımından zənginliyi ilə portağal və itburnunu da geridə qoyur. Narın tərkibində C vitamini ilə yanaşı, B vitamini, dəmir, sink, maqnezium, natrium və kalium var.

Narın çəyirdəyi kosmetika, dəriyə qulluq da daxildir faydalıdır. Nar immunitet sistemini gücləndirir, ürəyin fəaliyyətini nizamlayır, bədənə enerji verir, yorğunluğu aradan qaldırır, orqanizmi toksinlərdən təmizləyir, ishalın qarşısını alır, infeksiyaya qarşı müqaviməti artırır, böyrək zəifliyi zamanı faydalıdır.

Limon

Limonun faydalarını hər dəfə təkrar dilə gətiririk. Detoks təsiri ilə məşhurlaşan limon su ilə qarışdırılaraq səhərlər istehlak edildikdə bədəni təmizləyir və qidaların turşuluq səviyyəsini tarazlaşdırır.

Bu meyvə hamıya xeyirlidir – qocaya və cavana, xəstəyə və sağlam adama, güclüyə və zəifə. Başqa sitruslar kimi, limon bədəndə və, ilk növbədə, qara ciyərdə əmələ gəlmiş çürümə proseslərinə qarşı yaxşı vasitədir. Çox hallarda, o bədəndən başqa yollarla xaric edilə bilməyən toksik maddələrin xaric edilməsinə imkan verir. Limon insanın immunitetini möhkəmlədir.

Limonun tərkibində yüksək miqdarda asit turşusu və C vitamini olduğu üçün əllərə nəmləndirici təsir edir və canlı görünməsini təmin edir, toxuma istehsalını hərəkətə gətirir. Limondan dərinizi ağartmaq üçün də istifadə edə bilərsiniz. Xüsusilə limonu kəsib əlinizə sürtə və ya yeməkdə istifadə etdiyiniz limonları da təmiz əllərinizə sürtə bilərsiniz. Limon əllərinizdə bir neçə saniyə yanma hissi yarada bilər, amma nəmlənərək mükəmməl bir nəticə əldə edəcəksiniz.

Zeytun yağı

Zeytun yağı antioksidant və doymamış yağlar baxımından zəngindir. Xərçəng və yaşlanma ilə əlaqədar orqanizmdə müşahidə edilən xəstəliklərə qarşı bədəni qorumağa yardımçı olur.

Onun tərkibində A, D, E, K vitaminləri vardır. Bu vitaminlər antioksidant təsirə malik olub, kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə yardım edir, hüceyrələrin inkişafını stimullaşdırır. Onun tərkibindəki maddələr xolesterinin bağırsaqda mənimsənilməsinə maneçilik yaradır. Zeytun yağının dərini cavanlaşdırması isə çoxdan təsdiqlənmiş faktdır.

Zeytun yağı ən sağlam məhsullardan biri də hesab edilir. Zeytun yağı həm də ən təhlükəsiz məhsul ona görə hesab edilir ki, onun istifadəsi ilə bağlı heç bir sərt məhdudiyyət də yoxdur.

Bu unikal məhsul kosmetologiyada da geniş istifadə edilir. Çünki zeytun yağı dərini gözəlləşdirir, saçları parlaq edir.

Dəniz yosunları

Dəniz yosunları xüsusiyyətləri baxımından müxtəlif yeməklərin, dərmanların və sənaye məhsullarının istifadəsində olduqları kimi, bu canlılar sayəsində istehsal edilən bəzi məhsullar müxtəlif yeməklərin, tibbi və kosmetik məhsullarının istehsalında da istifadə edilir.

Xəmirinə dəniz yosunları qatılaraq bişirilmiş çörək toxluq hissini tez yaradır və gün ərzində yeyilən təamların energetik səviyyəsini 179 kalori aşağı salmağa imkan verir. Bu isə qaçşı zolağında məşqə bərabərdir.
Eyni zamanda, dənz yosunlarında duzlu dad olduğundan onlar duzdan istifadəni azaldır və ürəyi xəstə adamların dadına çatır.

İngiltərənin Şeffild şəhərindəki Halam Universitetinin alimləri 18-65 yaş arasında 80 sağlam adamın cəlb olunduğu sınaqların nəticələrini təhlil edərək bu qərara gəliblər.

Təbii qatıq

Qatığı südün mayalanmasından alırlar. Qatıq mədədə öz-özünə həzm olunan yeganə qida maddəsidir. Bundan başqa, qatıq vərəm və Sibir yarası istisna olmaqla tif, paratif, difteriya, dizenteriya, xolera, tuberkulyoz kimi 22 xəstəliyin mikrobunu məhv edə bilir.

Qatığın qida dəyəri südə görə daha yüksəkdir. Mühüm protein, yağ, vitamin və mineral mənbəyidir. Fermentləşdirmə zamanı laktozanın bir hissəsi hidrolizə olduğu üçün həzmi asandır. Qatıq yuxunu yaxşılaşdırır, xolesterolu aşağı salır.

Qatığı səhərdən axşama qədər günün bütün saatlarında yemək olar. Qatıq həmişə suyu ilə birlikdə yeyilməlidir. Çünki, vitaminlər daha çox qatığın suyundadır. Qatığın şəkər xəstələri üçün də faydaları çoxdur. Ancaq şəkər xəstələrinə verəcəyiniz qatıq turş olmamalı və qaymağı alınmalıdır.

Səhərlər səhər yeməyindən sonra yeyilən qatıq həzmi asanlaşdırır, bağırsaqların fəaliyyətinə kömək edir. Qatıq bütün yaşlara uyğundur. Ancaq mədəsində və onikibarmaq bağırsağında yara olanlar üçün təhlükəli ola bilər. Qatıq xəstələr və xəstəlik nəticəsində zəifləmiş orqanizmlər üçün də faydalıdır. Eyni zamanda qatıq bağırsaqlarda olan təhlükəli mikrobların çoxalmalarına mane olur. Tif və islah zamanı qatıq dərman kimi tövsiyə olunur. Qatıq tuberkulozlu xəstələrə antibiotik təsiri göstərir. Eyni zamanda yoluxucu xəstəliklərin mualicəsində də olduqca əhəmiyyətlidir. Yoluxucu qara ciyər iltihabında (hepatit) və dietik müalicələrdə istifadə olunur. Bundan başqa, üzə və boyuna sürtdükdə dərini canlandırır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4915   Tarix: 06 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır

ündəlik həyatda çox insan meyvəni soyaraq yeməyi daha təmiz və praktik hesab edir. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, meyvənin əsas qida yükü onun qabığında toplanır. xəbər verir ki, xüsusilə alma qabığında olan polifenollar və liflər orqanizmin antioksidant qabiliyyətini ciddi şəkildə artırır

14.12.2025 998
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1439
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 908
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 303
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1146
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 665
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 308
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 394
.

TOP MP3