Nikah bağlamağın qaydaları
Mənbə: http://zikr.az
Nikah sözünün mənası bağlanmaq və birləşmək deməkdir. Nikah şəriət qanunlarına uyğun olaraq kişi ilə qadının qanuni evlənməsidir.
Evlilik Allahın bəndələrinə bəxş etdiyi böyük nemətdir. O, bütün peyğəmbərlərin sünnəsidir (adət-ənənəsidir). İslam dini evlənməyin əzəmətinə və şərəfinə çox böyük əhəmiyyət vermişdir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: «Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir».
Evlənmək üçün qadına baxmaq
Bir qadınla evlənmək qərarına gələn insan evlənmədən əvvəl ona baxa bilər. Muğirə ibn Şöbə deyir ki, mən Peyğəmbərin yanına gəldim və ona bir qadınla evlənmək istədiyimi çatdırdım. O isə dedi: "Get ona bax. Çünki bu sizin bir-birinizə daha çox bağlanmanız üçün əlverişlidir".
Nikah bağlamaq
Nikahın doğru olması üçün aşağıdakı şərtlər olmaldır:
1. Qadına himayədarlıq edənin icazəsi. Himayədar dedikdə atası, olmasa qardaşı, olmasa əmisi və s. başa düşülür
2. Şahidlərin mövcudluğu: Peyğəmbər demişdir: «Himayədar və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyildir».
3. Qadına mehrin verilməsi. Mehr qadının kişi üzərində olan haqqı və onun şəxsi mülküdür. Heç kəsin, istər ata, istərsə də başqasının qadının icazəsi olmadan onun mehrindən götürməyə haqqı yoxdur. Şəriət mehrin nə azına, nə çoxuna məhdudiyyət qoymamışdır. Bununla belə cavanlar çətinlik qarşısında qalıb evlənməkdən imtina etməsinlər deyə evlənməyi asanlaşdırmaq məqsədi ilə mehrlərin az miqdarda təyin edilməsinə təşviq etmişdir.
Evlənmədən öncə, yaxud sonra mehri tam vermək olar. Həmçinin bir hissəsini əvvəl, qalanını isə sonra vermək olar.
Qadını ərə vermədən öncə ondan icazə almaq vacibdir
Himayədarsız nikah bağlanmadığı bir şərtdirsə, himayədarın ərə verdiyi qadından bu haqda icazə alması da vacibdir. Əgər qadın razı deyilsə, himayədarın onu məcbur etməsi qadağandır. Əgər o, qadını məcburi olaraq ərə verərsə, qadının həmin nikahı ləğv etməyə hüququ vardır.
Peyğəmbər demişdir: «Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz. Orada olanlar dedilər: Ey Allahın elçisi, bakirə qadının icazəsi necə olur? Peyğəmbər dedi: "Onun susması icazəsi deməkdir».
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 3134 Tarix: 02 oktyabr 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İftar üçün dadlı reseptlər
Bu gün Ramazan ayının 29-cu günüdür. BİG.AZ axşam.az-a istinadən iftar süfrəsi üçün menyu təqdim edir:. Tərəvəzli, makaronlu şorba. Ərzaqlar:. Kök - 1ədəd. Yaşıl bibər - 1 ədəd. Pomidor - 1 ədəd. Kartof - 2 ədəd. Soğan - 1 ədəd. Makaron - 1 armudu stəkan. Yağ - 2 xörək qaşığı. Toyuq filesi - 200 qr
01.05.2022 14153 Dünyanın ən böyük məscidlərindən birinin açılışı oldu - VİDEO
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Mərkəzi Asiyanın ən böyük məscidinin açılışı olub. Məscidin tikintisi üç il davam edib. Yeni məscidin açılışında iştirak edən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, dünyanın 10 ən böyük məscidi sırasına daxil olan tikilinin açılış
12.08.2022 13183 Ərdoğandan Aşura paylaşımı
"Birlik və bərabərliyin rəmzi olan Aşura günü və Məhərrəm ayının İslam dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb. O, şəhadətinin ildönümündə şəhidlərin ağası, peyğəmbərimizin nəvəsi həzrəti Hüseyn və Kərbəl
08.08.2022 14301 Ramazan bayramı neçə gün qeyd olunmalıdır? - İlahiyyatçıdan CAVAB
İslam dünyasının müqəddəs bayramlarından sayılan Ramazan bayramı müxtəlif ölkələrdə müxtəlif cür qeyd edilir. Belə ki, bir sıra müsəlman ölkələrində bu bayram üç gün, digərlərində isə hətta 10 gün ərzində qeyd edilir. Azərbaycanda isə Ramazan bayramı cəmi iki gün keçirilir. Belə olduqda ortaya maraql
02.05.2022 13294 Bu gün Aşuradır
Bu gün Aşura günüdür. xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüs
08.08.2022 14570 54 ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib
Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb. Qeyd olunub ki, 54 il ərzində 99 milyondan ço
25.06.2023 12376 Oruc tutanlar bunları etməsin
Sobadan yeni çıxmış isti lavaş yemək, orucu buz kimi soyuq su ilə açmaq, bol şirəli şirniyyatlar yemək, iftarı ancaq bir yeməklə açmaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ramazanda bu cür səhv qidalanan çoxdur. Orucluq yaz mövsümünə təsadüf etdiyindən, aclıq müddətinin uzun olmas
01.03.2025 5151 Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO
Sabah Ramazan ayının üçüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:53-də, iftar vaxtı isə 19:22-dir. Aprelin 4-ü üçün namaz vaxtları:. Sübh azanı 04:58. Zöhr azanı 12:44. Əsr azanı 17:16. Məğrib azanı 19:22. İşa azanı 20:25. Üçünc
03.04.2022 13894 "Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir" - Hacı Şahin
Dinimiz ümumiyyətlə insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, Aşura günündə insanları
08.08.2022 12053