Ailəni boşanmaya aparan 10 səbəb

Ailəni boşanmaya aparan 10 səbəbEvliliklər yola getməmək, tez-tez yaşanan davalar və başqa səbəblərdən dolayı başa çata bilir. Bəs evliliklərin boşanma ilə nəticələnməsinə səbəb olan əsas amillər nələrdir?

Həmin səbəbləri təqdim edirik:

Mübahisələrə sərt başlamaq

Boşanma xəbərçilərindən ilki sərt başlanan mübahisələrdir. Tərəflərdən birinin çox qəzəbli şəkildə mübahisəyə başlaması, çığırması, qarşı tərəfi alçaldan sözlər işlətməsi getdikcə qızışan mübahisəyə səbəb olur və nəticədə bu halın tez-tez yaşanması cütlüyü boşanmaya qədər aparır.

Tənqid və alçaltma

Həyat yoldaşı ilə danışarkən "mənimlə bunu etməni istəyirəm" demək yerinə "sən çox eqoistsən" demək, danışarkən ondan yüksək səviyyədəymiş kimi davranmaq çox yanlış hərəkətlərdir.

Müdafiə

İnsanlar həyat yoldaşından tənqid gördüyündə dərhal özünü müdafiə edər. Bu davranış əslində həyat yoldaşını günahlandırmağın fərqli bir növüdür. Müdafiəyə qalxmaqla əslində "bu, mənim deyil, sənin problemindir" demiş olursuz. Yəni həmişə dikbaşlıq edib özünü müdafiə etmək, qarşı tərəfi günahlandırmaq münasibətin bitməsinə səbəb olur.

Divar hörmək

Mübahisə zamanı tərəflərdən birinin elə "hə, hə, yox, hə" deməsi, göz təmasından qaçması, səssiz qalması artıq iki tərəf arasında bir divarın hörülməsindən xəbər verir. Divar hörən tərəf əsasən mübahisə zamanı bədənini bürüyən o stressdən xilas olmaq istəyər. Qarşı tərəf isə bundan qıcıqlanır və mübahisəni daha da gücləndirir.

Dolma-daşma

Mübahisə zamanı adrenalin, qan təzyiqinin artması, ürək döyüntüsünün sürətlənməsi mübahisənin davam etdirilməsinə mane olur. Yəni tərəflər bildiyiniz kimi dolub daşarlar. Bu halda olan tərəf yoldaşı ilə arasında divar hörməyə başlayar.

Uğursuz çıxış yolları

Mübahisə sonunda bunu unutduracaq bir üzr, ya nəsə yoxdursa, bu, çox hallarda boşanmaya gətirib çıxarır. Münasibətlərindən qane olan xoşbəxt cütlüklərin xoşbəxtliyinin sirri onların hər mübahisə sonunda "üzr istəyirəm, səni incitmək istəmədim" sözlərini çəkinmədən demələridir.

Pis xatirələr

Boşanmanın digər səbəblərindən biri də cütlüklərin çox sıx-sıx keçmişdə yaşanan pis xatirələri canlandırması, "sən o vaxt belə etmişdin, elə etmişdin", - deyə qarşı tərəfi günahlandırmasıdır.

Sonraya saxlamaq, ya içində yığmaq

Cütlüklər bir-birləri ilə bağlı yaşadıqları mənfiləri sonraya saxlayıb üst-üstə yığıldıqdan sonra müzakirə edirlər. Bu da mübahisələrə səbəb olur.

Duyğusal uzaqlaşma, qopma

Duyğusal uzaqlaşma – tərəflərin əvvəlkindən fərqli olaraq bir-biri ilə heç nə paylaşmamaları, birlikdə vaxt keçirməmələri, bir sözlə, "biz" olaraq deyil, ayrı-ayrı fərd olaraq hərəkət etmələridir. Xəyanətdə bir nömrəli səbəb olan duyğusal qopma boşanmaya gətirib çıxarır.

Qəbul etməmək

Tərəflərin bir-birinə yaxın olmaq əəvəzinə digər tərəfin söylədiklərini qəbul etmək istəməməsi, önəmsəməməsi mübahisələrə səbəb olur. Xüsusən kişilərin bu cür davam etməsi boşanmayla nəticələnir.

ailem


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2508   Tarix: 02 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018