İstəyir efirə paltarsız çıxsın

İstəyir efirə paltarsız çıxsınATV-də yayımlanan "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva müsahibəsi

-Mətanət xanım, əməkdar artist Gülyaz Məmmədova mətbuata müsahibəsində sizdən incidiyini bildirib. Deyib ki, dəvətinizi qəbul edib verilişinizə gəlmədiyi üçün onu "zövqsüz" adlandırmısınız. Doğrudanmı, belədir?

-Mən heç kimi verilişimə yalvarıb çağırmıram. Müğənnilər özləri yalvarıb gəlirlər. Gülyazın gəlib-gəlməməyinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Ondan da dəyərli, ondan da gözəl səsli müğənnilər var. Fikrimdə də qalıram: bu insan zövqsüzdür, rəngləri bir-birinə tutuşdura bilmir.

-Deyib ki, ondan üzr istəməlisiniz...
-O kimdir ki, ondan üzr istəyim? Heç dəxli var?!

-Həmin müsahibədə zövqsüzlükdə ittiham edilirsiniz
-Gəlsin tutuşdursun görək. Hər halda, mən rəng çalarlarımı uyğunlaşdıra bilirəm, daltonik deyiləm. Onların çox gözəl səsləri var. Amma mən niyə üzr istəməliyəm? Cinayət törətmişəm? Bu, mənim fikrimdir. Mətanət heç vaxt dönmür e. Mən öz fikrimi bildirmişəm, o da öz fikrini deyib. Qarışqanı böyüdüb fil elədi. Mən elə insanlara hörmət qoymuram, daha əhəmiyyətli işlərim var. İstəyir efirə paltarsız çıxsın, mənimçün fərqi yoxdur. Gülyaz məsələni çox şişirtdi. Gəlmir, dünəndən gəlməsin. O gəlməsə, Mətanətin verilişi getməyəcək?

-Bəziləri düşünürlər ki, siz radioda daha uğurlu aparıcı idiniz. Və daha yaxşı qəbul olunurdunuz. Özünüz necə hesab edirsiniz?
- Mən həm radiodayam, həm televiziyada. Bu dəqiqə desələr ki, çıx futbol şərh elə, hazıram. Düşünmürəm ki, aparıcı kompleksli olmalıdır. Aparıcı hərtərəfli olmalıdır. Ona görə də rəhbərlik məni bu işdə görür. Kim xoşlamırsa, baxmasın. Bu dəqiqə reytinqlərdə yüksək yerlərdəyəm. Reytinq olmasa, mənə heç kim baxmaz. Mən nəyəmsə, oyam, saxta deyiləm.

-"Kim istəmir, baxmasın" demək sərt səslənmədi ki?
-Tamaşaçı baxır da mənə. Kimin xoşu gəlir baxır, xoşu gəlməyən baxmır. Biz elə veriliş hazırlayırıq ki, bütün təbəqələri əhatə eləsin. Bu gün axşam mövzumuz birinci siniflərin çantalarının ağırlığı ilə bağlıdır...

-Bəzər efirdə qonaqlarınıza qarşı çox sərt olursunuz.
-Qətiyyən sərt deyiləm. Əgər sərt olsam, qonaqlarım verilişimə gəlməz. Hər kəs mənim mövqeyimi bilir. Kimsə düz sözü sərtlik kimi qəbul edirsə, özü bilər. Mən fərqli bir insanam, xoşları gəlmir, qəbul etməsinlər.

-Efirdə kompleksiniz yoxdur.
-Əndazədən çıxmamaq şərti ilə komplekssizəm. Məsələn, açıq-saçıq geyinmək mənlik deyil. Səhnədə dombalaq aşım və sair. Efir bunları istəyir. Baxsınlar xarici kanallara, aparıcıların hamısı yaşlı insanlardı. Elə uzağa getməyək, "Bəyaz Şou"nun aparıcısı Bəyazıt Öztürkün yaşı 40-ı keçib, amma kompleksi yoxdur və tamaşaçı da bunu normal qəbul edir. Özümü onlara oxşatmıram. Heç kim xasiyyətimi dəyişə bilməz. Mən düşmənimə də salam verən insanam. Avtobusa minəndə də sürücüyə salam verirəm, məəttəl qalır.

-Hərbi veriliş apara bilərsiniz? Məncə, həm də bu bir ilk olar.
-Çox istərdim ki, hərbi veriliş aparım. Mən müharibəyə getmək istəyirdim. Atam qarşımı kəsdi, qarşımda diz çökdü. Çox dəlisovam, beynimə girəni edənəm.

-Səhv etmirəmsə, yoldaşınız da hərbiçidir...
-Bəli, yoldaşım cəbhə bölgəsində qulluq edib. 27 il xidmət edəndən sonra ehtiyata buraxılıb. Ehtiyatda olan polkovnik- leytenantdır. Böyük oğlum da cəbhə bölgəsində xidmət elədi. İki oğul böyüdürəm. Uşaqlarımın cəsur olmaları üçün çalışıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4515   Tarix: 01 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942