Bratçikov Qardaşov deyil - VİDEO

Bratçikov Qardaşov deyil - VİDEOAzərbaycanın maraqları yalnız cəbhəyanı ərazilərdə qorunmur. Milli heysiyyatımızın sərhədləri sabah Rusiyanın Həştərxan şəhərindən keçəcək. Sabah Həştərxanda Xəzərin statusu ilə bağlı 5 xəzəryanı dövlət müzakirə açacaq. Xəzərin statusu barədə şəffaflıq yol verilən həddə qədərdir. Sələfdən xələfə hamı bu mövzuda susur. Ona görə də Həştərxan sammitindən gözləntilərimiz barədə çox çətinliklə əldə edə bildiyimiz xəsis informasiyalara əsasən danışacağıq.

…Bəlkə də Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi İqor Bratçikovun bu həftə keçirdiyi brifinq və burada dəbbələmə əhval-ruhiyyəsi olmasaydı, biz mövzuya sammitdən sonra toxunacaqdıq. Amma bizə müəmmalı görünən iki məqam hadisələri qabaqlamağımıza səbəb oldu. Bratçikov qəflətən bəyan etdi ki, Moskva Xəzərin sektorlar üzrə bölgüsünə tərəfdar deyil.

Rusiya XİN-nin xüsusi səfiri İqor Bratçikov: "Görünür mən tarixə balaca bir ekskurs etməliyəm. Rusiya əvvəllər Xəzərin sularının bölünməsinin əleyhinə çıxıb və onun Rusiya-İran və Sovet İttifaqı ilə İran arasındakı müqavilələrə uyğun saxlanılmasının tərəfdarı olub. Yəni sərhəd qurudan balıqçılıq zonası üçün nəzərdə tutulan 10 mil çərçivəsində idi. Biz maraqlı idik ki, bu rejim də qalsın. Lakin uzun illər digər Xəzəryanı ölkələrlə müzakirələrdən sonra Rusiya tərəfi milli sektorların meydana gəlməsinə razılıq verdi. Bu milli sektorlar hər bir ölkənin suveren istifadəsində olan 24-25 millik zonalardır və bu barədə razılıq Bakıda əldə edilmişdi. Mən təklif edirəm ki, biz sammiti gözləyək və görək ki, Xəzərin bu hissəsinə aid məsələ necə həll ediləcək. Amma mən qeyd etmək istəyirəm ki, bu milli sektorlara baxmayaraq su qatı ümumi istifadədir. Bu baxımdan Rusiya Xəzərin milli sektorlara bölünməsinin əleyhinə çıxış edir ki, bununla bağlı bəzən anlaşılmazlıq olur. Xəzər dənizinin sektorlara bölünməsini Rusiya dəstəkləmir".

Diqqətimizi məşğul edən ikinci məqam isə bu fikirlərin Həştərxan sammitinə bir həftə qalmış səslənməsi və ən əsası da Rusiyanın rəsmi dövlət agentliklərinin bülletenlərində Bratçikovun uzun-uzadı çıxışının məhz Xəzərin hüquqi statusu ilə bağlı verilən sualın cavabından verilən çıxarışın "Rusiya Xəzərin Milli sektorlara bölünməsinin əleyhinədir!" başlığı altında dərc edilməsi oldu. Moskva bir həftədən sonra, yəni artıq sabah keçiriləcək toplantıya ton verir və 18 illik danışıqlarda razılaşdığı prinsiplərdən imtina eliyir. Niyə? Rusiyanın Azərbaycan və İranla problemi olmamalı idi. Bunu ki, bizə Bratçikov özüdə deyir. Və Xəzərin milli sektorlara bölgüsünə Rusiyanın razı olduğunu ifadə edən bu mövqeyi bir sıra beynəlxalq sənədlərdə təsdiqləyir.

İqor Bratçikov: "Mən sizə deyim ki, Xəzərin Rusiyaya aid dib hissəsi Azərbaycan və Qazaxıstanın dənizin dibindəki sektoru ilə qonşudur və bununla bağlı həmin ölkələrin parlamentləri tərəfindən ratifikasiya edilmiş beynəlxalq müqavilələr var. Yəni bizim qonşularımızla Rusiyanın dib sektoru ilə bağlı problemi yoxdur. Digər iki Xəzəryanı ölkə ilə Rusiya həmsərhəd deyil. Xəzərin cənub hissəsində dənizin təkinin milli sektorlara bölünməsindəki problemlərlə bağlı sual verən azərbaycanlı həmkarımız məhz bunları nəzərdə tuturdu".

Bu cavabdan bir neçə dəqiqə sonra isə ortaya çıxan tam təzad. Rusiya Milli sektorlara bölgünün əleyhinədir.

"Bununla bağlı bəzən anlaşılamazlıq olur. Xəzər dənizinin sektorlara bölünməsini Rusiya dəstəkləmir" – deyə Rusiya XİN-in xüsusi səfiri İqor Bratçikov vurğulayıb.

Belə çıxır ki, sabah Azərbaycanı Həştərxanda təmsil edəcək nümayəndə heyətini asan danışıqlar gözləmir. Çünki Bratçikovun dedikləri Xəzərin milli sektorlara bölünməsi barədə əldə edilmiş hüquqi razılaşmanı qəti şəkildə təkzib edir. Xatırladırıq. Hələ 2003-cü il may ayının 13-də Rusiya və Azərbaycan dövlətləri arasında imzalanmış sazişdə bəyan edilir:

1. Xəzər dənizinin dibi və onun təki tərəflər arasında, bərabər uzaqlıqda yerləşən nöqtələr nəzərə alınmaqla çəkilən və Tərəflərin Razılığı ilə modifikasiya edilən orta xətt metodu əsasında, həmçinin Beynəlxalq Hüququn ümumtanınmış prisipiləri və Xəzərdə təşəkkül tapmış təcrübə əsasında bölünür.

2. Mineral ehtiyatlara və dəniz dibinin təkinin istifadəsi ilə əlaqədar digər hüquqa uyğun təsərrüfat-iqtisadi fəaliyyətə münasibətdə suveren hüquqların həyata keçirilməsi məqsədilə bu maddənin birinci bəndinə uyğun olaraq müəyyən edilən Azərbycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xəttinin keçdiyi coğrafi koordinatlar bu Sazişlə müəyyən olunur.

Bütün bunlarla yanaşı Sazişin 6-cı bəndində o da tərəflərin üzərinə bir öhdəlik kimi qoyulur ki, Rusiya və Azərbaycan digər Xəzəryanı Resublikaların da addımlarını bu sənədə uğyunluğunu təmin etməlidir. Amma Ən Yeni Rusiyanın beynəlxalq öhdəliklərə, hətta öz imzasına orjinal münasibəti artıq heyrətamiz səviyyəyə çatıb. Rusiya bu gün bir şəraitə yaza, altından qol, başqa bir şəraitdə isə üstündən xətt çəkə bilir.

1994-cü il, Budapeşt memorandumuna əsasən, Ukraynanın nüvədən tərksilah edilməsi zamanı onun ərazi bütövlüyünün pozulmamasına zamin düran, amma cəmi iyirmil il sonra, 2014-cü ildə Krımı ilhaq edən, ölkənin şərqində gedən davada isə birtərəfli qaydada müxalifətin mövqelərini müdafiə edərək bununla faktiki olaraq dövləti parçalamaqda iştirak edən yeni Rusiya ilə danışıqlar aparmaq sadə məsələ deyil. Ukraynaya hərbi-siyasi-humanitar müdaxilədən sonra dünya dövlətlərinin ciddi sanksiyaları ilə üzləşən və bəlkə də elə buna görədə hər gün bir qədər daha qaşqabaqlı görünən Kreml keçmiş sovet respublikaları ilə amiranə tərzdə davranır və təəssüf ki, bu respublikalar da özlərini qorumaqdan ötrü elə Rusiyanın özünə sığınmaqdan başqa yol tapmırlar. Çünki onlara gəl-gəl deyən Qərb, özü bir az əvvəl dayanıb dəvət etdiyi yerdən elə gələnlərin gəliş sürətində geri çəkiilir və sən də gəlib görürsən ki, gəl-gəl deyən artıq bir az uzaqlaşır. Lap ılğım kimi.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3091   Tarix: 29 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447