Hansı yaşa hansı idman növü uyğundur?

Hansı yaşa hansı idman növü uyğundur?İstər 20 yaşında olun, istər 30, istərsə də 40 yaşında... İdman hər zaman həyatınızın bir hissəsi olmalıdır. Qidalanma vərdişlərinizi tənzimləmək və idmanı həyat tərzi halına gətirmək daha yaxşı və uzun ömür üçün sadə, ancaq effektli bir yoldur. Yaşınıza uyğun idmana həftədə bir neçə saat ayıraraq sağlam ömür sürə bilərsiniz.

Qadınlar üçün...

20 yaş. İddialı bir fitness (fiziki idman) hədəfini müəyyən edin və qarşınızdakı son 10 il ərzində bu hədəfə doğru irəliləməyə çalışın.

30 yaş. 20 yaşdan sonra maddələr mübadiləsi yavaşlamağa başlayır. 30 yaşında həftədə 4 gün 1 saat məşq edin. Ən azı bir gün 45-60 dəqiqə arasında yüksək səviyyədə ürək məşqi edin. Bir gün ara verməyi unutmayın.

40 yaş. 40 yaşda həftədə 3 gün, gündə 1 saat ağırlıq çalışması və həftədə 5 gün, gündə 45 dəqiqə ürək məşqi edin. Həftədə bir gün ara verin. Ancaq yeni bir idmana başlarkən həkimlə məsləhətləşməyi də unutmayın.

50 yaş. Həftədə 4, ya 6 dəfə 20-40 dəqiqəlik ürək məşqi və həftədə 2 dəfə yarım saat ağırlıq çalışması edə bilərsiz. Ancaq buna başlamadan əvvəl həkimlə məsləhətləşin. İdmandan sonra gərilmə və əsnəmə hərəkətləri etməyi unutmayın.

60 yaş və yuxarı. Müntəzəm idman edin, ancaq oynaqları çətinliyə salan aerobik idmandan qaçmaq lazmdır. Qısa qaçışlar, üzgüçülük, ya velosiped sürmək tam bu yaşa uyğundur.

Kişilər üçün...

20 yaş. Çox kişi 20 və 29 yaş arasında fiziki baxımdan güclü, enerjili olur və "mənə hələ idman lazım deyil, irəli yaşlarda edərəm", - deyə yanlış düşüncədə olurlar. Bu yaşda çox gec qalmadan fərqli idman növlərini sınayaraq monotonluqdan çıxın. Bu həm də darıxmanıza imkan verməyəcək.

30 yaş. 30 yaşda bəzi hormonlar azalmaya başlayır və bu da sizə həm fiziki, həm də duyğusal olaraq təsir edir. İdmanın təbii antidepressant və stress yoxedici olduğunu da unutmayın. İşiniz çox olsa belə, idmana vaxt ayırın. Fiziki olaraq müsbət irəliləyişləri özünüz də hiss edəcəksiz.

40 yaş. İdman salonlarına getməyə həvəsiniz qalmayıbsa, şəxsi məşqçi ilə çalışa bilərsiz. Az-az başladığınız hərəkətləri tədricən artırın və beləliklə, nə bədəniniz gücə düşər, nə də motivasiyanız azalmış olar.

50 yaş. İdman yağsız bədən kütləsini qorumağa kömək edən hormonları oyandırır. İdman etməsəniz, maddələr mübadiləniz yavaşlar və sümük yoğunluğunuz azalar. İdmanla məşğul olun, ancaq ilk əvvəl həkimlə məsləhətləşin.

60 və yuxarı yaşlar. Bu yaşda formada qalmaq ürək və şəkər kimi xəstəliklərdən qorunmağa da kömək edər. Ağırlıq qaldırma, velosiped kimi fərqli idman növləri ilə məşğul olun. Ancaq həkimlə məsləhətləşməyi də unutmayın.

ailem


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2846   Tarix: 19 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505