Kasablanka - Mərakeş - FOTO

Kasablanka - Mərakeş - FOTOKasablanka ispan dilindən tərcümədə casa "ev", blanka isə "ağ" deməkdir. Kasablanka əhalinin ən çox məskunlaşan şəhəridir. Kasablanka Mərakeş Krallığının işgüzar, maliyyə və sənaye paytaxtıdır. Atlantikanın iri limanına, Avropa, Afrika və Amerikanın kəsişmə nöqtəsi olmasına baxmayaraq, zəngin tarixə malik milli görünüşünü itirmir. Kasablanka okean sahilində dincəlmək üçün əla yerdir. Burada dekabr və yanvar aylarında hava 20 dərəcə, martdan oktyabradək isə 26 dərəcə olur.

Kasablanka - Mərakeş - FOTOKasablanka Şimali Afrikanın aparıcı ticarət şəhəridir. Mərakeş beynəlxalq ticarətinin böyük hissəsi buradan keçir. Əsas ixrac olunan mallar: yun, dəri, fosfatdır. Kasablanka, həmçinin ölkənin ən iri sənaye şəhəridir. Sənayenin ən aparıcı sahələri: balıqçılıq, konservləşdirmə, ağac emalı və mebel istehsalı, tikinti materialları, şüşə və tütündür.

Kasablanka - Mərakeş - FOTOKasablankanın görməli yerləri

II Həsən məscidi,Kasablanka,MərakeşŞəhərin ən əzəmətli abidəsi fransız Mişel Pinsonun inşa etdiyi II Həsən Məcid məscididir. Tikintisi 4 il sürən məscid 1993-cü ildə açılıb. İnşasına 800 milyon dollar xərclənən məscid Məkkə məscidindən sonra böyüklüyünə görə ikincidir. Minarənin hündürlüyü 200 metrdir, binada kitabxana və Milli muzey də yerləşir. Daxildən freska (divar naxışı) ilə bəzədilib. II Həsən Məcid məscidi içərisinə başqa dinə mənsud olan insanların da buraxıldığı məscidlərdən biridir. Şəhərin gözəl tikililərindən biri də Mahakma du Paşa məhkəmə binasıdır. 1932-ci ildə inşa edilən Arxeoloji muzey Mərakeşin ən yaxşı muzeylərindəndir. Kasablankanın əsas meydanı Birləşmiş Millətlər meydanıdır. V Məhəmməd meydanı isə ən böyük meydandır, burada ərəb üslubunda çoxlu sayda bina var. Üzəri şəkilli parça ilə bəzədilmiş Əl Hank mayakı çox gözəldir.

Kasablanka - Mərakeş - FOTOMətbəxi

Kasablanka turistləri milli mətbəxi ilə də heyran edir. Bir sıra müsəlman şəhərlərində olduğu kimi, burada da donuz əti və spirtli içki qadağandır, heyvanlar bismillahla kəsilməlidir. Mərakeş mətbəxində xörəklər asta-asta, ədviyyat və ya təzə göyərtilərlə hazırlanır. Ölkə ziddiyyətlərlə bol olduğu kimi, mətbəxi də elədir, yəni bir xörəkdə həm acı, həm şirin dad var. Ət xörəkləri, adətən quru və ya təzə meyvələrlə bəzədilir. Burada "ətli və heyvalı tacin" xörəyi çox məşhurdur. Mərakeş mətbəxində qonağın nemətlərdən ləzzət alması şərtdir. Ənənəvi naharda masaya çəngəl, qaşıq qoyulmur, xörəklər sağ əlin şəhadət və orta barmağı ilə yeyilir. Nahardan əvvəl masaya əlləri yumaq üçün kasada qızılgül ətirli isti su verilir. Süfrəyə birinci şorba gətirilir. Qoyun əti və paxladan hazırlanan "Harira" şorbası çox populyardır.

Kasablanka - Mərakeş - FOTOTuristlərə məsləhət

Göstərilən xidmətə görə çaypulunu çox verməyin. Pulu həm əldən-ələ vermək, həm də masanın üstünə qoymaq məsləhət görülür. Kasablankada axşam həyatının mərkəzi Korniş sahilidir. Burada gəzə, açıq restoranlarda otura, bar, gecə klubu və ya diskotekaya gedə bilərsiniz. Otellər qonaqlara balıqçılıq, yaxta və katerdə gəzinti də təklif edir. Alış-veriş etmək qərarına gəlsəniz, bazar məhəlləsi olan Habbusa gəlin. Burada zeytun, un məmulatları, dulusçuluq bazarları, həmçinin bir çox əntiq əşyalar mağazaları var. Bazarda yüksək keyfiyyətli dəri və ipək geyimlər əldə etmək olar. Müasir Kasablankanı avanqard və yeni texnologiyalar şəhəri adlandırırlar. Avropa və amerikalılar üçün Kasablanka gözəl həyat, cah-calal və macəralarla assosiasiya olunur. Müasir Kasablanka Afrikanın Qahirədən sonra ikinci böyük şəhəridir.

Kasablanka - Mərakeş - FOTOKasablanka şəhərinin tarixi

Orta əsrlərdə Kasablanka Anfa kimi tanınan varlı şəhər idi. 1468-ci ildə portuqaliyalılar şəhəri dağıtdı və elə onlar da 1515-ci ildə bərpa etdilər. 1755-ci ildə baş verən güclü zəlzələdən sonra şəhər yenidən quruldu. 1907-ci ildə şəhəri fransızlar ələ keçirdi. Fransızların hakimiyyəti illərində şəhər sürətlə inkişaf etdi. 1943-cü ildə şəhərdə ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Uinston Çörçil arasında Kasablanka konfransı keçirildi. 1956-cı ildə Mərakeş müstəqilliyini elan etdi və fransızlar şəhəri tərk etdilər.

Kasablanka - Mərakeş - FOTOBundan sonra şəhər iqtisadi baxımdan ciddi problemlər yaşadı. Amma turizmin yüksək inkişafı və sənayenin artımı hər şeyi geri qaytardı. Həyat tərzi və xarici görünüşünə görə Kasablanka cənubi Avropa şəhərlərinə bənzəyir: iş dalınca qaçan insanlar, mini-yubkalar, hündür dabanlar, gün eynəkləri…

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5531   Tarix: 17 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627