Həsən bəy Bayandur

Həsən bəy BayandurUzun Həsən 1423-cü ildə anadan olmuşdur. Uca boylu olduğuna görə "Uzun Həsən" ləqəbini almışdı. Qara Yuluq Osman Bəyin babasıdır. Uzun Həsən Trabzon imperatoru IV İoanın (1429-1458) qızı Dəspinə xatunla evlənmişdir. Bu izdivacdan 7 oğlu olmuşdur: Uğurlu Məhəmməd, Maqsud bəy, Zeynal bəy, Sultan Xəlil, Mirzə Yaqub, Yusif Mirzə və Məsih Mirzə. Bu oğlanlardan üçü - Uğurlu Məhəmməd, Maqsud bəy və Zeynal bəy hələ Həsən bəyin sağlığında dünyadan köçmüşdülər. Uzun Həsənin başqa məzhəbə və dinlərə etiqad edən əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı ölkədə sabitləşdirici rol oynayır. O, bacısını Şah İsmayıl Xətainin babası Şeyx Cüneydə, qızı Aləmşahbəyimi isə Şeyx Cüneydin oğlu Şeyx Heydərə ərə vermişdi. Uzun Həsən Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlamışdır.

Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarininin yol qeydlərində Azərbaycan və Uzun Həsənin özü barədə bir çox maraqlı məlumatlar var. Uzun Həsən haqqında o yazır: "Uzun Həsən çox yeyir, az qala fasiləsiz olaraq şərab içir və öz qonaqlarına qulluq etməyi sevir. Onun yanında həmişə rəqqasələr və müğənnilər olur. Onlar onun əmri ilə oxuyub-oynayırlar. Ümumiyyətlə, o, şən xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişidir və üzündə tatar cizkiləri var."

Uzun Həsənin uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir.

Uzun Həsən Ağqoyunlu tayfalarını birləşdirib, Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurur və o vaxtdan da adı tarixə düşür.

Hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqlərini Osmanlı imperiyasının Avropaya doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarır. Uzun Həsən öz müşavirləri vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparır. Həmin yardım Qara dəniz və Aralıq dənizi vasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq edən və Qaraman bəyliyinin qərb sərhədlərində yerləşən yunan Trapezund imperiyası üzərindən keçib gəlməli idi.

Osmanlılar bunun qarşısını almaq istəyir və 1453-cü ildə Fateh II Mehmet tərəfindən Konstantinopol işğal olunduqdan sonra Trapezund imperiyasını məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət etsin. Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası Sara xatunun başçılığı ilə elçilər yollanır. Sara xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O, bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir - sülh bağlanır. Bu sülhün şərtlərinə görə, Uzun Həsən osmanlıların Trapezundu işğal etməsinə mane olmamalı, osmanlılar isə onun dövlətinin ərazisindən çıxmalı idilər.

Uzun Həsəni neytrallaşdırmaq üçün II Mehmet Trapezund üzərinə hücuma keçərkən Sara xatunu və onun başçılıq etdiyi heyəti də özü ilə götürür. 1461-ci il oktyabrın 26-da Trapezundun mühasirəsi qələbə ilə nəticələnir. Sara xatun sultanı inandıra bilir ki, Trapezund çarlığının xəzinəsindəki sərvətin bir hissəsi onun gəlini Dəspinə xatuna çatmalıdır və həmin iri məbləği də götürüb, özü ilə vətənə aparır.

Ağqoyunlu dövləti Qara dənizdən keçən ənənəvi ticarət yolunu itirmiş olur. Bundan sonra osmanlılar Uzun Həsənin digər bir müttəfiqini - Qaraman bəyliyini də tutub, onu faktiki olaraq Aralıq dənizinə çıxışdan da məhrum edirlər. Osmanlı ilə münasibətlərdə gərginlik artır. Osmanlılar Qaraqoyunlu Cahanşah Həqiqini və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər. 1467-ci ildə bütün bunların nəticəsində Cahanşah Təbrizdən öz qoşunu ilə Diyarbəkirə tərəf hərəkət edir. Osmanlı sultanı II Mehmet oğlu şahzadə Bayazidi ona köməyə göndərəcəyini vəd edir. Düşmənin planlarından xəbər tutan Uzun Həsən gözlənilmədən Muş düzündə onların qarşısına (Muş döyüşü) çıxır. Cahanşah məğlubiyyətə uğrayıb, geri çəkilir. Uzun Həsən onu təqib edərək, gecə düşmənin Ərzincan yaxınlığındakı düşərgəsinə hücum çəkir. Qaraqoyunlu ordusunun qalıqları məhv edilir, Cahanşah Həqiqi öldürülür. Bir müddətdən sonra Uzun Həsən Xoy şəhəri yaxınlığında Cahanşahın Qaraqoyunlu dövlətini bərpa etmək etmək istəyən oğlu Həsənəlini də məğlub edir. Uzun Həsən Cahanşahın başını onun müttəfiqi Əbu Səidə, Həsənəlinin başını isə sultan II Mehmetə göndərir.

Cahanşahın süqutundan sonra teymuri Əbu Səid öz müttəfiqi Həsənəlini müdafiə etmək pərdəsi altında Azərbaycan üzərinə hücuma keçməyə hazırlaşmışdı. Hətta Sara xatunun sülh şərtləri ilə onun hüzuruna göndərilməsi də Əbu Səidi bu addımı atmaqdan çəkindirmədi. Keçmiş müttəfiqi şirvanşahın köməyinə bel bağlayan Əbu Səid Şirvana doğru hərəkət edir. Lakin Şirvanşah Fərrux Yasar Ərdəbil hakimi Şeyx Heydərlə birlikdə Uzun Həsənin tərəfinə keçir və Əbu Səidin qoşunları tamamilə blokadaya alınır. Orduda aclıq başlanır. Uzun Həsən Əbu Səidin danışıq təklifini qəbul etmir və gözlənilmədən düşmən qoşununa hücum çəkib, onu pərən-pərən salır. Bu döyüş tarixə Mahmudabad döyüşü kimi daxil olmuşdur. Əbu Səid qaçmağa cəhd göstərsə də, onu tutub edam edirlər. Həsənəli isə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin əlində ölür.

Qaraqoyunlular dövləti süqut edir, Teymurilər dövləti isə həddən artıq zəifləyir. Uzun Həsən Azərbaycanın əsasında Qərbi İranın, İraqın, Ermənistanın, Kürdüstanın, Diyarbəkirin, Şərqi Gürcüstanın və digər kiçik dövlətlərin də daxil olduğu möhtəşəm bir dövlət qurur. Həmin dövlətin paytaxtı isə Azərbaycanın paytaxtı Təbriz olur.

Ağqoyunlu dövlətinin tarixində yeni bir dönəm başlayır. Artıq onun bir, lakin çox güclü düşməni qalmışdır,bu, Osmanlı dövlətidir. Onunla mübarizə aparmaqdan ötrü isə köhnə metodlar keçmir. Bunun üçün ölkəni iqtisadi cəhətdən möhkəmləndirmək, ordunu yenidən təşkil etmək və güclü müttəfiqlər tapmaq lazımdır. Uzun Həsən özünəməxsus çeviklik və enerji ilə bu məsələlərin həllinə başlayır. Qeyd etmək lazımdır ki, o, bundan əvvəl də həmin istiqamətdə müəyyən işlər görmüşdü. İlk növbədə ölkə iqtisadiyyatının inkişafına təkan vermək üçün Uzun Həsən bir sıra islahatlar aparır ki, bunlar da öz əksini onun Qanunnaməsində tapmışdır. Sonralar bu toplu "Padşah Həsənin qanunları" adı ilə məşhurlaşır. Həmin qanunların həyata keçirilməsi nəticəsində vergilərin yığılması qanuniləşir və sistem şəklini alır, sənətkarlıq və ticarət inkişaf edir. Uzun Həsənin xəzinəsi dolur və Azərbaycanda möhtəşəm bir mərkəzləşdirilmiş dövlət yaranır.

Ordusunun təkmilləşdirilməsi haqqında çox düşünən Uzun Həsən bu məqsədlə Avropadan mütəxəssislər çağırır və nizami ordu yaratmaq istəyir. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün ona köməklik göstərirlər. Ölkədə top istehsalına başlanılır, topçu kadrlar hazırlanmasının əsası qoyulur. Lakin lazımi qədər top istehsal etmək Uzun Həsənə müyəssər olmur, topların qərbdən gətirilməsi işi isə müxtəlif səbəblər üzündən tez-tez pozulur.

Uzun Həsən böyük tikinti işləri də aparır. O, Təbrizdə örtülü Qeysəriyyə bazarını, Nəsriyyə universiteti ilə birlikdə möhtəşəm məscid və digər ictimai binalar tikdirir. Uzun Həsənin sarayında alimlər məclisi fəaliyyət göstərir və zəngin kitabxana yaradılır. Kitabxanada çoxlu alim çalışır, onun nəzdindəki emalatxanalarda isə o dövrün ən görkəmli xəttat və rəssam-miniatürçüləri fəaliyyət göstərirdi. Sonralar, Səfəvi şahlarından İsmayıl və Təhmasibin zamanında həmin kitabxana genişlənir və daha da zənginləşdirilir. Sarayda saz çalanlar ansamblı yaradılmışdı ki, buraya da 98 aşıq daxil idi.

Avropa Uzun Həsənə böyük ümidlər bəsləyirdi. İndi yalnız o, Osmanlı imperiyasının fikrini yayındıra və onu Avropaya doğru irəliləməkdən saxlaya bilərdi. Professor Yaqub Mahmudovun Ağqoyunlular və Səfəvilər dövlətlərinin qərbi Avropa ilə münasibətlərə həsr etdiyi samballı elmi araşdırmasında da göstərdiyi kimi, bu dövrdə Uzun Həsən Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Vatikan, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlayırdı.

Bu döyüşdən on gün sonra Uzun Həsənin öz qüvvələrinə arxayın olan sərkərdələri onu inandırıb, çayı keçmək və osmanlıları biryolluq əzmək fikrinə gətirirlər. Əvvəl-əvvəl osmanlıları mühasirəyə alaraq, artilleriyadan istifadə etməyə imkan verməmək onlara müyəssər olur. Türklər mühasirəyə alınıblar və məğlubiyyət ərəfəsindədirlər. Son anda isə onlar hiyləgər bir manevr edərək, mühasirədən çıxır və artilleriyalarını işə salaraq, təqribən 8 saat davam edən döyüşü udurlar. Bu döyüş tarixə Otluqbeli vuruşu kimi daxil olub. Həmin qələbə osmanlılara elə ağır başa gəlir ki, sultan hərbi əməliyyatları davam etdirmədən və hətta Ağqoyunlulara qarşı heç bir ərazi iddiası irəli sürmədən tez-tələsik İstanbula yola düşür.

Uzun Həsən belə kasıbyana texniki təchizatla yaxşı silahlanmış və artilleriyaya sahib olan türklərə qalib gələ bilməyəcəyini anladığı üçün döyüşü həmişə elə qurmağa .Çalışır ki, həlledici rolu onun cəngavər süvariləri oynasın. Yetərincə odlu silahı olmayan və yeniləşməsi başa çatmayan bir ordunun qazandığı qələbələr Uzun Həsənin sərkərdəlik məharəti və hərbi ehtiyatlardan lazımınca istifadə etmək bacarığı sayəsində əldə edilirdi. Məğlub olduqdan sonra da Uzun Həsən türklər əleyhinə yaradılmış koalisiyanın daha da möhkəmləndirilməsi uğrunda fəal siyasi mübarizəyə qoşulur. Onun sarayında yenə də Avropa ölkələrindən gəlmiş elçiləri tez-tez görməg olar. O, türklərə qarşı yeni hərbi əməliyyatlara başlayacağını bildirir və müttəfiqlərini də buna çağırır. 1477-ci ildə Uzun Həsən özünün son yürüşünə - Gürcüstan üzərinə yürüşə gedir. Oradan zəngin qənimət və 5 min nəfərlik əsirlə qayıdır. Həmin əsirləri də öz yaxınlarına paylayır. Elə həmin vaxtlarda Uzun Həsənin oğlu, istedadlı sərkərdə və qalibiyyətli yürüşlərin iştirakçısı olan Uğurlu Məhəmməd atasına qarşı qiyam qaldırır. Qardaşı Sultan Xəlil tərəfindən təqib olunduqdan sonra isə Türkiyəyə qaçır. Sultan II Mehmet orada onu ədəb-ərkanla qəbul edir və öz qızı Kövhərxan sultanı da ona ərə verir. Uğurlu Məhəmməd atasına qarşı mübarizəsini davam etdirir, lakin onu tezliklə tutub e'dam edirlər. Bundan az sonra 1478-ci ilin 5 yanvarında Uzun Həsənin özü də həyatla vidalaşır. Onu özünün tikdirdiyi Nəsriyyə məscid kompleksində dəfn edirlər. Bundan sonra həmin məscid "Həsən padşahın məscidi" adlanır.

Təəssüf ki, Uzun Həsənin varisləri onun yaratdığı nəhəng imperiyanın qüdrətini qoruyub saxlaya bilmirlər. Daxili çəkişmələr ölkəni zəiflədir və 1499-cu ildə dövlət iki yerə parçalanır. Azərbaycan və Ermənistana Əlvənd Mirzə Ağqoyunlu, İraq və Farsa isə Murad Padşah Ağqoyunlu hökmranlıq edir. 1501 -ci ildə şah İsmayıl Əlvənd Mirzənin, 1503-cü ildə isə Murad Padşahın qoşunlarını darmadağın edir və bununla da Ağqoyunlu dövlətinin mövcudluğuna son qoyulur.

Bu dövlət öz yerini Şah İsmayılın yaratdığı Səfəvilər dövlətinə verir. Bu, Azərbaycan-türk dövlətləri olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin birbaşa varisi idi və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin sonrakı inkişafında mühüm rol oynamışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7525   Tarix: 23 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin

18.12.2025 155
.

Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa indiyədək heç olmadıqları qədər yaxındırlar. O, Türkiyənin Azərbaycanla tam koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyini vurğulayaraq, "Növbəti ilin əvvəlində

18.12.2025 198
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 173
.

AYNA-nın avtobusu qəzaya düşdü

BİG.AZ xəbər verir ki, bu gün saat 19:35 radələrində Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən 595 saylı avtobus Biləcəri ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, qəza mini

18.12.2025 259
.

Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov

18.12.2025 185
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

18.12.2025 284
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

18.12.2025 262
.

"YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?

Azpolitika xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbini

18.12.2025 191
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18.12.2025 117
.

TOP MP3