Azərbaycanda körpə uşaqların dəfn edildiyi saxsı qab qəbirləri tapılıb - FOTO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi "Qədim Qəbələ" arxeoloji ekspedisiyası tərəfindən abidələrlə zəngin olan Qəbələ rayonu ərazisində 2014-cü ilin çöl tədqiqatları mövsümündə aparılan son arxeoloji araşdırmalar zamanı yeni maraqlı faktlar aşkar olunub.

İnstitutdan verilən məlumata görə, e. ə. IV minilliyin birinci yarısına aid Qalayeri qədim yaşayış məskənində əvvəlki illərdə aparılmış qazıntı işləri bu il də davam etdirilib. Öz kökləri ilə Ön Asiyaya bağlı olan Leylatəpə arxeoloji mədəniyyətinə məxsus Qalayeri yaşayış məskənində aşkar edilmiş gil qatlarından qurulmuş tikili qalıqlarının analoqları Azərbaycan və bütövlükdə Qafqaz abidələrindən məlum deyildir.

Tapıntıların əksəriyyətini saxsı qab qalıqları və daşdan müxtəlif əmək alətləri təşkil edir. Ön Asiya ənənələrinin davamı olaraq içərisində körpə uşaqların dəfn edildiyi saxsı qab qəbirləri də aşkar edilib. Abidədə hələ 6 min il əvvəl Qafqazda məlum olmayan dulus çarxının tətbiqini bir daha sübut edən tapıntı – üstündə çarxın fırlandığı daş alət və çarxın daşdan digər detalları aşkar edilib.

Məişətdə daha çox tələbatın olduğu saxsı qabların dulus çarxında istehsalı və onların üstündə tanınma işarələrinin vurulması hələ 6 min il əvvəl Azərbaycanda kütləvi istehsal üzərində mərkəzləşmiş nəzarətin, cəmiyyətdə erkən idarəçilik ənənələrinin təşəkkül tapdığını göstərir. Ümumiyyətlə, Qalayeri yaşayış məskəni memarlıq qalıqları və bütün arxeoloji materialları ilə Şərqi Anadoludakı Arslantəpənin 7-ci təbəqəsi ilə tam uyğunluğa malikdir.

Ekspedisiya rayon ərazisində arxeoloji kəşfiyyat işləri də aparıb, əvvəllər elmə məlum olmayan yeni abidələr aşkarlayıb. İlk növbədə, Dizaxlı kəndi yaxınlığında, Qaraçayın hündür sağ sahilində aşkar edilmiş Daş dövrünün qədim mərhələsinə - alt paleolit dövrünə aid daş alətləri xüsusilə qeyd etmək lazımdır.

Yaşı 450-500 min il olan qədim Aşel mərhələsinə aid iri qaşov-iskənə və çopper tipli bu alətlərin aşkar edildiyi "Qızlar qalası" adlı sahə çox güman ki, ibtidai insanların açıq tipli düşərgəsi olub. Bu tapıntılar Böyük Qafqaz dağlarının cənub ətəklərində Aşel dövründə insanların məskunlaşması və miqrasiyası tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Ekspedisiyanın elmi yeniliklərindən biri də Dizaxlı kəndinin şərqində, Qaraçayın hündür sağ sahilinin kənarında Kür-Araz mədəniyyətinə aid torpaq qəbirləri nekropolunun müəyyən edilməsi olub. Belə ki, bu vaxtadək Kür-Araz mədəniyyətinə aid kurqan örtüyü olmayan və yaşayış yerindən kənarda torpaq qəbirləri məzarlığı məlum deyildir.

Burada dəfinə axtaranlar bir neçə qəbri dağıdıblar. Abidənin xüsusiyyətini müəyyən etmək üçün qəbirlərdən birində arxeoloji qazıntı aparılıb. Qəbirdə yanı üstdə dəfn edilmiş insanın skeleti, onun ətrafında saxsı qablar və toxuculuq aləti olan sümükdən iy başlığı aşkar edilib. Bunlardan əlavə, kəndin ərazisindəki kurqanların GPS koordinatları və ölçüləri qeydə alınıb.

anspress

Azərbaycanda körpə uşaqların dəfn edildiyi saxsı qab qəbirləri tapılıb - FOTOAzərbaycanda körpə uşaqların dəfn edildiyi saxsı qab qəbirləri tapılıb - FOTOAzərbaycanda körpə uşaqların dəfn edildiyi saxsı qab qəbirləri tapılıb - FOTOAzərbaycanda körpə uşaqların dəfn edildiyi saxsı qab qəbirləri tapılıb - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3706   Tarix: 16 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır

ündəlik həyatda çox insan meyvəni soyaraq yeməyi daha təmiz və praktik hesab edir. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, meyvənin əsas qida yükü onun qabığında toplanır. xəbər verir ki, xüsusilə alma qabığında olan polifenollar və liflər orqanizmin antioksidant qabiliyyətini ciddi şəkildə artırır

14.12.2025 998
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1439
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 908
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 303
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1146
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 665
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 308
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 394
.

TOP MP3