Dünya təhlükədə: Su müharibəsi başlayır

Dünya təhlükədə: Su müharibəsi başlayırYer kürəsində kürəsəl isinmənin artması özü ilə birgə su problemini də önə çıxarıb. Keçmişdə də su üstündə toqquşmalar olub. Amma görünən budur ki, gələcəkdə bir çox müharibə məhz su üzərində sahiblik uğrunda olacaq.

Bəs, gələcəyin su müharibələrinin hansı bölgələrdə baş verməsi proqnozlaşdırılır? Bu müharibələr hansı ölkələr arasında baş verə bilər?

BiG.AZ xarici KİV-lərə istinadən gözlənilən müharibələrin ssenarilərini təqdim edir:

ABŞ-dakı Massaçuset Universitetinin apardığı araşdırmalara əsasən, gəlinən nəticə gələcəkdə su müharibələrinin qaçılmaz olmasını göstərir. Dünya əhalisinin 60%-dən çoxunun yaşadığı Asiya qitəsi istifadə oluna bilən suyun cəmi 36%-nə sahibdir. Digər tərəfdən dünya əhalisinin 6%-nin yaşadığı Cənubi Amerika isə bunun 26%-nə sahibdir. Yalnız Amazon çayı bütün dünyada istifadə oluna bilən suyun 15% həcmini özündə birləşdirir.

Dünya ekologiya təşkilatlarının verdiyi məlumata görə, 2025-ci ildə dünya əhalisinin 66%-i su problemindən əziyyət çəkəcək. Yaxın tarixi hesablasaq Yaxın Şərq və Amerikanın bəzi bölgələrində su probleminin başlanması gözlənilir. Su qaynaqlarının fərqli ölkələr tərəfindən fərqli paylaşıldığından su üstündə toqquşmaların çıxacağı ehtimal edilir. Bunlara Nil çayını və ABŞ-Kanada arasındakı bölgəni örnək kimi göstərə bilərik.

Su müharibələrinin başlanması ilə bağlı bir sıra proqnozlar mövcuddur. Bunlardan ən diqqət çəkəni isə dünya əhalisinin 5%-nə sahib olmasına baxmayaraq, cəmi 1%-lik su qaynaqlarına sahib olan Yaxın Şərqdir.

Həmişə neft üstündə müharibələrin yaşandığı Yaxın Şərqdə su müharibələrinin başlanması gözlənilir.

"UNESCO" ya görə, Yaxın Şərqdə su qaynaqları uğrunda çıxa biləcək müharibələrin proqnozu belədir:

Fərat və Dəcla çayı üçün Türkiyə, Suriya və İraq arasında müharibə çıxa bilər. Şeria çayı üstündə isə İordaniya , İsrail, Livan və Fələstin arasında anlaşılmazlıqlar var və bu məsələyə görə gələcək müharibənin çıxması qaçılmaz görünür. Afrikada isə Nil çayının suyuna sahib olmaqçün Misir, Efiopiya və Sudan arasında su müharibəsinə səbəb olacağı heç də uzaq tarixin ehtimalı deyil.

Orta Asiyada isə Aral gölü ətrafındakı çaylar və su qaynaqları Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan arasında münasibətləri korlayacaq. Cənubi Asiyada Vular su anabarı ilə bağlı Hindistan-Pakistan münaqişəsi artıq başlanıb. Farraka anbarı üçün Hindistanla Banqladeş münasibətlərində artıq pozulma yaranıb. Mahakali çayı isə Hindistan və Nepal arasında əl bombasını xatırladır. Hər an bu bomba partlaya bilər. Cənub-Şərqi Asiyada Mekonq çayında su anbarları qurmağa çalışan Kamboca, Çin, Laos, Myanma, Tayland və Vyetnamın qarşı-qarşıya gəlməsi ehtimalı getdikcə daha da gerçəkləşir.

Cənubi Afrikada Botsvana və Nambiya bir neçə dəfə su ütsündə müharibə ərəfəsinə gəlib. Liviyanın istifadə etdiyi sularsa Əlcəzairi narahat edir. ABŞ və Meksika arasındakı Kolorado çayının bölüşdürülməsi problemi dinamit effektini xatırladır. Uruqvay, Argentina, Braziliya və Paraqvayı əhatə edən La-Palata hövzəsi Cənubi Amerikanın gələcək müharibə problemi kimi özünə yer alır.

Tarix boyu su üstündə müharibələr, problemlər və bölgəsəl anlaşılmazlıqlar ortaya çıxıb. 1990-cı ildə Atatürk anbarının tikilməsi üçün qısa müddət Fərat çayının axını əngəlləndi. Suriya və İraq Türkiyəni protest etdi. Onlar bu su anbarının Trükiyənin müharibə silahı olduğunu iddia edirdilər. Yenə 1990-cı ildə Turqut Özal PKK-ya dəstək verməsi səbəbiylə Suriyaya xəbərdarlıq etdi və onun suyunu kəsməklə hədələdi.

Bu il yaşanan olaylar da Suriya və Türkiyə arasında su təhdidinin yaşanacağı ehtimalını gözlər önünə gətirir. Meksikada su qaynaqları üzərindəki nəzarətlə əlaqədar olaraq yerli əhali arasında toqquşma baş verib. Nəticədə 100-dən artıq polis yaralanıb. 2014-cü ildə Suriya höküməti müxaliflərin Hələbdəki su anbarını bombaladığına görə ölkədə su böhranının yarandığını iddia edib. Krımın Rusiyaya birləşdirilməsindən sonra Ukraynanın Krıma gedən su qaynaqlarının qarşısını kəsdiyi iddia edilmişdi.

Nigeriyada isə fermerlərlə tarla sahibləri arasında çıxan qarşıdurmalar hərbi əməliyyat nəticəsində sona çatdı. Gürcüstan Rusiyanın sərhəddəki su qaynaqlarıyla tez-tez sabotaj etdİyini iddia edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3474   Tarix: 16 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

20:45 0
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 583
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 115
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 158
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

20:20 0
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

11:48 93