Əcnəbilərə ərə gedən məşhur azərbaycanlılar - SİYAHI

Əcnəbilərə ərə gedən məşhur azərbaycanlılar - SİYAHITürkiyə vətəndaşları ilə ailə quran azərbaycanlılarınn sayı hər il artır. Xüsusən də xanımlarımız türk bəylərə üstünlük verərək onlara ailə həyatı qururlar. Statistikaya nəzər yetirsək görərik ki, bu ilin ilk beş ayında qeydə alınan göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur.

Türkiyənin Bakıdakı səfirliyindən bildiriblər ki, bu ilin 5 ayı ərzində 175 türk və azərbaycanlı cütlüyün nikahları səfirlikdə qeydiyyata alınıb. Bu rəqəmlər yalnız Azərbaycanda baş tutan nikahlara aiddir.

Qardaş xalqların nümayəndələri arasında baş tutan toylardakı 20%-lik artıma azərbaycanlı gəlinlərin səbəb olduğu bildirilir. Bəzi şəxslər bu məsələni ölkədə evlənmək istəyən kişi namizədlərin cəmi 40 faiz olması ilə əlaqələndirirlər.

Qadınkar hesab edirlər ki, ailə qurmaq istəyən kişilərin 40 faizinin 15 faizi Rusiyada yaşayır, işləyir, 4-5 faizi ümumiyyətlə, qadınları sevmir, 20 faizi isə ancaq qohum və tanış qızları, ya da varlı qızlarla evlənirlər.

Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar. Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə beynəlmiləl izdivac bağlayıblar. Azərbaycanlı qızların xoşbəxt etdiyi əcnəbilərin sırasında sonrakı yerdə İran vətəndaşları gəlir.

Həmçinin azərbaycanlı xanımlar Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları da var.

Türklərlə evlənən müğənnilər, modellərlə yanaşı jurnalistlərin də sayı az deyil. Jurnalist İlhamə Qasımlının Bakıda sonuncu iş yeri "525-ci qəzet" olub. Türkiyəyə gəlin köçən xanım jurnalist, hazırda Ankarada yaşayır və Azad adlı bir oğlu var.

Şeyda Nəsibli (Kamaloğlu) 1996-cı ildən 2006-cı ilədək Bakıda nəşr olunan "Hürriyyət", "Bu gün", "Azadlıq", "Yeni Müsavat" qəzetlərində çalışıb. Türkiyə vətəndaşı Məhəmməd Kamaloğlu ilə ailə qurub, iki oğlu var.

ANS-in keçmiş aparıcısı, "Səs" internet televiziyasının "Xəbərlər" bölümünün sabiq baş redaktoru Məhsəti Şərif Özyürək də türk bəylə ailə qurub. Xanım jurnalistin Həyat yoldaşı Türkiyənin özəl şirkətlərinin birində çalışır. Hazırda onlar İstanbulda yaşayır.
Jurnalist Elza Alışova Quzey Kipr Türk Cümhuriyyətində yaşayır. Kipr türkü Salih bəylə ailə quran xanım "Üç nöqtə", "Mərkəz", "Xalq Cəbhəsi", Cümhüriyyət", "Yeni Müsavat", "Bakı-Xəbər" qəzetlərində işləyib. Bir oğul anasıdır.

Türkiyə vətəndaşı ilə evlənərək Ankaraya gəlin köçən jurnalist Şəhla Əbusəttar Bakıda yaşadığı müddətdə "7 gün", "Olaylar", "Reytinq", "Azadlıq" qəzetlərində, "Himayədar" jurnalında işləyib, "Yeni Müsavat", "Kriminal" qəzetləri ilə əməkdaşlıq edib.

Jurnalist Kəbutər Haqverdi "Azərbaycan", "Şans" qəzetlərində işləyib. Son iş yeri isə 14 il çalışdığı "Yeni Azərbaycan" qəzeti olub. Türk bəylə ailə həyatı quran xanım hazırda qardaş ölkədə yaşayır.

ANS-in "Uşaqdan böyüyə" verilişinin aparıcısı İrəm Nəbiyeva türklə ailə həyatı qurub. O, 2010-cu ildən teleməkanın reytinqli verilişlərindən olan "Uşaqdan böyüyə"nin həm aparıcısı, həm də layihə rəhbəri olub. Türkiyə vətəndaşı ilə ailə quran məşhur aparıcının həm ölkəmizdə, həm də Türkiyədə toy mərasimi olub. Xanım jurnalistin toy mərasimi restoranda deyil, dəniz kənarında, qumsalda təşkil olunub. Onun həyat yoldaşı Türkiyə ordusunun zabitidir.

Bu günlərdə ana olan müğənni Aygün İsmayılova da Türkiyədə gəlindi. Onun həyat yoldaşı Haluk adlı türk vətəndaşı bizneslə məşğuldur.

Qeyd edək ki, Aygün İsmayılova "Yeni ulduz" yarışmasının iştirakçısı olub. Aygün ailə qurduqdan sonra sənətdən uzaqlaşıb və İstanbulda yaşayır.

Tanınmış model Minarə Allahverdiyeva ölkəmizdə çalışan prodüser Kamal Cenk İçtənlə ailə həyatı qurub. Şəhər restoranlarından birində keçirilən toy mərasimində bir sıra tanınmış simalar da iştirak edib. Bu, Minarə və Cenkin ikinci evliliyidir. Minarənin ilk evliliyindən bir qızı da var.

Azərbaycanlı model Nuranə Alyasova da türk bəylə ailə həyatı qurub.
"Miss Azerbaijan 2012" gözəllik yarışmasının finalçısı Türkiyə vətəndaşı Səfa Qaraqurda ərə gedib. Səfa Qaraqurd Bakıya daha çox bağlıdır. Nüranə və Səfa hər ikisi ali təhsilli memardırlar.

Qeyd edək ki, Nuranənin bacısı Minarə Allahverdiyeva "Miss Azerbaijan 2013" müsabiqəsinin finalçılarındandır.

Tanınmış müğənni İradə İbrahimova Ceyhun İzzət adlı Azərbaycan əsilli türk biznesmenlə ailə qurub. Onlar hazırda Türkiyədə yaşayırlar. Xanım müğənninin türk bəydən İpək İzər adlı bir qız övladı var.

Müğənni Nurcan Türkiyə vətəndaşı Məsut bəylə ailə qurub. İş adamı olan Məsut bəy bir neçə restoranların və obyektlərin sahibidir. Cütlüyün toyu Bakının mötəbər şadlıq sarayların birində baş tutub.

Təqdim etdiyimiz siyahını bir az da genişləndirmək olar. Başqa ölkə vətəndaşları ilə ailə həyatı quran həmyerlilərimiz arasında təkcə jurnalistlər, sənət adamları deyil, digər sahələrin nümayəndələri də var.

azvision


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3804   Tarix: 15 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051