"Eurovision-2011" haqda 4 yeni xəbər

"Eurovision-2011" Milli Final mərhələsi 80 ölkədə izlənilib

Azərbaycanda keçirilən "Eurovision-2011" Milli Final mərhələsini internet vasitəsi ilə 80 ölkədən tamaşaçı izləyib. Bu barədə Avropa Yayımları Birliyinin Eurovision tədbirlər qurumundan İctimai Televiziya və Radio Yayımları Şirkətinə daxil olan təşəkkür məktubunda bildirilir. Məktubda deyilir ki, üsabiqənin yüksək səviyyədə təşkili ilə bağlı Facebook, Twitter kimi sosial şəbəkələrdə, həmçinin www.eurovision.tv internet saytında müsbət rəylər yerləşdirilib.
Azərbaycan təmsilçilərinin Eurovision TV-də təbliği üçün xüsusi bloqun yaradılması təklif olunub. Təmsilçilərimizin fanatları ilə ünsiyyət saxlaması, digər ölkələrin təmsilçililəri ilə müzakirələr aparması məqsədilə bloq yaradılacaq.
Xatırladaq ki, final konserti həmçinin Türkiyənin TRT, Gürcüstanın İctimai Televiziyası vasitəsilə bütün dünyaya yayımlanıb.

"Eurovision 2011"ə göndərəcəyimiz mahnı 1 martadək müəyyənləşək

Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Eurovision 2011" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Eldar Qasımov və Nigar Camal artıq hazırlıqlara start veriblər. Məlumatına görə, müsabiqəyə hazırlığın gedişatı barədə və təmsilçilərimiz haqda ən son məlumatları əldə etmək üçün yeni veb sayt yaradılıb.
Duet ortaqlarının "Eurovision 2011" səhnəsində ifa edəcəkləri mahnı isə mart ayının 1-dək İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovun rəhbərliyi ilə musiqi eksperti Rauf Babayev, bəstəkar Faiq Sücəddinov, xalq artisti Zülfiyyə Xanbabayeva, Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zəhra Bədəlbəylinin təmsil olunduğu peşəkar münsiflər heyəti tərəfindən seçiləcək.

Gürcüstanın "Eurovision-2010" təmsilçisi Sofia Nijaradze Azərbaycana səs verəcək

Azərbaycanın milli seçim turunun fevralın 11-də keçirilmiş final konsertində iştirak edən Gürcüstanın "Eurovision-2010"-da təmsilçisi Sofia Nijaradze ölkəmiz haqqında xoş sözlər deyib. Gürcü sənətçi həmçinin bu ilin mayında Almaniyada keçiriləcək "Eurovision-2011" mahnı müsabiqəsində təmsilçilərimiz - Nigar Camal və Eldar Qasımovun ön sıralarda olacağına inandığını söyləyib. Müğənni müsabiqədə öz səsini mutləq azərbaycanlı iştirakçılara verəcəyini deyib.

Eldar: "Eurovision"da ancaq qələbə gözləyirəm"

Azərbaycanın "Eurovision-2011"dəki təmsilçisiləri Eldar və Nigar dueti bu gün İctimai Televiziyanın qonağı olublar. Məlumatına görə, "Eurovizion" Mahnı Müsabiqəsinə hazırlıqlar barədə sualları cavablandıran təmsilçilərimiz hələ ki, müsabiqədə ifa edəcəkləri mahnının dəqiqləşdiyi günü gözlədiklərini deyiblər.
Eldar seçim turları ərəfəsində ifa etdiyi bütün mahnıları sərbəst seçdiyini və məşqləri də təkbaşına etdiyini bildirib. Yalnız rəqsləri ilə peşəkar qruplardan biri ilə işlədiyini, çıxışlarında da onların az əməyi olmadığını deyib.
Nigar Camal isə seçim turlarında bir neçə müəllimlə məşğul olduğunu bildirib. Daha çox A&B və pop janrlarına maraq göstərdiklərini dilə gətirib.
"Sizcə, bu il ölkəmiz sizin duetlə hansı yeri qazanmaq şansı var?", sualına Eldar, "Ancaq qələbə gözləyirəm" deyə cavam verib. Nigar isə, "İnanıram ki, ən yüksək yerlərdən biri bizim olacaq", deyə sualı cavablandırıb.
Proqram boyu hər iki ifaçı ayrı-ayrılıqda öz mahnılarını ifa ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4682   Tarix: 17 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 331
.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

15:30 0
.

Braziliyada fəlakət: Evsizlərin qaldığı oteldə baş verən yanğında 10 nəfər ölüb

Braziliyanın cənubundakı Porto Aleqri şəhərində evsizlərin qaldığı oteldə yanğın olub. BİG.AZ xəbər verir ki hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Porto Aleqre Bələdiyyə Başçısı Sabastiao Melo sosial media hesabından verdiyi açıqlamada, ilkin məlumatlar

10:00 72
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 467
.

İsrailin hücumları nəticəsində 10 fələstinli həlak olub

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib. xəbər verir ki, İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiy

10:52 128
.

Azərbaycan hərbçiləri İtaliyada - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Bu barədə BİG.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində hərb

12:41 133
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

15:06 0
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 477
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 596