Son model hərbi texnikalar Bakıya gətirilir

Son model hərbi texnikalar Bakıya gətirilir11-13 sentyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq 1-ci Azərbaycan Beynəlxalq "Müdafiə sənayesi" ("ADEX 2014") sərgisi keçiriləcək.

Bu sərgi müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın güc və qüdrətinin böyük paradına çevriləcək. "ADEX 2014" sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilir. Sərginin təşkilati tərəfdaşları "Iteca Caspian" və "Caspian Event Organisers" (CEO) şirkətləridir.

Hərbi sərginin keçirilməsi ideyası son illər müdafiə sənayesi sahəsində əldə olunan uğurlarla bağlıdır. Bütün sənaye sahələrində müşahidə olunan iqtisadi inkişaf sayəsində Azərbaycan həm regional, həm də beynəlxalq bazarlarda mühüm aparıcı fiqur və strateji tərəfdaşa çevrilib. Ölkə rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən layihələr regionda təhlükəsizlik və əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Həmçinin, Azərbaycanın hərbi sənaye kompleksi də bir sıra irimiqyaslı layihələr həyata keçirərək öz imkanlarını əsaslı şəkildə genişləndirib. Hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrlə hərbi-texniki əməkdaşlığı sürətlə genişləndirir. Hazırda hərbi sənaye elə bir səviyyəyə çatıb ki, bu cür sərginin keçirilməsi zərurət doğurur. Güclü dövlətə güclü ordu lazımdır. Azərbaycanın, eləcə də xarici eksponentlərin hərbi müdafiə sənayesi üzrə ən son nailiyyətlərini nümayiş etdirən "ADEX 2014" sərgisi də məhz bu konsepsiyanı özündə əks etdirəcək.

Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, biznes dairələri və sənaye strukturları tərəfindən "ADEX 2014" sərgisinə göstərilən böyük maraq bu tədbirin aktuallığını və region üçün əhəmiyyətini sübut edir. "ADEX 2014" sərgisində (Bakı Ekspo Mərkəzinin üç pavilyonunu tam əhatə etməklə) dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir. Belə ki, sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənirlər. Sərginin platin sponsoru Niderland Krallığının "Damen Shipyards Group" gəmiqayırma şirkətidir. Sərginin qızıl sponsoru qismində isə "Roketsan" (Türkiyə) şirkəti çıxış edir. "ADEX 2014" sərgisinə olan böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir.

Ümumiyyətlə, sənaye müəssisələrinin əldə etdiyi ən yeni nailiyyətlərin nümayişi altı tematik istiqamət üzrə həyata keçiriləcək: quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları; aviasiya və aviasiya silahları; hava hücumundan müdafiə üzrə sistem və vasitələr; xüsusi təyinatlı vasitələr və əmlak; informasiya texnologiyaları, rabitə sistemlər / vasitələri; ordunun inzibati və texniki təminatı; kosmik texnologiyalar. Sərginin kompleks ekspozisiyası dövlətin müdafiə maraqları çərçivəsində elmi-texniki potensialın gücləndirilməsinə xidmət etməklə yanaşı, yeni texnoloji proseslərin işlənib hazırlanması üçün də stimul olacaq.

Sərgini geniş işgüzar proqram müşayiət edir və bu proqramın mühüm hissəsini sənaye nazirlikləri, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə ikitərəfli görüşlər təşkil edəcək. 12 sentyabr tarixində "Jumeirah Bilgah Beach" otelində "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusuna həsr edilmiş konfrans çərçivəsində müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər müzakirə olunacaq. Ümumilikdə isə konfransda 200-dən artıq mütəxəssis, hərbi ekspert, eləcə də dövlət strukturları və şirkət nümayəndələrinin iştirakı gözlənilir.

Beləliklə, "ADEX" sərgisi milli hərbi sənaye potensialının nümayişi, habelə hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələri, eləcə də ən yeni hərbi texnika növləri ilə tanışlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından ən səmərəli meydançadır. Bu cür ixtisaslaşdırılmış sərginin keçirilməsi Azərbaycanda hərbi sənayesinin inkişafına təkan verməklə yanaşı, ölkədə istehsal edilən hərbi məhsulların dünya bazarında rəqabətə davamlı olmasına da öz töhfəsini verəcək.

aznews


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3132   Tarix: 10 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 371
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 823
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 91
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 487
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 443
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 423
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 95
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 78
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 832