Səhiyyə Nazirliyi özəl klinikaları yoxlayacaq - VİDEO

Səhiyyə Nazirliyi özəl klinikaları yoxlayacaq - VİDEOSəhiyyə Nazirliyi İnterpol tərəfindən axtarışa verilən plastik cərrah Elçin Məmmədovla bağlı araşdırmalara başlayıb.

Nazirliyin yaratdığ komissiya, həkimin və onun hazırda fəaliyyət göstərdiyi klinikanın qanunvericiliyə uyğun işləyib-işləmədiyini araşdıracaq. Çünki Elçin Məmmədov xarici vətəndaş olduğu üçün onun Azərbaycanda işləməsi xüsusi icazə verildikdən sonra mümkün ola bilər.

Azərbaycan qanunlarına görə, xarici ölkələrdə tibb təhsili almış və hazırlıq keçmiş əcnəbilər, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasının vətəndaşları yalnız Səhiyyə Nazirliyinin şəhadətnaməsilə tibbi fəaliyyət göstərə bilərlər.

Üstəlik Elçin Məmmədov Dövlət Miqrasiya Xidmətində xarici vətəndaş kimi qeydiyyatdan keçməli, əmək fəaliyyətilə məşğul olduğu üçün Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda işə götürənlə onun arasında bağlanan müqavilədən xəbərdar olmalı idi. Amma Səhiyyə Nazirliyi bildirir ki, nə Elçin Məmmdov, nə də onun fəaliyyət göstərdiyi klinika belə bir sənədləri təqdim etməyib.

"Əgər xarici vətəndaş öz vətənində təhsil alıbsa, onda burda öz diplomlarını təqdim edib, Nazirlik tərəfindən xüsusi razlılıq almalıdır. Amma yox əgər Azərbaycan vətəndaşıdırsa və başqa ölkədə təhsil alıbsa onda yenədə burda diplomunu təqdim etməlidir və həmin diplom təsdiqlənməlidir" – deyə Səhiyyə Nazirliyinin rəsmisi Anar Qədirli qeyd edib.

Plastik cərrahın işlədiyi klinika isə bu qalmaqaldan dərhal sonara onunla əməkdaşlığı dayandırıb. Klinikadan bildirdilər ki, onlar da bu, cərrahla bağlı araşdırmaya başlayıblar. Ona görə də bu, həkimə pasiyent qəbulu ləğv edilib.

Lakin bu fakt Səhiyyə Nazirliyinin araşdırmalarını dayandıra bilməyəcək. Artıq Səhiyyə Nazirliyi xaricdən dəvət olunan həkimlərin klinikalarda köstərdiyi fəaliyyətinin qanuniliyini yoxlamaq üçün monitorinqlərə start verib.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1289   Tarix: 10 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 336
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

28.04.2024 172
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 206
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 833
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 133
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 97
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 170
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 200
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 190