Ermənistan mediası ordumuz haqqında dezinformasiya yayır

Ermənistan mediası ordumuz haqqında dezinformasiya yayır"Ermənistan mediası bizə qarşı informasiya müharibəsi aparır".

Biz sağlam tənqidin, düzgün iradın, məsuliyyət və peşəkarlığın tərəfdarıyıq, ancaq ordu məsələsində qərəz, kin, ayrı-seçkilik yolverilməzdir. İnformasiyaların ötürülməsində hərbi xidmətin və müharibə şəraitinin xüsusiyyətləri, Müdafiə Nazirliyinin qapalı qurum olması və bir sıra digər amillər mütləq nəzərə alınmalıdır.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı qeyd edib ki, yayılan məlumatların monitorinqi bəzi media nümayəndələrinin bu məsələlərə qeyri-peşəkar yanaşmasını müəyyən edib: "Hərbi hissələrin nömrələri, təyinatı, dislokasiya yerlərinin göstərilməsi, xidməti təyinatlar və yerdəyişmələr barədə məlumatlarda şəxslər haqqında fərdi informasiyaların yayılmasının yolverilməzliyi dəfələrlə tövsiyə olunmasına baxmayaraq, bəzi media nümayəndələri hələ də bu praktikanı davam etdirirlər".

Mətbuat xidmətinin rəhbəri bununla bağlı bir neçə faktı misal göstərib: "Silahlı Qüvvələrin rəhbərliyi cəbhəyanı bölgədə kollegiya iclası keçirir. Təhlükəsizlik məsələləri nəzərə alınmaqla məlumatın bir gün sonra mətbuata ötürülməsi qərarına baxmayaraq, iclasdan az sonra bəzi mətbuat nümayəndələri məlumatı əldə edir və yayırlar. Cəbhədə əsgər şəhid olur. Araşdırma aparılır.

Şəhidin valideynlərinə xəbər çatmadan onun adı və soyadı göstərilməklə məlumat yayılır. Bu da qəti surətdə yolverilməzdir. May ayında sosial şəbəkədə guya atəşkəsin pozulması və 4 şəhid verməyimizlə bağlı məlumat yayılmışdı. Araşdırma apardıq və məlumatda göstərilən 3 nəfərin, ümumiyyətlə, orduda xidmət etmədiyini müəyyən etdik.

Digər 1 nəfərin isə ad, soyadı məlumatda göstərilənlə üst-üstə düşsə də, o şəxs başqa istiqamətdəki hərbi hissədə xidmət edirdi. Zirehli texnikanın planlı surətdə yerdəyişməsi və ya döyüş aviasiyamızın uçuşları həyata keçirilir. Amma texnikanın sayı, hərəkət istiqaməti və aviasiyanın foto və videosu bəzi elektron informasiya vasitələrində yayılır. Yenə də jurnalistlərin məlumatı əldə etmək üçün istinad etdikləri mənbə nazirlik deyil, yerli kənd sakinləri və anonim qaynaqlardır".

Müdafiə Nazirliyinin sözçüsü Ermənistan mənbələrində yer alan dezinformasiyaların Azərbaycan KİV-lərinə yol açması probleminə də toxunub: "Ermənistan mediası ordumuz haqqında dezinformasiya yayır.

Təəssüf ki, bəzi media vasitələri bu məlumatları olduğu kimi, heç bir dəqiqləşdirmə aparmadan, tərcümə edərək ölkə ictimaiyyətinə çatdırır. Bundan əlavə, peşəkarlıqdan və hərb işindən uzaq olan, ancaq özünü hərbi ekspert adlandıran bəzi şəxslərin ordumuz, cəbhədəki vəziyyət və itkilər haqqında səsləndirdikləri qeyri-dəqiq məlumatlar da az qala həqiqət kimi qələmə verilir.

Əksər hallarda isə Ermənistan mediasının bizə qarşı apardığı informasiya müharibəsində istifadə etdiyi xəbərlər bu ekspertlərin fikirləri ilə üst-üstə düşür".

V.Dərgahlı son günlərdə cəbhədə vəziyyətin gərginləşdiyi zaman informasiya məkanında xaotik, pərakəndə bir situasiyanın yaranmasının şahidi olduqlarını, qeyri-dəqiq, həqiqətdən uzaq, yalan, təhrif olunmuş, ictimaiyyəti çaşdıran, narahat edən, olduqca zərərli məlumatlar yayıldığını və bu informasiyanın qısa bir müddətdə media məkanını "işğal" etdiyini də xüsusi vurğulayıb:

"Həmin günlərdə kütləvi informasiya vasitələrinin nümayəndələri, sözün əsl mənasında, səfərbər oldular. Onlar cəbhənin müxtəlif istiqamətlərinə göndərildi. Bu tədbirlər nəticəsində cəbhədəki real vəziyyət, Silahlı Qüvvələr haqqında obyektiv informasiya vaxtında ictimaiyyətə çatdırıldı.

Fürsətdən istifadə edib media nümayəndələrinə bir daha minnətdarlığımı bildirirəm. Son dövrdə kütləvi informasiya vasitələrində Silahlı Qüvvələrin təbliğinə daha çox diqqət verilir.

Şəhidlərimizin əsgəri ənənələrə uyğun olaraq son mənzilə yola salınması, vida mərasimlərində dövlət qurumları və ictimaiyyət nümayəndələri, millət vəkillərinin iştirakı, Milli qəhrəmanların və keçmiş döyüşçülərin anma mərasimlərinin keçirilməsi, döyüşlərdə fərqlənən hərbçilərə dövlət təltiflərinin təqdim edilməsi Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunu, düşmən üzərində qələbə əzmini daha da artırır".

oxu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2233   Tarix: 02 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

07.05.2024 162
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

07.05.2024 389
.

Meyxanaçı ilə aparıcının toyudur

Aparıcı Nübar Əbilin toyudur. Axşam.az xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Aparıcı toy dəvətnaməsini paylaşaraq mayın 25-də ailə qurcağını bildirib. Nübar meyxanaçı və ssenarist Pərviz Haşımovla ailə qurur. Qeyd edək ki, N.Əbil hazırda AzTV-də aparıcılıq edir. P.Həşimov "Qız atası"

07.05.2024 863
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

07.05.2024 280
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

07.05.2024 288
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

07.05.2024 587
.

Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib. O bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib. Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir. O bildirib ki, Rusiyada

07.05.2024 235
.

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı

07.05.2024 496
.

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb. xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, hücum Yunnan əyalətinin Kaotonq əyalətindəki Cinxiong Rayon Xalq Xəstəxanasında bıçaqla həyata keçirilib. Səlahiyyətlilər hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edəni

07.05.2024 202