Ən fəzilətli qadınlar kimlərdir?
Mənbə: http://zikr.az
İbn Abbas demişdir: "Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yerdə dörd xətt çəkdi və dedi: "Bunun nə olduğunu bilirsiniz?" Dedilər: "Allah və Onun Elçisi daha yaxşı bilir" Peyğəmbər buyurdu: "Cənnət qadınlarının ən fəzilətlisi; Xuveylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Fironun zövcəsi Muzahimin qızı Asiyadır".
İmranın qızı Məryəm və Xuveylidin qızı Xədicə qadınların ən fəzilətliləri hesab olunur. Peyğəmbər demişdir: "Vaxtı ilə dünyada olmuş qadınların ən xeyirlisi İmranın qızı Məryəmdir. Bu ümmətin qadınlarının ən xeyirlisi isə Xədicədir." (əl-Buxari, 3432).
İmranın qızı Məryəm
Uca Allah onun fəziləti haqqında belə buyurur: "Bir zaman mələklər dedilər: "Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!" Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin" (Məryəm, 42-44).
Xuveylidin qızı Xədicə
Peyğəmbərin həyat yoldaşları mübarək qadınlardır. Xədicə bint Xuveylid onların birincisi olmuşdur. O, Məkkə qadınları arasında «Tahirə» (pak qadın) adı ilə çağrılırdı. Peyğəmbər onunla evləndiyi vaxt o, Peyğəmbərə ən yaxşı yoldaş oldu. Rəsulallaha ilk vəhy nazil olduqda onun qəlbi gördüyü mənzərənin qorxusundan titrəyirdi. Peyğəmbər qorxudan ürəyi əsə-əsə həmin ayələrlə geri döndü. O, evinə daxil olub: "Üstümü örtün, üstümü örtün!"– dedi. Onun üstünü örtdülər. Nəhayət, qorxu ondan keçib getdi və Peyğəmbər başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: "Mən başıma bir iş gələcəyindən qorxdum." Xədicə dedi: "Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay etməz. Çünki sən qohumluq əlaqələrini möhkəmləndirir, zəiflərin yükünü daşıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda insanlara yardım edirsən."
O, Peyğəmbərə iman gətirənlərin birincisi olmuş və ona həm mənəvi, həm də maddi dəstək vermişdir. Peyğəmbər onun xatirəsini həmişə əziz tutmuş və belə demişdir: "İnsanlar məni inkar edəndə, o mənə iman gətirdi, hamı məni təkzib edəndə, o, malını mənim üçün xərclədi. Allah onunla mənə uşaq nəsib etdi, ancaq digər arvadlarımdan uşağım olmadı".
Peyğəmbərin İbrahimdən başqa digər övladları - Qasim, Zeynəb, Ruqiyyə, Gülsüm, Fatimə və Abdullah – Xədicədən dünyaya gəlmişlər.
Əbu Hureyra demişdir: "Bir dəfə Cəbrail Peyğəmbərin yanına gəlib dedi: "Ey Allahın elçisi, bax Xədicə əlində bir qab xörək şirəsi ilə gəlir. Sənin yanına gəlib çatanda ona Rəbbindən və məndən salam söylə və Cənnətdə onun üçün oyuq mirvaridən hazırlanmış, içində də nə səs-küy, nə də yorğunluq olan bir ev ilə onu müjdələ!" (əl-Buxari, 3820).
O, Peyğəmbərin hicrətindən 3 il əvvəl ramazan ayında altmış beş yaşında vəfat etmişdir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam Baxılıb: 3961 Tarix: 02 sentyabr 2014
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR
İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he
26.09.2020 2436 Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?
Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə
02.02.2020 3775 Aya Sofya 86 ildən sonra ibadətə açıldı
Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak
24.07.2020 3182 Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA
Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin
08.10.2019 3062 Onsuz həyatın mənası yoxdur...
Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm
25.12.2019 3836 Məscidlər açılır? - Hacı Şahin DANIŞDI
Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v
18.09.2020 3732 Həccə gedə bilməyənlərin pulları qaytarılır
Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü
06.08.2020 2390 İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu
Uca Allah buyurur: "İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onları
26.03.2020 5917 Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO
Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola
23.05.2020 3532