Azərbaycanda təhlükəli virusla baglı vəziyyət açıqlandı
"Havaların sərinləşməsi ilə bağlı iri buynuzlu heyvanlar arasında yayılan yoluxucu "Nodulyar dermatit" virusuna yoluxan heyvanların sayında azalma müşahidə olunur". Bunu Movqe.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib.
O, bildirib ki 1 həftə əvvəl gün ərzində 120-200-ə yaxın heyvan "Nodulyar dermatit"virusuna yoluxurdu. Lakin dünən aldığımız məlumata görə, gün ərzində 68 baş iribuynuzlu heyvanda xəstəliyə yoluxma halı qeydə alınıb.
"Xəstəlik baş qaldırandan indiyə qədər isə 1741 heyvanda "Nodulyar dermatit" virusu müşahidə edilib. Onlardan 1496 baş müalicə olunub, 227 iribuynuzlu heyvan isə müalicə altındadır".
Y.Xanvəli xəstəliyə yoluxma hallarının azalmasının aparılan profilaktik tədbirlər, dizenfeksiya işləri, müalicə tədbirlərinin və son günlər havaların sərinləməsi ilə bağlı olduğunu qeyd edib. "Havaların sərin keçməsi qansoran həşaratların fəaliyyətində zəiflik yaratdığından son 3-4 günün nəticəsinə uyğun olaraq, xəstəliyin azalması müşahidə olunur".
Y. Xanvəli xəstəliyin yayıldığı 10 rayon içində üstünlk təşkil edən Ağdaş, Zərdab və Bərdədə vəziyyətin stabilləşdiyini deyib. "Hazırda Zərdabda 20 baş iribuynuzlu, Bərdədə isə 8 baş heyvan müalicə alır".
Xatırladaq ki, son bir həftə ərzində Zərdabda "Nodulyar dermatit" virusu 193 heyvana yoluxmuşdu. Onların 144-ü müalicə olunmuş, 45-i isə müalicə altında idi. Bərdədə isə "Nodulyar dermatit" virusuna yoluxan 190 heyvandan 90 başı müalicə olunmuş, 100 başı isə müalicə altında idi.
DBX rəsmisi "Nodulyar dermatit" virusu baş qaldırandan indiyə qədər yayılmış virusla yanaşı gedən digər xəstəliklərin təsirindən 18 baş heyvan tələf olduğunu deyib. "Respublikanın 10 rayonunda müşahidə edilən "Nodulyar dermatit" virusu ilə bağlı Goranboy, Samux, Yevla, Şəmkir, Cəlilabad rayonlarından son 15 gündən uzun müddətdir ki, xəstəlik haqqında məlumat almırıq. Həmin rayonlarda xəstəliyin qarşısı alınıb".
Y.Xanvəli deyir ki, yeni virus daha çox Ağdaş, Zərdab və Bərdə rayonlarında geniş yayılıb. Elə bu səbəbdən də həmin rayonlarda heyvan bazarları müvəqqəti bağlanıb.
movqe
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2417 Tarix: 03 sentyabr 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497