Azərbaycanda kəskin qiymət artımı gözlənilir

Azərbaycanda kəskin qiymət artımı gözlənilirAzərbaycan özünü təmin edə biləcək qədər heç bir adda kənd təsərrüfatı məhsulu istehsal edə bilmir".

Bunu aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, Azərbaycan tərəvəz məhsullarına olan tələbatını nisbətən ödəyə bilir: "Tərəvəz məhsullarına olan tələbatımızın təxminən 95 faizini ödəyə bilirik. Digər məhsullarla gəldikdə, Azərbaycan öz tələbatını ödəyəcək qədər məhsul istehsal edə bilmir".

Ekspert Rusiyanın Avropadan ərzaq məhsullarının idxalına qadağa qoyduqdan sonra məhsul ixracında Azərbaycana üstünlük verməsini ciddi hesab etmir:

"Son zamanlar Rusiyanın dövlət məmurlarının bu ölkəyə ərzaq mallarının ixracında Azərbaycan və Orta Asiya ölkələrinin adını çəkməsi, həmin məmurların düzgün hesablamalar aparmaması ilə əlaqədardır.

Düzdür Azərbaycan əvvəllər Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edib. Amma bu məhsulların miqdarı çox cüzi olub. Biz Rusiyaya təxminən 200 min ton meyvə-tərəvəz ixrac edirik. Rusiya bazarı üçün bu rəqəm əhəmiyyətli deyil. Rusiyaya məhsul idxalında Azərbaycanın və digər ölkələrin adlarının çəkilməsi məmurların dünya iqtisadiyyatı ilə bağlı məlumatlarının az olmasından xəbər verir".

V.Məhərrəmovun fikrincə, Rusiyaya ixracın artması daxili bazara çox ciddi təsir edəcək: "Azərbaycan az məhsul istehsal edir. İstehsal etdiyi məhsulun da bir qismi Rusiyaya gedir. Bu da qiymətlərin çox sürətlə qalxmasına səbəb olub. Azərbaycan adekvat olaraq hansı ölkədən məhsul idxal etsə, həmin məhsulların qiyməti qalxacaq".

Ekspert düşünür ki, məhsul ixracı ən çox inhisarçılara sərf edir: "Rusiya bazarlarına ixracın artması nəticəsində kənd təsərrüfatı məhsullarının qiymətlərinin artması istehlakçılarımızın ərzaq üçün daha çox maliyyə vəsaiti ödəməsi ilə nəticələnəcək. Azərbaycanda zirək inhisarçılar var.

Onlar digər ölkələrdən respublikamıza kənd təsərrüfatı məhsulları idxal edəcəklər. Bizim istehlakçıların da həmin məhsulu əldə etməkdən başqa yolu qalmır. Ona görə də idxalla məşğul olan inhisarçılar çox asanlıqla bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərini qaldıracaqlar".

V. Məhərrəmovun sözlərinə görə, bu il Azərbaycanda məhsul istehsalına fikir verilməyib: "Ümumiyyətlə bu il kənd təsərrüfatı məhsullarının istehsalına fikir verilmədi. Taxıl, yem istehsalı azalıb. Bu da ondan xəbər verir ki, Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı da azalacaq. Bizi yaxın aylarda kəskin qiymət artımı gözləyir".

"Bəs, biz ixraca qadağa qoya bilərikmi" sualına ekspert belə cavablandırıb: "İndiki halda Rusiyaya edilən ixraca qadağa qoymaq heç bir məsələni həll etməyəcək. Alma, yaxud xurmanın ölkədə qalması hesabına fermerlərə ziyan dəyməsinin heç kimə xeyri yoxdur.

Artıq bizim ehtiyacımız olan məhsullar - kartofun, pomidorun bir hissəsi Rusiyaya gedib. Rusiyaya ixrac olunan məhsullara qadağa qoymağın faydası yoxdur. Bunun üçün yeni qanun hazırlanmalıdır. Qiymət siyasəti aparılmalı, idxal-ixrac məsələləri tənzimlənməlidir. Bizdə də belə qanunun hazırlanması uzun müddət tələb edir".

aznews


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1888   Tarix: 02 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477