Bakıda belə dəhşətli qəza olmamışdı – VİDEO

Bakıda belə dəhşətli qəza olmamışdı – VİDEO

Qəzanın paytaxtın Nizami rayonu ərazisində baş verdiyi ehtimal edilir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə çəkilən görüntülərdən aydın olur ki, bu qəzada əsas səbəbkar avtobus sürücüsüdür. Çünki o, yolun sağ zolağında bir cərgədə maşınların dayandığını gördüyü halda sərnişinin «burada saxla» əmri ilə dərhal əyləci basıb dayanır. Bu zaman arxadan yüksək sürətlə hərəkət edən «Chaqman» markalı yük maşını sürəti azalda bilmir və toqquşma baş verir.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bu kadrlarla bağlı Avtosfer.az-a fikirlərini açıqlayıb: «Bu dəhşətli kadrlardan aydın şəkildə görünür ki, ilk olaraq avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozur. O, nəinki dayanacaq olmayan yerdə, hətta iknci cərgədə dayanır, baxmayaraq ki, cəmi 15-20 metr qabaqda birinci cərgədə də dayanmaq olardı. Özü də bu “ağıllı” sürücü qəza dayanma siqnalını qoşmağı unutmasa da, dayanarkən arxaya baxmağı özünə rəva görmür. Əgər o, belə hoqqabazlıq edərkən güzgülər vasitəsilə arxaya baxsaydı, yəqin ki, üstünə şığamaqda olan yük avtomobilini görüb, dayanmazdı. Amma yük avtomobilinin sürücüsü də öz “intizamlılığı” ilə geri qalmır. Bu “mahir” pilot öz “Chaqman”ıni “Formula-1” yarışlarındakı avtomobil sayır. Ara məsafəsini gözləmədən şütüyür, özü də avtobus dayanarkən boş olan qarşı hərəkət zolağına yox, maşınların sıra ilə dayandığı sağ tərəfə yerdəyişmə edir. Maşınında əyləc olduğunu isə deyəsən toqquşma anında yadına sala bilir. Nəticə göz qabağandıdır.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Video Oxunub: 5103 Tarix: 29.08.2014



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
BEATIFUL_STAR
BEATIFUL_STAR 30.08.2014
uyda orda adam duwure avtobusdan son anda xilas oldu


 
Exotic
Exotic 30.08.2014
Allah heckimin ağlını başından alamasin


 
MELEKKK
MELEKKK 29.08.2014
Allah hamıya kömek olsun,sürücüler başqa vaxt heç sernişini dinlemezler ee ne yaxşı bu defe saxla deyen kimi saxlayıb?özünün ağlı harda imiş maraqlıdır


 
Leonidas
Leonidas 29.08.2014
Ewwey belinnen duwendideee
fibro
fibro 29.08.2014
qeyri adi qezadi
AVRIL_LAVIGNE
AVRIL_LAVIGNE 29.08.2014
ALLAH bizlerden uzag elesin,ALLAH hemiwe bizi qorusun,bidefe olub 2ci defe olmasin AMIN


 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 29.08.2014
Həqiqətəndə qeyri adi qəzadır.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram