Səyyad Əlizadə: Rus qızı almaq istəyirdim anam qoymadı

Səyyad Əlizadə: Rus qızı almaq istəyirdim anam qoymadı"Mənə 50 min dollar hədiyyə etmişdilər".

BiG.AZ Oxu.Az-a istinadla müğənni Səyyad Əlizadənin müsahibəsini ixtisarla təqdim edir:

- Elə televiziya proqramı olubmu ki, çağırıblar, amma dəvəti qəbul etməmisiniz?

- Bəli. Televiziyalardakı qonaqlıq verilişlərində özümü görmürəm. Yemək bişirə bilmirəm, bu, mənim işim deyil. Deyirəm, buyurun gedək, at çapaq, güllə ataq. Məni kişi işləri maraqlandırır.

- Xanımınızla necə tanış olmusunuz?

- Mən institutu qurtardım, məni təyinatla göndərdilər, Kiyevdə yaşadım. Hətta bir rus qızıyla evlənmək istəyirdim, anam dedi ki, "olmaz!" Mən də fikirləşdim ki, anam deyirsə, deməli, olmaz. Sonra anam dedi ki, çıx gəl Bakıya. Atamı tez itirmişəm. Anam bizi böyük əzab-əziyyətlə böyüdüb. Çıxdım gəldim bura. Dedi ki, evlənmək lazımdır, bir qız tap, evlən. Fikirləşdim ki, sevməsəm, necə evlənə bilərəm? Dedi, yox, sən filankəsin qızını alacaqsan. Qız da Naxçıvanda oxuyurdu. Mən də ərköyün olmuşam. Qızlar həmişə arxamca qaçıblar. Orta məktəbdə oxuyanda da, institutda da həmişə səhnədə olmuşam, qızlara o qədər də fikir verməmişəm.

Anam qayıtdı ki, qızla telefonla danış. O vaxtlar da indiki kimi deyildi ki, istədiyin adamla danışasan, "pereqavor" verirdin, iki-üç gündən sonra teleqram gedirdi. Mən də zəng elədim, qız da soruşdu ki, kimdir? Adımı dedim, məni tanıyırdı, çünki o vaxt efirlərdə olurdum. Bu da bilirdi ki, Əşrəf kişinin oğlu filankəsəm. Dedi ki, siz kimsiniz ki, mənə zəng edirsiniz? Mən də onun bu sözünə çox əsəbləşdim. Naxçıvanlı dostum vardı, əsəbimdən Naxçıvana getdim, onu orada tapdım. Qızı çağırtdırdım, gəlib məni gördü, gələcəyimi gözləmirdi axı. Mən də coşmuşam, başlamışam ki, sən kimsən, mənə belə cavab verirsən, mən heç səni tanımıram (gülür).

Dedim ki, mənə gəlirsən gəl, gəlmirsən, heç səni tanımıram, anamın xahişi ilə sənə zəng etmişdim. Bu qız başını qaldırıb bir kəlmə demədi. Dostum da qayıtdı ki, sən camaatın qızının üstünə niyə qışqırırsan. Özlüyümdə fikirləşdim ki, bu, yaxşı qızdır. Gözəl, uzun saçlı qız idi. Xəyalımdakı qadın idi. Sonra bir-birimizi sevdik. Atasıgil də onu başqasına vermək istəyirdi.

- Olmaya xanımınızı götürüb qaçmısınız?

- Mən qızı götürüb qaçmağın əleyhinəyəm. Götürüb qaçmaq qıza da, qızın valideynlərinə də hörmətsizlikdir. Sabah götürüb qaçan da atadır, onun övladını götürüb qaçsalar, necə olar? Qız da atasıgilə dedi ki, filankəslə ailə həyatı qurmaq istəyirəm. Sonra valideynləri razılıq verdilər.

-Sizə hədiyyə edənlər çox olub?

- Əslində, mənə hədiyyə veriləndə o qədər də xoşlanmıram. Bir dəfə mənə 50 min dollar hədiyyə etmişdilər. Həmin pulun qəbzləri indi də evdə durur, saxlayıram. Mənə xəbər gəldi ki, pasport məlumatlarınızı verin, sizə pul göndəriləcək. Tanıdığım adamlar idi. Dedilər ki, sizə pul göndəriləcək, özünüz gəlib götürərsiniz. On dəfə dalbadal mənə beş min dollar həcmində pul göndərdilər. Bütünlüklə pulu alandan sonra zəng elədim həmin adama ki, pul mənə çatıb gəlin ötürün. Həmin şəxs mənə bildirdi ki, o pul sizə məxsusdur, hədiyyə olunub, götürün xərcləyin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3348   Tarix: 27 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704