Müharibədə bu avtomobillər Orduya təqdim olunmalıdır

Müharibədə bu avtomobillər Orduya təqdim olunmalıdırVətəndaşdan alınan hər bir nəqliyyat vasitəsinə görə dövlət tərəfindən kompensasiya ödəniləcək

"Müharibə şəraitində bəzi avtomobillər Orduya təqdim olunmalıdır. Həmin avtomobillər mülki şəxslərdə olur, onlar dinc şəraitdə bu tip maşınları alıb idarə edirlər. Lakin elə markalar var ki, onlar aktiv döyüş əməliyyatlarında Ordu üçün vacibdir və mülki şəxslər də bu nəqliyyat vasitələrini Orduya təqdim etməyə borcludurlar".

Bunu APA TV-də yayımlanan "Qoşa xətt" verilişində yol hərəkəti üzrə eksrert, hüquqşünas Ərşad Hüseynov bildirib. Onun sözlərinə, həmin nəqliyyat vasitələri sırasına tam ötürücülü minik maşınları, "UAZ", "URAL", "Zil-131", tırtıllı traktorlar, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, təcili tibbi yardım maşınları və digər kateqoriyadan olan nəqliyyat vasitələrinin Orduya təqdim olunması qanunla tənzimlənir.

Lakin vətəndaşlar bundan heç də narahat olmamalıdır. Çünki qanunvericiliyə görə, vətəndaşdan alınan hər bir nəqliyyat vasitəsinə görə dövlət tərəfindən kompensasiya ödəniləcək: "Əgər həmin nəqliyyat vasitəsi bir neçə ay Orduda istifadə olunub qaytarılacaqsa, şəmin müddətin pulu ödənilir. Amma nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir".

Ərşad Hüseynov bildirib ki, həmin nəqliyyat vasitələrini əldə edən sürücüləri Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçərkən yol polisi bu barədə dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məlumat verir. Beləliklə, həmin avtomobillər Dövlət Xidmətində də qeydiyyata alınmış olur. Müharibə başladıqda isə Xidmətin əməkdaşları bu avtomobilləri Orduya çağırırlar. Bu zaman avtomobil sahibi öz istəyi ilə Orduya gedib öz maşını ilə xidmət edə bilər. Və ya, sadəcə olaraq, avtomobili təqdim edib borcunu yerinə yetirmiş olar.

Bu cür nəqliyyat vasitələrinin Orduya təqdim olunduğu halda dəymiş ziyanın, avtomobilin sıradan çıxması nəticəsində sığorta xərcinin ödənilməsi ilə bağlı qanunvericilikdə boşluq olduğunu deyən hüquqşünas bildirib ki, bu məsələ qanunla da tənzimlənsə, Orduya təqdim olunan nəqliyyat vasitələrinə görə vətəndaşlara sığorta şirkətləri tərəfindən pul ödənilə bilər.

Hüquqşünas onu da əlavə edib ki, Qarabağ müharibəsi dövründə bu cür təcribələr çox olub. Bəzi vətəndaşlar hətta taksi fəaliyyəti ilə məşğul olsa da, gündəlik işini bir kənara qoyub əsgərlərə xidmət edirmiş: "O adam sadəcə öz borcunu yerinə yetirirdi. Bəlkə də, gün ərzində bir müştərisi olmurdu. Çünki bütün günü əsgərlərin yanında idi. Yemək, su, silah-sursat daşıyırdı. Belə insanlar çox olub. İnanıram ki, müharibə yenidən başlasa, yenə də insanlar öz borcunu yerinə yetirmiş olacaq. Amma qeyd etmək istəyirəm ki, bu gün Ordumuzun gücü artıb, sürücülər də çoxdur, nəqliyyat vasitələri də. Lakin bütün hallarda, qanunun tələbidir ki, bəzi nəqliyyat vasitələri ehtiyac yarandığı təqdirdə Ordunun ixtiyarına verilməlidir"

Keçmiş döyüşçü, ehtiyyatda olan mayor Tahir Kərimov isə bildirib ki, Qarabağ savaşında Kəlbəcər rayon Yol İstismarı İdarəsinin bütün şəxsi heyyəti, eləcə də bütün texnika onun tabeçiliyinə verilib: "Mən istehkamçıyam, o vaxt biz bu idarənin sayəsində çox işlər görə bildik. Həm yol çəkirdik, həm isteşkam qururduq, həm də səngər qazırdıq. Yəni, lazım olanda hər kəs Ordu üçün nəsə etməlidir. Bu gün çox şükürlər olsun ki, Ordumuzun təminatı yüksək səviyyədədir. Amma qanunda da yazılıb ki, ehtiyac yarandığı halda müxtəlif nəqliyyat vasitələri var ki, onları Orduya təqdim etmək lazımdır. O vaxt biz bəzən elə insanlarla rastlaşırdıq ki, maşını zorla alırdıq. Hansı ki, onun borcu idi maşını könüllü şəkildə bizə təqdim etsin. Çünki mənə tapşırıq verilib, mən şəxsi heyəti v əvə silah-sursatı təyin olunmuş yerə çatdırmalıyam və necə olursa-olsun əmr icra olunmalıdır. Yadımdadır, bir dəfə "URAL" markalı avtomobili sürücdən zorla almalı olduq. Amma baxın görün bu sürücü nə etdi? Maşının əyləc sistemində boltu çıxarmışdı və onun nəticəsində maşını sürmək mümkün olmadı. Nəticədə maşını döyüş bölgəsinə yedəkdə aparmalı olduq, orada ustalar təmir edəndə məlum oldu ki, əyləc sistemini qəsdən sıradan çıxarıblar ki, maşın yolda qalsın, döyüş bölgəsinə gedib çıxmasın. Belə insanlar da olub. Amma belələrinin qarşılığında yüzlərlə insan var idi ki, könüllü şəkildə öz maşını ilə Orduya xidmət edirdilər".

Taşir Kərimov maraqlı bir tarixi məqamı da diqqətə çatdırıb: "Alman ordusu Paris şəhərinə daxil olmaq üzrə olanda şəhər meri və ordu komandanlığı xəbər tutub ki, almanlar şəhərə girmədən şəhərin kənarına doğru hərəkət edirlər. Bu zaman fransız ordusu Paris şəhərinin müdafiəsində dayanıbmış. Ordunu şəhərin kənarına çatdırmaq qüvvə çatışmadığı üçün Paris şəhərinin meri şəhərdə xidmət göstərən 500 taksi sürücüsünü çağırıb göstəriş verir ki, ordunu şəhərin sağ və sol cinahlarına çatdırsınlar. Beləliklə, fransız ordusu alman ordusuna gözlənilmədən zərbə endirib onları həmin döyüşdə məğlub edə bilmişdi. Burada əlbəttə taksi sürücülərinin xidməti böyük idi. Bunu ona görə deyirəm ki, bizim sürücülər də tarixi həqiqətlərdən nümunə götürsünlər".

Ekspert Ərşad Hüseynov isə əlavə olaraq bildirib ki, döyüş şəraitində ehtiyac yarandığı təqdirdə təcili yardım stansiyaları maşınlarla birlikdə, eləcə də qaldırıcı kranlar, evakuatorlar, təmir sexləri də Ordunun ixtiyarına verilə bilər. Hətta, özəl klinikalardan da Ordunun ehtiyacını ödəmək mümkündür.

Xatırladaq ki, 16 fevral 2006-cı ildə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə "Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" qanunun tətbiqi ilə əlaqədar "Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını imzalayıb. Qərarı təqdim edirik:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin

SİYAHISI

I - AVTOMOBİLLƏR

1.1.Yüksək keçidli minik avtomobilləri

1.2.Yük avtomobilləri

1.2.1.Bortlu

1.2.2.Avtodartıcılar

1.2.3.yəhərli avtodartıcılar yük platforması ilə

1.2.4.Özüboşaldanlar

1.3.Ümumqoşun təyinatlı xüsusi avtomobillər

1.3.1.qərargah maşınları

1.3.2.sanitar avtomobilləri

1.3.3.sərnişin avtobusları

1.3.4.texniki təminat vasitələri

1.3.5.təkərli təxliyə dartıcıları

1.4.Silah və texnikanın hərəkətedici vasitələri

1.5.Yanğınsöndürən maşınlar

II - TIRTILLI DARTICILAR,

TRANSPORTYORLAR və

TRANSPORTYOR DARTICILARI

2.1.Silah və texniki vasitələrin hərəkətedici tırtıllı maşınları

III - TRAKTORLAR

3.1.Tırtıllı

3.2.Təkərli

IV.QOŞQULAR

4.1.Nəqliyyat

4.2.Xüsusi qoşqular

avtosfer.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5136   Tarix: 26 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətanət Əsədova: "Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO

"Özümü sevirəm. Həyatım gözəllik, sevgi, eşq və Allahımla bağlıdır. Mənim heç kimdə gözüm yoxdur. Kim 10 dəfə ərə getdi, 20 dəfə boşandı, kimin milyonları var, axı bunlardan mənə nə? Bu kimi məsələləri oturub fikirləşdikcə insan çürüyər. Öz həyatımdan başqa məni kimsə maraqlandırmır. Heç kim! Məni

08.05.2024 878
.

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb. xəbər verir ki, bu barədə Netflix bildirib. Qeyd edək ki, serialın 1-ci sezonu böyük izlıyici kütləsi toplamışdı

08.05.2024 143
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. BİG.AZ report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

08.05.2024 354
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

08.05.2024 293
.

Qəzzada həlak olan BMT-nin işçilərinin sayı 188-ə çatıb

İsrail 7 aydan çoxdur ki, Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölən və yaralananlar günü gündən artır. Onlar arasında BMT işçiləri də var. Ölən işçilərin sayı 188 nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliy

08.05.2024 158
.

Müğənni Günay makyajsız şəklini paylaşdı

Müğənni Günay İbrahimli makyajsız halı ilə gündəmə gəlib. BİG.AZ xəbər verir ki, o, İnstaqram sosial şəbəkəsində paylaşıb:. "Bəzən yol qət etmək üçün qaçmaq yox, dayanmaq gərəkdir. Yolumuz uzun". İfaçının fotosu çoxsaylı bəyənmə yığaraq, sevənləri tərəfindən xoş sözlər yazılıb

08.05.2024 465
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

08.05.2024 141
.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-c

08.05.2024 564
.

İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:17. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətə

08.05.2024 200