Azərbaycanın qədim yaşayış yerində yeni tapıntılar əldə edilib - FOTO

Azərbaycanın qədim yaşayış yerində yeni tapıntılar əldə edilib - FOTOŞərur rayonu ərazisində yerləşən I Maxta qədim yaşayış yerində yeni tapıntılar əldə edilib. Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Səfər Aşurov məlumat verib.

Onun sözlərinə görə, Şərur rayonu ərazisində yerləşən I Maxta qədim yaşayış yerində aparılan arxeoloji tədqiqatlar İlk Tunc dövrünün bir çox problemlərinin həllində mühüm əhəmiyyətə malik olan arxeoloji materialların əldə edilməsi ilə seçilir. Yaşayış yerinin 300 kvadratmetr sahəsi qazıntılara cəlb olunub. 2014-cü ildə qazıntılar mədəni təbəqənin təqribən 3 m-lik dərinliyində aparılır. Bu təbəqədə iki dairəvi tikilinin qalıqları aşkar edilib.

S.Aşurov bildirib ki, hər iki tikilinin daxilində dairəvi manqal təmizlənib: "Tikililərdən birinin daxilində 30-40 sm qalınlığında kül təbəqəsi müəyyən edilib. Bu fakt bir daha sübut edir ki, dairəvi tikililərin günbəzvari ağac örtükləri olub. Məhz bu ağac örtüklərin tez-tez yanğınlara məruz qalması nəticəsində yaşayış yerinin müxtəlif yerlərində kül təbəqələri toplanıb. Yaşayış yerindən əldə olunmuş nalşəkilli ocaq qurğuları və onların kiçik modelləri maraqlı antropomorf quruluşludur".

Alim qeyd edib ki, bu tapıntılar artıq İlk Tunc dövründə cəmiyyətdə ata xaqanlığının hakim rol oynadığını bir daha təsdiq edir: "Saxsı məmulatı müxtəlif rəngli cilalı və sadə qablardan ibarətdir. Bir ədəd saxsı parçasının üzərinə çəkilmiş qırmızı boya isə bu dövrdə qismən olsa da, boyalı qabların istehsal olunduğunu təsdiq edir.

Daş alətlərin, xüsusən döyüm alətlərinin çoxluğu yaşayış yeri sakinlərinin əsas məşğuliyyətinin oturaq əkinçilik olduğunu göstərir. Yaşayış yerində hər bir tikili konkret funksiyanı yerinə yetirib. Dairəvi qazıntı sahələrindən birində təmizlənmiş evlərin daxilindən xüsusi əşyaların - tokinslərin tapılması təsdiq edir ki, artıq e.ə. IV minilliyin sonlarından başlayaraq İlk Tunc dövrünün cəmiyyətləri inzibati cəhətdən idarə olunub.

Ön Asiyada e.ə. IV minilliyin sonlarınadək mübadilə zamanı istifadə olunan tokinslər sonrakı mərhələdə mixi yazılarla əvəz olunub. Tokinslərin İlk Tunc dövrü abidələrindən ilk dəfə olaraq I Maxtadan, həm də toplu halında aşkar olunması Azərbaycanda dövlətçilik ənənələrinin tarixinin daha qədim olduğunu - 5000 ildən artıq tarixə malik olduğunu təsdiq edir. Bəzi saxsı məmulatların, həmçinin antropomorf ocaq qurğularının əldə olunması təsdiq edir ki, I Maxta sakinlərinin Ön Asiyanın inkişaf etmiş cəmiyyətləri və Suriya-Fələstin istiqamətində yayılmış Kirbet-Kerak toplumları ilə sıx əlaqəsi olub.

I Maxta qazıntıları Kür-Araz mədəniyyətinin yerli zəmində yarandığını təsdiq edir. Bu mədəniyyətin əsas yaranma ocağının isə məhz Naxçıvan ərazisinin olması faktlarla sübuta yetirilir. Yaşayış yerinin mədəni təbəqələrinin daha dərin qatlara doğru davam etdiyini nəzərə alsaq, abidənin tarixinin daha qədim - təqribən e.ə. IV minilliyin əvvəllərinə aid olduğunu söyləyə bilərik".

movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2037   Tarix: 24 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724