Benzin ucuzlaşa bilər

Benzin ucuzlaşa bilərAvqustun 6-sından etibarən ölkəmizdə "Premium Avro-95" benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub.

Bakıda və rayonlardakı yanacaqdoldurma mərkəzlərinin bir çoxunda "Premium" markalı benzin 97 qəpikdən satılır. Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilib.

Tarif Şurasının benzinin bahalaşmağı ilə bağlı məlumatında qeyd olunur ki, Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarına əsasən, ölkəyə idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Bu, "Premium Avro-95" və "Super Avro-98" benzininin daxili bazarda sərbəst qiymətlərlə satışına imkan verir.

Ekspertlər bunu Azərbaycanda "Premium Avro-95" benzinin istehsalının dayandırılması ilə əlaqələndirirlər. Ekspertlər hesab edirlər ki, Ümumiyyətlə Azərbaycanda əvvəllər də yüksək oktanlı benzinin istehsalı üçün texnologiya olmayıb. Bu 92 markalı benzinə aşqarların əlavə edilməsilə onun oktan dərəcəsi artırılıb. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bildirib ki, ölkədə benzinə olan təlabat artdığından hökumət belə qərara gəldi ki, bütün gücü 92 markalı benzinin istehsalına sərf etsin. 95 markalı benzinin isə artıq aşqarlarla deyil, normal keyfiyyətdə olan AVRO4 standartlı premium klaflı 95 markalı benzin gətirilsin. Ekspert bunu ölkə rəhbərliyi tərəfindən vaxtında və düzgün atıan addım kimi qiymtələndirir.

"Əvvəllər istehsal olunan benzinin oktan dərəcəsi kimyəvi yolla artırılırdı. Bu baxımdan da, sürücülər narazılıq edirdilər. Çoxu 95 markalı benzini şəhərlərarası yola çıxanda vururdular. Onlar benzinin havaya uçduğunu bildirirdilər. Tıxaca düşən, yaxud benzin bir neçə gün qalanda, ona vurulan aşqarlar buxarlanırdı. Onun da yerinə 92 markalı benzinin tərkibi qalırdı", - deyə İlham Şaban bildirib.

Qeyd edək ki, 2012-ci ilin hesabında Dövlət Neft Şirkətinin hesabatında göstərilirdi ki, 95 markalı benzin təqribən 65 min ton istehsal olunmuşdu. Ölkə daxilində avtomobil benzini isə 1,3 milyon ton benzin istehlak olunurdu. Təxminən 5 faiz 95 markalı benzina təlabat olub.

İlham Şabanın sözlərinə görə, indi bu təlabat daha da azalıb: "Baxmayaraq ki, küçədə bahalı maşınların sayı artıb. Lakin mən müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, "Premium Avro-95"a olan təlabat daha da azalıb. Mən yanacaqdoldurma məntəqələrindən mütəmadi olaraq sorğular aparıram ki, 95 markalı benzinə təlabat nə qədərdir. Bütün yanacaqdoldurma məntəqələrindən bildirilir ki, bu benzinə təlabat daha da azalır".

Ekspert bildirir ki, Azərbaycanda "Super Avro-98" benzininə olan təlabat çox aşağıdır: "Bəzən yanacaqdoldurma məntəqələrində 98 markalı benzin yazılır. Lakin həmin benzindən heç aylarla istifadə etmirlər. Bir çox yanacaqdoldurma məntəqələrində həmin markalı benzin heç yoxdur. Sadəcə görüntü xatirinə yazırlar. Dövlət Statistika Komitəsinin rəqəmlərinə nəzər saldıqda görərik ki, 2013-cü ildə bir il ərzində Azərbaycana 98 markalı benzindən cəmi 3 min ton yanacaq gətirilmişdi".

Rəsmi statistikaya nəzər saldıqda görərik ki, bu ilin 7 ayı ərzində ölkəyə 38 min avtomobil gətirilib. İlin sonuna qədər bu rəqəm 60 min olacaq. Hər avtomobil də, gündə orta hesabla 5 litr yanacaq işlədərsə, günə 25 min litr yanacaq tələb olunur. Bu təlabat da nəyinsə hesabına ödənilməlidir.

Bu səbəbdən, İlham Şaban hesab edir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların yaradılmasına ehtiyac var.

"Ona görə də, ölkə başçısı birinci yarımilliyin yekunlarına həsr olunmuş hökumətin iclasında ARDNŞ-ə tapşırıldı ki, yaxın 3 il ərzində Avro 5 standartına uyğun yanacaq istehsalına keçirilsin. Bununla da, Azərbaycan artıq başqa ölkələrdən benzin almayacaq. Bu da ölkənin daxili təlabatını yeni zavod işə düşənə qədər ödəmək üçün nəzərdə tutulub", - deyə İlham Şaban bildirib.

Mütəxəssislər "Premium" markalı benzinə olan tələbatı tam şəkildə yerli istehsalatla təmin etdikdən sonra qiymət dəyişikliyini də istisna etmirlər. Bundan sonra "Premium" markalı benzinin qiymətinin bir qədər ucuzlaşacağı gözlənilir.

Məsələ ilə bağlı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanda yeni zavodlar inşa etmək vacibdir: "Heydər Əliyev adına Neft Emalı Zavodunun ömrünü uzatmağa çalışırıq. Bunun üçün də modernizasiya etmək lazımdır. Məqsədimiz yeni zavodlar işə salınana qədər "Avro 4", "Avro-5" standartlarına cavab verən benzin istehsal etməkdir. Yeni neft emalı zavodları 2023-cü ildə işə salınacaq. O müddətə kimi bu yenilənmə işlərini yekunlaşdırmalıyıq".

Rövnəq Abdullayevin sözlərinə görə, emal zavodlarının inşası çətin proses olduğu üçün onu tez bir zamanda etmək mümkün olmur: "Dünyanın nüfuzlu şirkətləri ilə neft emal zavodlarının layihələri üzərində çalışırıq. Heydər Əliyev adına Neft emalı zavodunun ömrünü uzatmağa çalışırıq. Bunun üçün də modernizasiya etmək lazımdır. Məqsədimiz yeni zavodlar işə salınana qədər Avro 4, Avro-5 standartlarına cavab verən benzin istehsal etməkdir. Yeni neft emalı zavodları 2023-cü ildə işə salınacaq. O müddətə kimi bu yenilənmə işlərini yekunlaşdırmalıyıq".

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2074   Tarix: 23 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381