Yeni ana olanlar üçün 36 qızıl qayda

Yeni ana olanlar üçün 36 qızıl qayda1. Hamilə olduğunuzu eşidən kimi ətrafınızdakı qadınlar özlərinin hamiləlik, doğuş və s. tarixçələrini az qala başdan-ayağa və bütün xırda detalları ilə sizə danışmağa başlayacaqlar.Və siz buna qulaq asmaq məcburiyyətində qalacaqsınız.

2. Körpənizin bapbalaca corablarını paltaryuyan maşında itirəcəksiniz.

3. On dəqiqədən az vaxtda həm çiməcək,həm saçlarınızı qurudacaq, həm də paltarınızı dəyişəcəksiniz.

4. Sizdən əvvəl övlad sahibi olmuş rəfiqələrinizin nəyə görə sizə vaxt ayıra bilmədiyini başa düşəcəksiniz.

5. Səkkiz saatlıq davamlı və gözəl bir yuxunun xəyallarını quracaqsınız.

6. Körpənizin artan çəkisinin hər bir qramı və uzanan boyunun hər bir sm-i ilə qürur duyacaqsınız.

7. Körpənizin dırnaqlarını tutarkən əlini kəsməkdən qorxacaqsınız.

8. Çox marağında olduğunuz jurnalın yeni bir səhifəsini oxuya bilmək və ya yeni bir seriala baxa bilmək üçün sadəcə dua edəcəksiniz.

9. Körpənin ağladığını göstərən monitoru eyvandan yerə tullamaq istəyəcəksiniz.

10. Ən sevimli donunuzu yuduqdan sonra onu ütüləməyə nə vaxtınız qalacaq,nə də həvəsiniz

11. Yeni ana olmuş xanımın enerjini haradan aldığını heç cür anlaya bilməyəcəksiniz.

12. Özünüzü başqaları ilə müqayisə edib,belə qərara gələcəksiniz ki,dünyada sizdən yaxşı ana,övladınızdan şirin bala yoxdur.

13. Uşağınızın gələcəkdə öskürən və burnu axan uşaqlarla bir məktəbə gedecəyini düşünüb narahat olacaqsınız.

14. Bir daha başqasının uşağının əlinə və üzünə toxunmayacaqsınız,çünki başqaları sizin uşağınıza toxunduqda keçirdiyiniz hisslər yadınıza düşəcək.

15. Körpəniz gecələri rahat keçirməyə başlayanda,əvvəlki yuxusuz gecələri tyadınıza salmaq istəməyəcəksiniz.

16. Bəzi sabahlar körpənizi qucağınıza almaq üçün tələsərək yatağınızdan qalxacaqsınız.bəzən isə sizi yuxudan güclə oyandırmaq lazım olacaq.

17. Kafeinin kəşf edilməsinə şükür edəcəksiniz,Yoxsa yuxusuz gecələr qeyri-mümkün.

18. Atası burnunu tutanda,siz də körpənizin altını təmizləyəndə,özünüzü elə aparacaqsınız ki,guya ondan heç iy gəlmir

19. Qış aylarında evdən çıxanda körpənin az qala bütün paltarlarını geyindirmək istəyəcəksiniz.

20. Həyat yoldaşınız uşaqla gəzintiyə çıxanda ,onun cib telefonunun yanında olduğundan əmin olmaq istəyəcəksiniz.

21. Özünüzü hər zaman "heç nəyə vaxtım çatmır,hələ nə qədər iş görməliyəm" deyən görəcəksiniz.

22. Küçədə tək gedəndə sanki qol-qanadınızın olmadığını və ya nəyisə itirdiyinizi hiss edəcəksiniz.

23. Başqa bir uşağı öz uşağınız qədər çox istəməyin mümkün olub-olmadığını düşünəcəksiniz.

24. Körpənizin keçəl başından tük çıxmağa başlayanda sevindiyinizdən uçacaqsınız.

25. Dincəlməyə gedəndə uşağınızın ehtiyacı olan və olmayan bütün əşyaları götürəcəksiniz-amma öz diş fırçanız və günəş gözlüyünüz yadınızdan çıxacaq.

26. Körpənizin ilk dəfə rəqs etdiyini görəndə sevincdən az qala dəli olacaqsınız.

27. Körpənizi parka apara bilmək və yelləncəkdə yelləndirmək üçün axşam yeməyini kolbasa və pendirlə də keçinməyə razı olacaqsınız.

28. Həyat yoldaşınızı xoşbəxtlikdən gözləri dolmuş halda yaxalayacaqsınız.

29. Körpənizin şəkillərini elektrin poçtla dostlarınıza yollamaqdan və ya telefonda göstərməkdən yorulmayacaqsınız.

30. Körpənizin geyim ölçüləri böyüdükcə həyəcanlanacaqsınız.

31. Uşağı olmayan rəfiqələrinizlə görüşmək sizə o qədər də maraqlı olmayacaq.

32. Körpənizə yemək yedizdirərkən üst-başınızın yeməyə batmağına alışacaqsınız.

33. Körpənizin ilk kəlməsi "ata" olsa,buna acığınız tutmayacaq."Hər halda "ata" demək onun üçün çox asandır" deyə özünüzə təskinlik verəcəksiniz.

34. Körpənizin şəkilini çərçivədə az qala həyat yoldaşınızın şəkilinin üzərinə qoyacaqsınız.

35. Körpəniz bir yaşına çatdıqda xoşbəxtlikdən nə edəcəyinizi bilməyəcəksiniz.Onu bir yaşına problemsiz çatdıra bildiyiniz üçün.

36. Həyatda ən böyük qazancın övlad olduğunu düşünəcəksiniz.Elə ən böyük həqiqət də budur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4898   Tarix: 10 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər

İrvindəki Kaliforniya Universitetinin alimləri qaranlıq maddənin varlığına dolayı ilə də olsa yeni sübutlar təqdim ediblər. Tədqiqat iki növ maddənin kompüter simulyasiyalarını əhatə edib: sadə və qaranlıq. Bu, ulduzların və kosmik qazın hərəkət sxemləri kimi həqiqi qalaktikaların tədqiqi zamanı müşahid

05.05.2024 231
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 819
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 414
.

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyin

04.05.2024 239
.

Əslən pakistanlı olan Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib

Böyük Britaniyada müxalif Leyboristlər Partiyasının nümayəndəsi olan Sadiq Xan seçkilərdə qalib gələrək üçüncü dəfə London meri seçilib. Leyborist siyasətçi səslərin 43,9 faizini toplayaraq mühafizəkar rəqibi Syuzan Holla qalib gəlib. Məlumat üçün əlavə edək ki, əslən pakistanlı olan 53 yaşlı Sadiq Xa

05.05.2024 161
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 454
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 292
.

Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?

Milyonçu Mayk Blek unikal sosial eksperiment aparmaq qərarına gələrək, var-dövlətindən əl çəkərək evsiz qalıb. Onun məqsədi, başlanğıc kapitalı olmadan cəmi 12 ay ərzində 1 milyon dollar qazanmağın mümkün olduğunu sübut etmək idi. xəbər verir ki, o, bütün addımlarını və nəticələri "YouTube"d

05.05.2024 360
.

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb. Qeyd olunub ki, siyənək balığı Norveç qızılbalığı üçün yem kimi istifadə olunur və kütləvi şəkildə tutulur. Dünya qızılbalığının yarıdan çoxunu təmin edən Norveç isə ötə

05.05.2024 228