Bu gün Müslüm Maqomayevin doğum günüdür

Bu gün Müslüm Maqomayevin doğum günüdürBu gün unudulmaz sənətkar Müslüm Maqomayevin anadan olmasının 72-ci ildönümüdür.

O, 1942-ci ildə Bakı şəhərində anadan olub. Birinci dəfə 14 yaşında Dənizçilər klubunda səhnəyə qədəm qoyan M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb.

Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edib.

M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Milanın "La Skala" Teatrında təcrübə keçmiş, Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında oxuyur, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar.

Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm gətirmişdi, ona 31 yaşında SSRİ Xalq Artisti adı verilib. Onun repertuarında 600-dək əsər var idi. Böyük müğənni həm də gözəl bəstəkar, bənzərsiz mahnılar müəllifi idi. Onun Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərlər sırasındadır. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.

M.Maqomayev Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 965   Tarix: 17 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 320
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

16:29 448
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

16:46 197
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 684
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

17:29 294
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

20:26 0
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

16:54 124
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 536
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 285