Mübariz İbrahimov haqqında

Mübariz İbrahimov haqqında"Ermənilər Mübarizə Rembo deyirdilər".
Mübariz İbrahimov: "Biz ömürlük burada qalacağıq!
"Əsgərlərimiz mömin-namazqılan olsa daha yaxşıdır. Çünki..."

Azərbaycanın milli qəhrəmanı şəhid Mübariz İbrahimov haqqında mətbuatda çoxlu məlumatlar verilib. Onun şəhid olmasından, uşaqlıq xatirələrindən geniş yazılar yazılıb. Biz isə bu müsahibədə onun haqqında deyilməyən məqamlara, yazılmayan nöqtərə toxunacağıq. Beləliklə müsahibimiz Mübarizin cəbhə yoldaşı, dostu, onunla şəxsən yaxından tanış olmuş və onun haqqında yayılan məlumatların canli iştirakçısı Rəşad Həsənlidir. Siz Mübariz haqqında ən doğru məlumatları onun dilindən eşidəcəksiniz...

-Salam, Rəşad.
-Salam.
Coşqun: Əvvəl başlayaq bundan ki, şəhid Mübariz İbrahimovla ilk dəfə harda və necə tanış oldunuz?
Rəşad Həsənli: Şəhid Mübarizlə ilk tanışlığım cəbhə bölgəsində baş tutdu. Onu ilk dəfə ön cəbhədə tanıdım. İlk dəfə idi ki, bir şəhidin şəhidlikdən öncəki cəbhə həyatını müşahidə etmək mənə nəsib olurdu və yenə də ilk dəfədir ki, bir şəhidlə bağlı xatirələrimi sizlərlə bölüşürəm.
Emil: Hansı bölgədə xidmət edirdiniz?
Rəşad Həsənli: Borsunluda.
-Mübarizin dəqiq şəhid olduğu gün hansı gündür?
-Mübariz 18 iyulda şəhid oldu.
- Bəs cəsədi düşmən tərəfdə nə qədər qaldı ?
- Dörd ay.
Coşqun: Sizin xəbəriniz olmadı Mübariz gedəndə? Niyə tək getdi bəs?
Rəşad Həsənli: Yox, o gedəndə bizim xəbərimiz olmadı. Tək, heç kimin xəbəri olmadan keçmişdi hücuma.
- Bəziləri Mübarizi qınayırlar ki, komandirin icazəsi olmadan bu addımı niyə atıb, buna cavabınız?
- Bəli, bu barədə mətbuatda mənim də gözümə bəzi yanlış məlumatlar sataşdı. Amma qeyd edim ki, bu cür düşünənlər bir məsələyə diqqət etsinlər ki, o gün atəşkəs dəfələrlə ermənilər tərəfindən pozulmuşdu. Mübariz də bu atəşkəsi pozanlara cavab olaraq getdi və şəhid oldu... Yəni burda icazə lazim deyildi.

Emil: Bəs Mübarizin şəhid olmasından haçan xəbər tutdunuz?
Rəşad Həsənli: Şəhid olan gecənin sabahı.
Coşqun: Bəs vəsiyyətnaməsini hardan tapdınız?
Rəşad Həsənli: O, öz paltarını qoyub getmişdi. Vəsiyyətnaməsi də öz paltarının cibindən çıxdı.
Emil: Mübariz təqribən günün hansı saatlarında hücuma keçmişdi? Atəşkəs haçan pozulmuşdu?
Rəşad Həsənli: Mübariz axşam namazını qılmışdı. Bu arada atəşkəs dəfələrlə düşmən tərəfindən pozulmuşdu. O isə özünün də vəsiyyətnaməsində qeyd etdiyi kimi vətənin dar günündə dözmədi. Və cavab vermək üçün getdi...
-Onunla aranızda ilk dəfə daha yaxın münasibət necə yarandı?
-Mübariz namaz qılan idi. Borsunluda xidmətə gəldiyi gün ona bələdçilik edən səngər yoldaşına da yolda bu sualı vermişdi:"Ön xətdə namazlarımı qılmağa şərayit olacaqmı? Çox istəyirəm ki, orada da namazlarımı qılım!"
İlk dəfə görüşəndə də mənə verdiyi sual namazla bağlı idi. Sonra da namaz qılmaq üçün münasib yer göstərməyimi xahiş etmişdi. Elə münasibətimiz də beləcə yarandı. Arada oturub söhbət edərdik. Elə son namazını da həmin yerdə qılıb getdi.
Coşqun: Mütaliə necə, kitab oxuyurdu?
Rəşad Həsənli: Bəli, oxuyurdu. Mütaliəni sevirdi. Çox vaxt qapını arxadan bağlayar tənha qalar, özünə çəkilərdi.
Emil: Dini dünya görüşü necə idi?
Rəşad Həsənli: Dərin dini dünya görüşə malik olmasa da Allah haqqında düşüncələri qeyri-adi idi. Həmişə deyirdi:"Allah gör nə qədər böyükdür ki, bizim özümüz üçün etdiklərimizi savaba yazir..."
Coşqun: Düşmənlə fasiləniz nə qədər idi?
Rəşad Həsənli: Düşmənlə aramızda 25 metr fasilə vardı. Düşmən atəşkəsi pozdu. Yarim saat atışdıq...
- Mübariz təqribən neçə nəfər erməni öldürmüşdü?
-50-yə yaxın.
Emil: Yalnız avtomatdan istifadə etmişdi?
-Bəli. Gecə ilə heç gözləmədikləri bir vaxtda hücuma keçib 50 nəfər ermənini cəhənnəmə vasil eləmişdi.
Coşqun: Bəs sonradan ermənilər intiqam almadılar sizdən? Mübariz 50 nəfər öldürmüşdü bunun intiqamını almadılar?Hücuma keçmədilər?
Rəşad Həsənli: Niyə hücum etdilər. Mübarizin öldürdüyü 50 nəfərin intiqamı olaraq başqa bir bölgədən, Füzulidən hücuma keçdilər və bir azərbaycanlı əsgər şəhid oldu.
- Fərid necə qərara gəldi bəs hücum etmək üçün?
- Ermənilər Mübarizin cəsədini vermirdilər. Bir neçə ay sonra Mübarizin cəsədini gətirmək üçün Fərid digər bir dostu ilə hücuma keçdi.
Emil: Və o da şəhid oldu?
-Bəli.
- Fərid müvəffəq olmadı, bəs sonradan cəsəd necə alındı?
- Daha sonra atəşkəs pozulanda ermənilərdən də Azərbaycan tərəfə keçən olmuşdu. Həmin ermənin meyidini verib Mübarizin cəsədini aldılar.
- Mübariz sıravi bir əsgər idi, yoxsa?
-Yox, o gizir idi... Əsgərlikdə yaxşı nüfuzu vardı.
- Bəs gizirin əsgərlərlə davranışı necə idi? İncitmirdiki onları?
-Yox, o çox mehriban idi. Deyirdi mən sizi incidə bilmirəm. Mübarizin ən böyük arzusu səngərdə namaz qılanların olması idi. O məhz sərhəddi namaz qılanların qorumasını arzulayirdi.
Coşqun:- Görəsən, niyə məhz namaz qılanlar?
- Deyirdi ki, namaz qılanlar konkret düşməni taniyirlar, kiminlə döyüşüdüklərini bilirlər. Vətəni ürəyi Allah eşqi ilə döyünənlərə etibar eləmək olar...
- Mətbuatda gedən yazılarda Mübarizin boksla məşğul olduğunu yazırlar...
- Bəli, o həm də boksyor idi. Ermənilər Mübarizə Rembo deyirdilər. Qeyd etdiyim kimi səngərlə aramız 25 metr idi. Bir-birimizin səsini eşidir, danışdıqlarımızı duyurduq. Mübarizin şəhid olmasından sonra ermənilər səslənib bizə acıq verirdilər ki, Rembo bizdədir...
Emil: Mübariz həm də könüllü əsgər idi...
Rəşad Həsənli: Bəli. O, əsgərliyini çəkib bitirmişdi. Sonradan könüllü olaraq əsgər yazılmışdı. Təzə tanış olanda ondan soruşmuşdum ki, xidmət müddətin nə qədərdir. Burda nə qədər qalmaq istəyirsən? Gözlərini süzüb cavab vermişdi ki, "Biz ömürlük burda qalacağıq"!
- Mübariz heç dünyəvi arzulardan danışırdı? Axı hər bir gəncin öz arzuları olur. Evlənmək, ailə, oğul-uşaq sahibi olmaq və s. Mübariz necə, belə arzuları yox idi?
-Yox heç bu barədə danışmırdı. Bu mövzular sanki ona yad idi.
Coşqun: Səni yorduq Rəşad, gərək bizi bağışlayasan. Sonuncu sualımı soruşuram. Bu sual məni doğurdan da maraqlandırır. Görəsən onun hər hansı bir yaxını, yaxud qohumu ermənilər tərəfindən şəhid olmuşdumu? Yəni doğurdanmı onu şəhid olmağa sırf Allah, vətən eşqi sövqləndirirdi? Bəlkə hansısa yaxınlarından birini öldürüblərmiş ermənilər? O da intiqam üçün gedib şəhid olub?
Rəşad Həsənli: Əvvəllər mən də belə düşünmüşdüm. Bayaq da dedim, mənə ömürlük burdayam demişdi. Mən də düşünmüşdüm yəqin hansısa qardaşı, yaxını ermənilər tərəfindən şəhid olub, onların intiqami üçün belə deyir. Axı onun əsgərliyi bitmişdi. O könüllü olaraq gəlmişdi əsgərliyə. Sonradan məlum oldu ki, yox heç də belə deyil. Mübarizin iki qardaşı var sağ-salamatçılıqdır. Onlar Biləsuvar rayonundandırlar. Və müharibədə heç bir yaxınları şəhid olmayib. Mübariz bütün Azərbaycan oğullarını özünə qardaş bildiyi üçün şəhid oldu. Onların intiqamını almaq üçün. Vəsiyyəti bunları deməm üçün bir sübutdur.
- Maraqlı müsahibə üçün sağ olun Rəşad. Doğurdan da bizlərə maraqlı məlumatlar verdiniz. Məlum olmayan məqamlara toxundunuz...
- Sizlər də sağ olun, Mübariz öz vəzifəsini yerinə yetirdi, şəhid oldu, onun qəhrəmanlıqlarından danışmaq bizim borcumuzdur.
Emil: Bəli həqiqətən də elədir. Doktor Əli Şəriyətinin bir gözəl cümləsi var. Onu Mübariz haqqında da demək lap yerinə düşər. Beləki Mübariz, Hüseynlik elədi, biz isə gərək Zeynəb olaq. Yəni bu şəhadətin əsas hədəflərini dünyaya yayaq...
Coşqun: Doğrudan da Qarabağın xilası Mübariz kimi şəhadət ruhunda tərbiyələnmiş, vətənpərvərlik duyğularını bu ruhda formalaşdirmiş gənclərimizin varlığındadır...
Emil: Bizə yüzlərlə Mübariz lazımdır ki, vətən düşmənləri ilə mübarizəyə tam qələbə ümidi ilə başlaya bilək!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 16900   Tarix: 10 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident Şahin Bağırovu təltif etdi

Prezident İlham Əliyev Şahin Soltan oğlu Bağırovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Ş.Bağırov Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətl

11.01.2025 237
.

KİV: Fidan Suriya üzrə görüşdə sanksiyaların ləğvini istəyəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 12-də Ər-Riyadda keçirilməsi planlaşdırılan Suriya üzrə beynəlxalq görüşdə Dəməşqə qarşı həyati əhəmiyyətli sahələrdə tətbiq edilən sanksiyaların ləğvinin zəruriliyini açıqlamaq niyyətindədir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barəd

11.01.2025 116
.

III Çarlzın səhhəti pisləşib?

Kral II Çarlzın xərçəngdən əziyyət çəkdiyi bir ildən çoxdur ki, ictimaiyyətə məlumdur. Axşam.az xəbər verir ki, bu günə kimi saray bununla bağlı geniş açıqlama yaymayıb. Son zamanlar internetdə monarxın mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyi, bu növ xəstəliyin ölümcül olması ilə bağlı şayiələr yayılıb

11.01.2025 185
.

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Mənzil bazarında hissəli satış prosesi canlanacaq. "Vergi Məcəlləsinə" edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azaldılması ilə bağlıdır. Yeni dəyişiklik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək. Əmlak məsələlər

11.01.2025 245
.

Azərbaycanda göyərti bahalaşıb - SƏBƏB

Qida rasionumuzun bir parçası da göyərtilərdir. Göyərtilərdən müxtəlif salatlar və dadlı təamların hazırlanmasında istifadə olunur. Son zamanlar bazarlarda göyərti çeşidlərinin azaldığı nəzərə çarpır. Üstəlik, qiymətlər əvvəllər dəstəyə görə 15-20 qəpik arası olsa da, indi 23-25 qəpikdir. Qiymət artım

11.01.2025 341
.

Mağazalarda saxta əsginaslarla alış-veriş edən şəxs saxlanılıb

Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən iki obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əsginasları verməsi barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilə

11.01.2025 180
.

Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı araşdırma başlayıb - RƏSMİ

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi ilə bağlı araşdırma başlayıb. "Report"un əldə etdiyi məlumata görə, fakt Nəsimi Rayon Prokurorluğunda araşdırlır. Nəzrin Mansurovanın müalicə aldığı xəstəxanadan "Report"a bildirilib ki, hazırda xəstənin vəziyyət

11.01.2025 330
.

Bakıda evdən çürümüş meyit tapılıb

Bakıda evdən çürümüş meyit tapılıb. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Mənzil sahibini uzun müddətdir görməyən və pis qoxu hiss edən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər. Xilasedicilərin müdaxiləsi ilə mənzilin qapısı açılıb. Bağlı qapı arxasında

01:37 107
.

Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi

Yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır. -ın məlumatına görə, bunu Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O bildirib ki, Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb: "Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə

11.01.2025 691
.

TOP MP3