Mübariz qəhrəmandır

Mübariz qəhrəmandırRusiyanın vasitəçiliyilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yeni təfərrüatları məlum olub.

Görüşdə Prezident İlham Əliyev kəlbəcərli girovların qaytarılması məsələsinə toxunmasından sonra yaranan dialoq bir çox mətləblərdən xəbər verir. Azərbaycan prezidentinin Ermənistan hərbçilərini Hitlerin zamanındakı faşistlərlə müqayisə etməsi Sarkisyanın sözsüz ki, xoşuna gəlməyib. Danışıqların xüsusilə Milli Qəhrəman Mübariz İbrahimov ətrafında davam etməsi isə görüşün Azərbaycan tərəfinin üstünlüyü ilə və gərgin şəraitdə keçdiyini göstərir.

Soçi görüşü zamanı Prezident İlham Əliyev Kəlbəcərli girovların məsələsini qaldırıb. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "AzərTAc"a bildirib ki, dövlət başçısı girovlardan biri Rusiya vətəndaşı Dilqəm Əsgərovun və onun ailəsinin müraciətini şəxsən Rusiya Prezidenti Vladimir Putinə çatdırıb və bu əsnada girovların azad edilməsi məsələsini qaldırıb. Prezident İlham Əliyevin fikrincə, ermənilər bu iki kəlbəcərlini heç bir əsas olmadan "təhlükəli diversant"lar kimi qələmə verib və onların ətrafında KİV-də eybəcər şou yaradıblar. Halbuki, onların ailə üzvlərinin verdiyi məlumata görə, bu iki şəxs neçə illərdir ki, öz vətəndaşlıq hüquqlarından istifadə edərək Ermənistanın işğalı altında olan doğma kəndlərinə - valideynlərinin qəbrini ziyarət etməyə gedirlərmiş.

Görüşdə Prezident İlham Əliyev üzünü Sarkisyana tutaraq belə bir ifadə də işlədib: "İşğalçı erməni əsgərlərinin cəbhə bölgəsində ələ keçirdiyi girovlar və meyitlərin üzərində törətdikləri vəhşi əməlləri heç Hitlerin zamanında faşistlər də etməmişdi. Meyitə belə hörmətsizlik etmək olmaz, bu, insana yaraşan əməl deyil".

Prezident, həmçinin meyitlərin dərhal öz ailələrinə təhvil verilməsini tələb edib. Əli Həsənov deyib ki, bu zaman Serj Sarkisyan Azərbaycan Prezidentinin bu mühakiməsi qarşısında ciddi bir arqument tapa bilmədiyindən Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ətrafında Azərbaycanın apardığı təbliğata toxunub və azərbaycanlıları "Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə" günahlandırıb.

Prezident İlham Əliyevin isə Sarkisyana cavabı belə olub. Mübariz İbrahimov təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürmüş və özü də həyatını qəhrəmancasına qurban verib. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərmiş və haqlı olaraq da Milli Qəhrəman adını qazanıb.

Soçi danışıqlarında Azərbaycan və Ermənistan tərəfinə tövsiyə olundu ki, diplomatlar təkliflər hazırlasınlar.

Politoloqlar bu fikirdədir ki, bu görüşündə həmsədrlərin iştirak etməməsi ondan xəbər verir ki, Rusiya münaqişənin həllində aparıcı rol oynamaq öhdəliyini üzərinə götürür və məsələni ölü nöqtədən tərpətmək niyyətindədir. Lakin görüşdən sonra Sarkisyanın verdiyi bəyanatlar bir daha sübut etdi ki, işğalçı ölkə köhnə qaydanı saxlamaq niyyətindədir.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, qondarma soyqırıma qədər status-kvonu saxlamağa çalışırlar: "Orda prinsiplər format var, işğalçı Ermənistan prosesi pozur. Danışıqlar, təkliflər varsa, amma bu təkilflərdən irəli gələn məsələlərdə hərəkət yoxdursa, deməli ölü nöqtədə qüvvəsini saxlayır".

Rəsmi Bakının mövqeyi belədir. Azərbaycan danışıqlarda danışıqlar xatirinə iştirak etmk niyyətində deyil. Təkliflər varsa, onlar masa üzərində qalmamalı, tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1877   Tarix: 15 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997