Erməni-rus politoloqlar Əliyev-Sərkisyan görüşü haqda

Erməni-rus politoloqlar Əliyev-Sərkisyan görüşü haqdaRusiya Prezidenti Vladimir Putinin təşəbbüsü və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında bu gün baş tutacaq görüşlə bağlı erməni-rus politoloqlar müxtəlif versiyalar səsləndirirlər.

Rusiyalı politoloq Mixail Aleksandrov bildirib ki, gözlənilən görüşdə ciddi irəliləyişin olacağını düşünmək üçün şərait yoxdur:

"Ehtimal ki, görüş nəticəsiz başa çatacaq. Amma bu üçtərəfli görüşün özü artıq nəticədir. Bu görüş Ermənistan-Azərbaycan təmas xəttində son günlər artan gərginliyi səngidəcək, Qarabağ konfliktinin nəzarətdən çıxmasına imkan verməyəcək. Ukrayna ilə məşğul olan Putin Dağlıq Qarabağda münaqişənin müharibə müstəvisinə keçməsini qəti istəmir".

Rusiya Prezidentinin mətbuat katibi Dmirti Peskov da Ermənistan-Azərbaycan təmas xəttindəki vəziyyəti gərgin adlandırıb və prezidentlərin görüşü barədə danışıb: "Əlbəttə ki, Dağlıq Qarabağda vəziyyət stabil və sakit deyil. Vəziyyətin nəzarətdən çıxmaması üçün tədbirlər almağa cəhd edilir".

Təmas xəttindəki gərginliyin Ermənistanın Avrasiya İttifaqına qəbul olunması məsələsinə aid olmadığını deyən Ermənistanın Milli Birlik partiyasının sədri, deputat Artaşes Qeramyan hesab edir ki, Ukraynadakı vəziyyətdən Qərb istifadə etmək istəyir: "Ukraynada vəziyyət gərgindir, bu məqamdan istifadə edib, Türkiyə vasitəsilə Rusiyanı Qafqaz regionundan birdəfəlik çıxarmaq istəyirlər".

Onun fikrincə, Soçi görüşündə nəsə əldə edilə bilər, o şərtlə ki, Azərbaycan neft gəlirlərindən əldə etdiyi üstünlükdən istifadə etməsin: "Əgər Azərbaycan Türkiyədən vəziyyəti tam dəyişmək üçün vaxtın artıq yetişdiyi barədə tam təminat alıbsa, onda bu görüş heç nəyə təsir etməyəcək".

Belə məqamda Ukraynaya başı qarışan Rusiyanın Ermənistanı yaddan çıxarmalı olmadığını və hərbi dəstək göstərməsinin vacibliyini önə çəkən Artaşes Qremyan görüşdən sonra vəziyyətin daha da çətinləşəcəyini və sentyabr-oktyabr ayında daha ciddi danışıqlar masasına oturacaqlarını bildirir.

Deputat Stepan Markaryan üçtərəfli görüşdən təmas xəttində sakitliyin bərpa ediləcəyini gözlədiyini bildirib: "Yoxsa üçtərəfli görüş nəyə lazımdır?"

Markaryan həmçinin bildirib ki, 1994-cü il atəşkəsinə dərhal əməl olunması üçün təcili tədbirlər görülməlidir.

Qarabağın separatçı rejiminin "deputatı" Vaqram Atatnesyan isə vəziyyətin görüş ərəfəsində daha da gərginləşdiyini, nəinki bu görüşdən nəsə gözlədiyini, hətta üçtərəfli görüşün özünün baş tutmasına inanmadığını bildirib.

Erməni politoloq və siyasilərinin fikirlərini belə ümumiləşdirmək olar: Azərbaycan Rusiya-Ukrayna konfliktindən istifadə edir və Qarabağda vəziyyəti öz xeyrinə dəyişdirmək istəyir, Rusiya bu məsələdə Ermənistana hərbi yardım etməlidir, Moskva atəşkəsin bərpa olunması üçün təxirəsalınmaz addımlar atmalıdır, münaqişənin nizamlanması üçün ATƏT-in Minsk Qrupu aktiv fazada fəaliyyət göstərməli və danışıqlar aparmalıdır, təmas xəttində vaxtaşırı monitorinqlər keçirilməli və atəşkəsin pozulmasına imkan verilməməlidir.

Kremlə bağlı olan "Nezavisimaya qazeta" isə öz şərhində Qarabağ ətrafındakı işğal altında olan 7 rayondan beşinin geri qaytarılması ilə bağlı Soçidə Putinin təklif səsləndirəcəyini istisna etməyib.

Xatırladaq ki, bu gün Soçidə Vladimir Putin, İlham Əliyev və Serj Sərkisyanın üçtərəfli görüşü gözlənilir.

axar.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1686   Tarix: 10 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29.04.2024 290
.

Baboşa pərəstiş edən iş adamı tənqid edildi - VİDEO

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "Canlı debat" verilişi təqdim olunub. Sevinc Telmanqızı verilişdə tiktokerlərdən və onlara pərəstikarlıq edənlərdən danışıb. Ətraflı videoda:

10:51 224
.

Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə "MediaHub" öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğun

29.04.2024 299
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

29.04.2024 195
.

Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Binəqədi, həmçinin Masallı, Kürdəmir və Yardımlı rayonlarında qaz təchizatında fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, "Alatava" qazpaylayıcı stansiyasınd

09:58 208
.

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?. Qida eksperti Elsevər Fərzəliyev -a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır

29.04.2024 385
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

29.04.2024 271
.

Avropa İttifaqı "TikTok"u bloklamağa hazırlaşır

"TikTok" sosial şəbəkəsi ABŞ-də olduğu kimi Avropa İttifaqında (Aİ) da qadağan edilə bilər. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Fon der Lyayen xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında dünyada öz işçilərinə iş telefonlarında "TikTok"

10:43 100
.

Rusiyada zəlzələ oldu

Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir

29.04.2024 423