Azərbaycan üçün unikal şans – MÜHARİBƏ

Azərbaycan üçün unikal şans – MÜHARİBƏAğdamın işğaldakı kəndlərini azad etmək cəmisi 2-3 saatın işidir.

Cəbhədəki döyüşlər böyük hərbi əməliyyata çevrilə bilər; Ölkədə tam bir müharibə ab-havası yaranıb, insanlar orduya yazılmaq üçün komissarlıqlara axın edirlər; Müdafiə Nazirliyi döyüş bölgəsinə böyük canlı qüvvə və texnika yığıb; Pənah Hüseyn:

"Son 20 ildə ilk belə hadisədir ki, vətənpərvərlik və döyüş əhval-ruhiyyəsi yüksəkdir".

Azərbaycan-Ermənistan döyüş xəttində gərginlik davam edir. Bazar günü cəbhə bölgəsinə gedən müdafiə naziri, general-polkovnik Zakir Həsənov son iki günü orada keçirib və dünən Goranboy, Tərtər, Ağdam cəbhələrində olub. Onun şəxsi heyətlə görüşdüyü və öz tapşırıqlarını verdiyi də bildirilir. Z.Həsənov düşmənin son günlər intensivləşən hücumlarını dəf edərkən fərqlənən hərbçiləri bilavasitə təltif edib.

Cəbhənin Ağdam rayonu istiqamətində şəhid olmuş Biləsuvar sakini Qarayev Anar Vidadi oğlu ötən gün səhər saatlarında doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə son günlər döyüş cəbhəsində baş verənlərdən narahatlığını bildirərək hər iki tərəfi atəşkəsə çağırıb:

"Ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentləri yaxın gələcəkdə görüşüb, vacib məsələləri müzakirə etməyə razılıq verəcəklər".

Qeyd edək ki, cəbhədə baş verən toqquşmalardan sonra Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Azərbaycan sərhədinə gəlib. ANSPRESS-in məlumatına görə, Abramyan və Ohanyan gecə saatlarında Azərbaycan sərhədində yerləşən Tavuş rayonuna səfər edib. Onlar bir sıra hərbi qulluqçularla görüşlər keçirib. Görüşlərdə son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərlə bağlı məsələlər müzakirə edilib.

Ermənistan ordusunun cəbhə xəttində Azərbaycan ordusunun mövqelərinə qəfil hücum etməsindən sonra yaranmış vəziyyət ölkədə geniş əks-səda doğurub və müharibə çağırışlarını aktuallaşdırıb. Son günlərin müşahidələri onu deməyə əsas verir ki, Azərbaycan xalqı vətən müharibəsi ab-havasına köklənib.

"Bu, Azərbaycanla yanaşı Ermənistan və bütün Cənubi Qafqaz üçün bir şansdır".

Hazırda torpaqlarımızın işğaldan azad edilməsi naminə vətən müharibəsini başlatmaq üçün unikal şans yaranıb. İlk dəfədir ki, xalq heç bir təbliğat, çağırış olmadan müharibəyə köklənib. Cəbhə xəttində baş verənlər ictimaiyyəti silkələyib və gözlənilmədən ölkədə güclü savaş ovqatı yaranıb. Bazar günü Müdafiə Nazirliyi xalqa müraciət edərək orduya verilən dəstəyə görə təşəkkür edib. Nazirlikdən deyilir ki, artıq hər gün yüzlərlə insan MN-ə müraciət edərək orduya yazılmaq istədiyini bildirir. Müdafiə Nazirliyinə, yerli hərbi komissarlıqlara orduya yazılmaq üçün müraciətlərin sayı getdikcə artır.

Bundan başqa, siyasi-diplomatik cəbhədə də Azərbaycanın mövqeləri güclüdür. Artıq hər kəs qəbul edib ki, ilk olaraq erməni qüvvələri atəşkəsi pozaraq Azərbaycan əsgərlərinə hücum edib, çoxsaylı tələfatla nəticələnən hərbi cinayət əməli törədib. Bu vəziyyətdə Azərbaycanın döyüş əməliyyatlarını bərpa edərək işğal altındakı torpaqları azad etmək haqqı var. Redaksiyamıza yaxın olan siyasi ekspertlər də hesab edirlər ki, doğrudan da ermənilərin axmaqlıqları ucbatından yaranmış indiki vəziyyət Azərbaycanın xeyrinədir və ölkəmiz ermənilərə qarşı təmizləmə əməliyyatlarına başlasa, düşmənin vəziyyəti kritikləşəcək. Ordudakı qaynaqlarından biri musavat.com rəhbərliyinə deyib ki, hazırda Ağdamın işğaldakı kəndlərini azad etmək cəmisi 2-3 saatın işidir:

"Bütün qüvvə toplanıb, nazir baxış keçirib. Əmr gözləyirik".

Musavat.com-un əldə etdiyi məlumatlardan biri də budur ki, yaranmış vəziyyətdən narahat olan Ermənistan rəhbərliyi Rusiya prezidenti Putinə müraciət edərək, Azərbaycanı hərbi əməliyyatlardan yayındırmaq xahişində bulunub. Məsələnin təəccüblü tərəfi də budur ki, mötəbər qaynaq, Putinin Ermənistan prezidentinə onun ürəyini rahatladacaq heç nə söyləmədiyini bildirib.

"Hazırda Ağdamın işğaldakı kəndlərini azad etmək cəmisi 2-3 saatın işidir"

Lakin bizə yaxın ekspertlər hesab edirlər ki, Azərbaycan böyük ehtimalla Soçi görüşünə qədər ciddi hərbi əməliyyata başlamayacaq. Bu da o deməkdir ki, artıq Rusiya prosesdə arbitr kimi rolunu ala bilib. Ancaq bu, ekspertlərin fikirləridir. Cəbhədən gələn hazırlıq xəbərləri isə göstərir ki, Azərbaycan iqtidarı olduqca ciddi şəkildə müharibəyə hazırlaşır.

Baş verən situasiyanı "Yeni Müsavat" üçün şərh edən ekspertlərin fikrincə, Soçi görüşü məhz bu prosesdə Rusiyanın arbitr kimi çıxış etməsi məsələsini ortaya çıxardı. Çünki daha əvvəl həm ABŞ-da, həm də Fransada belə bir görüşün keçirilməsi təklifləri olub:

"Amma birdən-birə Soçi məsələsinin meydana çıxması bəzi mətləblərə işarə edir. Hadisələrin bu şəkildə gərginləşməsi, konkret hansı tərəfin başlamasından asılı olmayaraq, Soçi görüşünə əsas yaradan addım kimi görünə bilir. Məsələ ondadır ki, Rusiya Avrasiya İqtisadi Birliyində Ermənistanla Azərbaycanın bir yerdə təmsil olunması strategiyasında maraqlı görünür. Rusiya ilə yanaşı Qazaxıstan və Belarus da bu məsələni ciddi şəkildə qoyurlar. Qazaxıstan hesab edir ki, Azərbaycansız Ermənistanı AİB-yə qəbul eləmək olmaz. Burda Türkiyə amili də var. Yeri gəlmişkən, bugünlərdə Soçi görüşündən əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Ərdoğan arasında görüş planlaşdırılır. Belə bir görüşün planlaşdırılması diqqəti cəlb edir, çünki bilindiyi kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyənin AİB-yə assosiativ üzvlüyünə çalışır. İndiki şəraitdə NATO üzvü və Avropaya qoşulmaq istəyən Türkiyənin bu quruma üzvlüyü praktik görünməsə də, bu məsələyə diqqətin artması gözləniləndir".
Ekspertin fikrincə, bu məsələdə daha bir diqqətçəkən məqam Ermənistan hakimiyyətinin son zamanlar Moskvadan açıq-aşkar incikliyidir:

"Yeri gəlmişkən, bu yaxınlarda Argentinada səfərdə olan Ermənistan prezidentinin Rusiyadan narazılıq notları üzərində qurulmuş çıxışı vardı. O, Rusiyanın Azərbaycana silah satması faktının əleyhinə bəyanat səsləndirmişdi. Daha sonra "DQR" rəhbərliyi rus qoşunlarının sülhməramlı qüvvələr olaraq Dağlıq Qarabağda yerləşdirilməsinə qarşı çıxmışdı. Hazırkı situasiya Azərbaycan tərəfinin əlinə müəyyən kart-blanşlar verir ki, geniş əməliyyatlar keçirsin. Gizli deyil ki, Azərbaycan ordusunun çox ciddi qüvvələri sərhəd bölgəsinə cəmləşdirilib, onlar hətta müəyyən qədər nümayiş olunublar. Ancaq hələlik nə iri zərbə qüvvələrindən, nə də hərbi aviasiyadan istifadə olunub. Bu, bir növ erməni tərəfinə mesajlardır. Eyni zamanda görünən odur ki, Rusiya hakimiyyəti də Ermənistanda Moskvaya qarşı olan bəzi dairələrə müəyyən reallıqları başa salmağa çalışır".

"Türkiyənin proseslərə müdaxilə etmək imkanları yaranıb və bu situasiya Qafqaz üçün yeni bir başlanğıc ola bilər"

Daha bir mühüm məqam ondan ibarətdir ki, 1993-cü ildən bəri ilk dəfə olaraq kənar qüvvələrin, konkret olaraq Türkiyənin bu proseslərə müdaxilə imkanı yaranıb. Ekspertlərin fikrincə, hazırkı situasiyada Türkiyənin proseslərə müdaxilə etmək imkanları yaranıb və bu situasiya Qafqaz üçün yeni bir başlanğıc ola bilər:

"Diqqət etdinizsə, Türkiyə dövlətinin, cəmiyyətin reaksiyası çox operativ və yerində oldu. İlk dəfə olaraq Türkiyənin dövlət rəhbərliyi tərəfindən bu olaya reaksiyalar təsadüfi deyil. Elə bir vəziyyət yaranıb ki, Türkiyə bu məsələyə müdaxilə edə bilər. Bununla bərabər Rusiyanın özü də Ukrayna ilə yanaşı Cənubi Qafqazda ikinci bir mürəkkəb münaqişəyə qoşulmaqda maraqlı deyil. Bu, Azərbaycanla yanaşı, Ermənistan və bütün Cənubi Qafqaz üçün bir şansdır".

Mövzu ilə bağlı qəzetimizə danışan sabiq baş nazir, AXP sədri Pənah Hüseyn bildirdi ki, Azərbaycan cəmiyyəti torpaqların azad olunmasını tələb edir. P.Hüseyn deyir ki, artıq çoxlu sayda insanlar müraciət edərək orduya yazılmaq istədiklərini bildiriblər:

"İndiki status-kvonun davam etməyəcəyi aydındır. Artıq Azərbaycan cəmiyyəti torpaqların işğal altında saxlanılmasına dözmək istəmir.

Vəziyyətin dəyişməsindən danışılarkən xalqın torpaqların azad olunmasını istədiyi nəzərdə tutulur. Ya sülh yolu ilə, bu olmasa, hakimiyyətdən tələb ondan ibarətdir ki, silahlı qüvvələrdən istifadə edərək torpaqları azad eləsin. Mən bir unikal məsələyə diqqəti cəlb etmək istəyirəm. Son günlər çoxlu sayda ehtiyatda olan, xüsusi təlim görmüş keçmiş əsgərlər, gizirlər hərbi komissarlıqlara müraciət edirlər. Artıq bununla bağlı müzakirələr aparılır. Bizlərə də müraciətlər olub. Açığı, bu, son 20 ildə ilk belə hadisədir ki, vətənpərvərlik və döyüş əhval-ruhiyyəsi yüksəkdir. O cümlədən cəmiyyətin digər təbəqələri, valideynlər, yaşlı insanlar, qadınlarımız ermənilərin bu həyasızlığından çox ciddi şəkildə hiddətlidirlər.

Sözün həqiqi mənasında biz vətən müharibəsi astanasına gəlib çatmışıq. Hətta bir çox yerlərdə təşəbbüs qaldırılıb ki, hansısa siyasi qüvvənin, o cümlədən hakimiyyətin tədbiri kimi deyil, 100 minlərin iştirakı ilə ümummilli bir aksiya keçirilsin. Xalqın bu tələbi bütün dünyaya, o cümlədən Azərbaycanın siyasi qüvvələrinə çatdırılmalıdır. Mən inanıram ki, belə bir çağırış olarsa, yüz minlərlə insan bu çağırışlara səs verər".

P.Hüseyn deyir ki, sadə xalq kimi ölkənin siyasi qüvvələri də torpaqların azad edilməsinə köklənib və hazırda ölkə daxilindəki mürəkkəb situasiyadan çıxmaq üçün şans yaranıb:

"Mən bunu yalnız fərdi təhlillərə əsaslanaraq demirəm. Bugünlərdə Müsavat Partiyasının başqanı İsa Qəmbərin cəmiyyətə çox önəmli mesajları oldu. Milli Strateji Düşüncə Mərkəzinin Qarabağ münaqişəsinin həllinə dair hazırladığı konseptual sənəd var. Hətta onun müəyyən, ictimailəşməsi mümkün olan hissəsi cəmiyyətə də təqdim olunmuşdu. İsa Qəmbərin son mesajları da xeyli dərəcədə həmin təhlillərdə ifadə olunmuş konsepsiyadan irəli gəlirdi. Demək istəyirəm ki, bu mövqe indiki konyuktura ilə bağlı deyildi. Amma əlbəttə ki, son hadisələrlə vəziyyət xeyli dərəcədə aktuallaşıb.

Xarici düşmənlə müharibə etmək üçün daxildə hər hansı bir ziddiyyət, münaqişə olmamalıdır. Mən İsa bəyin mesajındakı bu məqama xüsusi diqqət çəkmək istəyirəm ki, indiki məqamda Azərbaycan cəmiyyətində ümummilli bir barışığa ehtiyac var. Bu da hazırkı məqamda yaranan unikal şansdır. Əlbəttə, bu məsələdə də atılacaq praktik addımların yüzdə doxsanı iqtidarın üzərinə düşür. Bunu iqtidar edə bilər".

P.Hüseyn deyir ki, mövcud əhval-ruhiyyə, görülmüş işlər və ordunun potensialı torpaqları azad etmək üçün kifayətdir. Eyni zamanda siyasi vəziyyətin də əlverişli olduğunu xatırladan təcrübəli siyasətçinin fikrincə, hakimiyyət hazırda yaranmış şansdan istifadə edib torpaqların azad olunmasına nail olmalıdır:

"Etiraf etmək lazımdır ki, bu vəziyyətə təsir edən amillər oldu. Əlbəttə, cəmiyyət çox təsadüfi olaraq Ukrayna hadisələrini maraqla izləmirdi. Orda baş verənlərin də təsiri olub. Çünki Ukrayna ərazisinin bir hissəsi faktiki olaraq işğal altındadır və bu işğala qarşı bütün vasitələrdən istifadə olunaraq əməliyyatlar aparılır. Beynəlxalq ictimaiyyət isə bunun əleyhinə çıxmır, əksinə, bu əməliyyatları təqdir edir. Bu vəziyyət bizə əsas verir ki, Ukraynadan da açıq şəkildə təcavüz faktının olduğu ərazilərimizi azad edək. Çünki bizim ərazilərimiz Ermənistan ordusu tərəfindən işğal edilib.

Bir daha təkrar edirəm ki, Azərbaycanın siyasi müxalifəti bu məsələdə öz üzərinə düşəni dərk edir. Müxalifətin mütləq əksəriyyəti bu düşüncədədir və hakimiyyətdən də tələb ondan ibarətdir ki, yaranmış bu vəziyyətdən istifadə eləsin".

Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8005   Tarix: 06 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

10:40 153
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

04.05.2024 199
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 216
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 170
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO

Azərbaycanda müğənni ağır qəzaya düşüb. -ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib

11:25 872
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

10:00 325
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

10:30 131
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

18:23 0