Azərbaycanı bürüyən bəla - QƏLYAN

Azərbaycanı bürüyən bəla - QƏLYANSon vaxtlar Azərbaycanda qəlyana maraq günü-gündən artır. Bu, xüsusilə də gənclərin ən sevimli məşğuliyyətinə çevrilib.

Bəs, qəlyan orqanizm üçün nə dərəcədə zərərlidir?

"İlk əvvəl onu deyim ki, qəlyan spirtli içki və siqaret kimi insan orqanizmi üçün çox zərərlidir. Hətta 1 saat qəlyan çəkmək yüz siqaretə bərabərdir. Qəlyanın tərkibində qatran, karbon qazı və ağır metallar var ki, bu da tənəffüs sisteminə ağır təsir göstərir. Qəlyandan istifadə edən insanlarda infeksion xəstəliklərə yoluxma ehtimalı daha yüksəkdir. Buna səbəb tütünün tərkibindəki yüzlərlə toksin birləşmələridir. Nikotin immun sisteminin müdafiə qabiliyyətini azaldır. Həmçinin orqanizmdəki bakterialara qarşı mübarizəni zəiflədir. Belə insanlar iltihabi xəstəliklərə qarşı həssas olurlar. Hətta mütəxəssislər qəlyan çəkən insanla siqaretdən istifadə edən arasında müşahidə apararkən belə qənaətə gəliblər ki, qəyan çəkənin orqanizmi daha tez qocalır.

Bilirsiniz ki, ağız və burun boşluğunun selikli qişasında immun sisteminin qoruyucu hüceyrələri yerləşir. Bu hüceyrələr selikli qişaya daxil olan zərərli maddələri qoruyub saxlayırlar. Daha sonra selikli qişa orada hazırlanan seliyin köməkliyi ilə bu mikrobları əhatə edərək, onların orqanizmdən xaric olunmasına gətirib çıxarır. Qəlyandan istifadə edən insanlarda isə ağız və burun udlağının selikli qişası müəyyən dərəcədə quruyur. Nəticədə onlar faktiki olaraq selikli qişa rolunu oynaya bilmir və mikroblar orada ilişib qalmaq əvəzinə orqanizmə daxil olur. Beləliklə, infeksiya, virus və bakteriyalara qarşı yaradılmış bu təbii maneə dağılmış olur. Qəlyan insanlarda vərəm və hepatit virusuna meyilliyi artırır".
Qəlyan insanları niyə bu qədər cəlb edir?

Son vaxtlar qəlyanın bir neçə növləri, müxtəlif meyvə dadlıları yaradılıb. Bu dadlar insana xoş təsir etdiyi üçün qəlyan sevgisi yaranır və zamanla qəlyana alışırsan. Ən təhlükəlisi isə qəlyandan əvvəl və sonra spirtli içki içməkdir. Bu orqanizmə daha çox zərər verir. Çünki qəlyanın tərkibində siqaretdən çox nikotin var.

Qəlyanı necə tərgitmək olar?

Bəzən insanlar "həftədə bir dəfə ilə heç nə olmaz" deyərək bu vərdişdən əl çəkmirlər. Amma unutmayaq ki, 1 dəfə çəkilən qəlyan orqanizmin 1 aylıq immunitetini məhv edir. Qəlyan aludəçilik yaratdığı üçün ondan əl çəkmək də çətindir. Amma təbii ki, bu, mümkündür. Bunun üçün müxtəlif çərəzlər yemək, gün ərzində iki dəfə çobanyastığı çayı içmək lazımdır. Bu həmçinin orqanizmi zəhərli maddələrdən təmizləyəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5323   Tarix: 03 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20.04.2024 381
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 477
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 460
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 254
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 227
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 884
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13.04.2024 355
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 390
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14.04.2024 337