Vüqar Muradov: "Kənan məndən üzr istədi"

Vüqar Muradov: "Kənan məndən üzr istədi""Kənan məndən üzr istədi, onu bağışladım. Yazılı şəkildə verdiyim ərizəni geri götürdüm. Onu və onun yanında olan 15 nəfəri əfv etdim".

Bu sözləri Tabloid.az saytına açıqlamasında Vüqar Muradov söylədi.

"O insan mənə qarşı yanlış etmişdi. Onu əfv etdim, bağışladım. Üzrxahlıq etdi. Dedi ki, mən etdim, sən eləmə. İşdi olub... İndi hər şey qaydasındadır, heç bir xəsarət almamışam. Hər şey qaydasındadır".

Xatırladaq ki, rejissor Kənan M.M Binəqədi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Buna səbəb müğənni Vüqar Muradovla əlbəyaxa olması olub. Bundan sonra Kənan M.M-ə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi də açılıb.

Buna səbəb isə ATV telekanalında "Ulduzların döyüşü" realiti-şousu olub. Belə ki, Kənan M.M və müğənni Vüqar Muradov verilişdə üz-üzə gəliblər. Döyüşdə bütün gücünü göstərən Kənan Vüqara məğlub olmuşdu. Buna səbəb isə döyüş ərəfəsində rejissorun qolunun 2 dəfə çiynindən çıxması göstərilirdi.

Lakin müğənni Vüqar Muradov Tabloid.az-a açıqlamasında bunun həqiqətə uyğun olmadığını bildirmişdi:

"Gülməlidir, bu, bir bəhanədir. Kənanın qolu-filan çıxmamışdı, sadəcə, olaraq mən güclü olaraq qalib gəldim və Kənan bunu həzm edə bilmir. Yarış günü hər şey yaxşı idi, mən qalib olduqdan sonra Kənan mənimlə düşmənçiliyə başladı. Kənanın qolu çıxmamışdı. İnsanın qolu çıxanda ağrıdan tərpədə bilmir. Necə onun qolu çıxmışdı ki, mən onun qolunu tutub qaldırdım. Kənan yanında olan səviyyəsiz dostları bu söz-söhbətləri yaydı ki, "Kənanın qolu çıxmasaydı Vüqara qalib gələcəkdi?!"

Bütün bunlardan sonra isə onların arasında münasibətlər korlanıb. Kənan M.M Vüqar Muradovla yumruq davasına çıxıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama vermişdi. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirmişdi ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət ediblər. Muradovlar müraciətlərində bildiriblər ki, Kənan bir qrup şəxslə zor tətbiq edərək onları döyüb. DİN sözçüsü görülən tədbirlər nəticəsində rejissorun saxlanıldığını və qarşı tərəfin əməlini etiraf etdiyini qeyd edib. Bundan sonra Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə barəsində cinayət işi açılıb və həbs olunub. Hazırda faktla bağlı istintaq aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7624   Tarix: 01 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999