Allahın kəlamı ilə müalicə

Allahın kəlamı ilə müalicəMənbə: http://zikr.az

      Ruqya oxumaq şəfa tapmaq məqsədilə Quran ayələri və ya Peyğəmbərin istifadə etdiyi zikr və duaları oxuyub xəstənin üstünə üfürməyə deyilir. Ruqya sığınmaq, qorunmaq mənasını verən kəlmədir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - həm özünə, həm də başqalarına ruqya edər­di, habelə həm Cəbrail, həm də Aişə ona ruqya edərdilər, həmçinin səhabələr də ruqya edərdi.
Aişə rəvayət edir ki, Peyğəmbər xəstələndikdə, şərdən qoruyan surələri ("əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini) özünə oxuyub üfürərdi. Xəstəliyi şid­dət­­lən­dikdə isə mən bu surələrin bərəkətini Allahdan umaraq onları onun üçün oxuyub əllərini bədəninə sür­tərdim" (Səhih əl-Buxari, 5016).
Digər rəvayətdə Aişə demişdir: "Peyğəmbər hər gecə yatağına uzan­dıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora "əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq, ba­car­dı­­ğı qə­dər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi" (Səhih əl-Bu­xari, 5017).
Ənəs ibn Malik demişdir: "Peyğəmbər ənsardan olan bir ailəyə (zəhərli hey­van) sanc­masını və qulaq ağrısını müalicə etmək üçün ruqya oxumağa izin vermişdir". (Sə­hih əl-Buxari, 5719).  
Aişə demişdir: "Peyğəmbər mənə (və ya qeyrisinə) gözdəyməyə qarşı ruq­ya oxumağı buyur­du". (Səhih əl-Buxari, 5738).
Ummu Sələmə rəvayət edir ki, bir də­fə Pey­ğəm­bər onun evində üzü­nün rəngi dəyişmiş bir qız uşağı görüb dedi: "Bu qızcığaza ruqya oxuyun, çünki ona göz də­yib". (Səhih əl-Buxari, 5739).
Həmçinin, ruqya oxumaq cadu, qorxu, cinin insanın bədəninə girməsi ilə bağlı, mənəvi və digər xəstəliklərə qarşı əvəzolunmaz müalicə üsuludur. Üç şərt olduğu halda ruqya etməyə icazə verilir.
Birincisi; ruqya Allahın kəlamları, ad və sifətləri ilə olmalıdır. Ruqyanin sözlərində şəriətə müxalif sözlər olmamalıdır. Allahdan başqasına dua etmək, yaxud cinlərdən mədəd diləmək və ya başqa bu kimi şirk ovsunlar oxumaq haramdır. Uca Allah buyurur: "Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilmə­yən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan" (Yunus, 106).
İkincisi; ruqyanın sözləri aydın və mənası başa düşülən olmalıdır. Mənası başa düşülməyən tilsimləri oxumaq haramdır. 
Üçüncüsü; ruqya edən qəti inanmalıdır ki, ruqya özü təsir edən qüvvəyə malik deyildir. Əslində ruqya Allahın qüdrəti və istəyi olmadan təsir edə bilməz. Ruqya oxumaq bir səbəbdir, çünki istədiyinə şəfa verən yalnız Allahdır.
Yuxarıdakı şərtləri özündə cəm etməyən bütün digər növ ruqya və ovsunlar haramdır. 


BiG.Az
Telegramda izləyin
İslam   Baxılıb: 5828   Tarix: 28 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

TOP MP3