Qohumla evlənməyin ki, uşağınız xəstə doğulmasın!

Qohumla evlənməyin ki, uşağınız xəstə doğulmasın!Qohum nikahlarından doğulan uşaqların 55 %-i qüsurludur.

Günümüzdə qohum evlilikləri azalmaq əvəzinə artmaqdadır. Məsələnin psixoloji, sosial, tibbi tərəfləri var. Çoxu gələcəkdəki problemləri qulaqardına vurmaqla, öz doğmalarına pislik edir. Sadəcə bunun fərqində deyil. "Qafqazinfo" məsələylə bağlı araşdırma aparıb.

Araşdırmalar göstərir ki, yad insanların evliliyi zamanı uşaqların qüsurlu doğulma riski 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Başqa sözlə , bu risk 2 dəfə artmış olur. Qohum evliliyinə elmi dildə- endoqami deyilir. Dünyanın elə ölkələri var ki, burada birincili qohum evliliyi təmamilə qadağan edilib. Misal üçün, Almaniya, ABŞ-ın 24 ştatında əmiqızı - əmioğlu evliliyi təmamilə yolverilməzdir. ABŞ-ın bəzi ştatlarında qohum evliliyi 56%- təşkil edir. Bu göstərici Küveytdə 54,3%, Türkiyədə 26,8% təşkil edirsə, əksinə İngiltərədə 0,56% təşkil edir. İslam ölkələri dediyimiz Suriyada, Fələstində, Livanda, Ərəbistanda qohum evlilikləri olduqca seyrəkdir.

Qardaş Türkiyədə vəziyyət, demək olar ki, Azərbaycanla eynilik təşkil edir. Türkiyənin yalnız Trakya bölgəsində qohumlararası evliliyə müsbət rəy vermirlər. Azərbaycana gəldikdə isə ,qeydə alınan nikahların 56 %-dən çoxu qohum evlilikləridir ki, bu nikahlardan da doğulan uşaqların 50 %-dən çoxu qüsurlu dünyaya gəlir.

Qohumlar arasında nikahlar daha çox Şəki, Masallı, Lerik və Bakıətrafı qəsəbələrində yayılıb.

"Xəstə uşaqları istəmirsinizsə, qohumla ailə qurmayın"

Biologiya elmlər namizədi, ginekoloq Vüsalə xanım el arasında doğru olmayan bir məqama aydınlıq gətirir. Mütəxəsisin sözlərinə görə, qohum nikahlarının artmasında bir neçə səbəb var. Amma belə evliliklərinin gələcəkdə tibbi tərəfdən problem olacağını fikirləşmirlər. Belə ki, son araşdırmaya görə, qohum evliliklərindən doğulan uşaqların 55%-i müxtəlif dərəcəli xəstəliklə dünyaya gəlirlər. Bəzən elə bilirlər ki, evlənəcək cütlüyün qan qruplarında uyğunluq varsa, deməli problem yoxdur. Bu məqamın doğulacaq xəstə uşaqla heç bir əlaqəsi yoxdur. Əsas genetik faktordur. Evlənəcək fərdlərin eyni soyunda vaxtiylə hər hansı xəstəlik olubsa, doğulacaq uşaqda da bu xəstəliyin olması yüksək risk daşıyır. Tibbi nöqteyi-nəzərdən bu belə izah olunur: dominant (özünü biruzə verən) genlərlə və resesiv (gizli qalan ) genlərlə keçən xəstəliklər var. Resesiv genlərlə keçən xəstəliklər daha geniş yayılıb. Yad bir insanla ailə quranda bu xəstəliklər özlərini biruzə vermir, çünki yad insanda xəstə genlər olmadığına görə, sağlam genlər resesiv genləri örtür. Amma iki qohumda bir xəstəlik varsa, iki resesiv gen bir-biri ilə birləşəndə xəstəlik özünü biruzə verir. O baxımdan bütün qohum nikahlarda əksər halda xəstə uşaqların doğulma ehtimalı çox yüksək olur. Nəsildə, ulu baba, nənədə olan xəstəliklər bu tip evliliklərdən olan körpələrdə təkrarən meydana çıxır. Bu da onadan irəli gəlir ki, ulu baba, nənədə xəstəlik canda olub, özünü biruzə verməyib. Sadəcə onların gələcək nəsli bu genləri özləri ilə götürüblər.

Xalaoğlu-xalaqızı nikahlarından olan uşaqlar daha çox qüsurlu olur. Həkimin sözlərinə görə, ana tərəfdən qohum nikahlarında xəstə uşaqların doğulma riski daha böyükdür . Hətta belə uşaqlar ana bətnində qalmır, ya düşük olur, ya da ölü doğulur. Belə halda doğulan uşaqlar əqli cəhətdən də zəif olurlar. Onların orqanik qüsurları olmur. Çox nadir halda orqanik qüsurlar ola bilər ki, bu da daha çox infeksiyalardan, ekologiyanın çirkliliyi nəticəsində yaranan xəstəliklərdir. Beynin düzgün formalaşmaması, şəkərli diabet, eşitmə, görmə qabiliyyətinin zəifləməsi bu tip uşaqlarda olur. Hamilə xanımlar ultrasəs müayinəsinə (USM ) gedirlər, həkimlər deyirlər ki, uşaq normaldır. Heç bir USM həkiminin ixtiyarı yoxdur, desin ki, tam normal uşaq dünyaya gələcək, çünki USM uşağın əqli, görmə və eşitməsini görə bilməz. Belə problemlər zamanla özünü biruzə verir. Xüsusiylə, qan xəstəlikləri olan hemofiliya, talasemiya xəstəlikləri yayılmış və ailələri pis vəziyyətdə qoyan xəstəliklərdir".

Qohum evliliyi tərəfdarlarının əsas şüarı: Varımız qohuma qalsın!

Psixoloq Azadə xanım qohum evliliklərinin səbəblərini belə sıralayır. "Əsas səbəb insanların münasibətidir. Qohumlar arasındakı yaxınlıq əlaqələri varkən, bunu bir az da möhkəmlətməyə can atırlar. Məsələnin pis tərəfi odur ki, ailələr qohum nikahı üçün çox zaman övladlarına təzyiq edirlər. Bir də "yaxşı kız" anlayışı da var. İndi informasiya texnologiyalarının sürətlə inkişafı dövrüdür. Çox ailə qızların "təmiz", "əl dəyilməmiş", "etibarlı" olmasını güya üstün tutaraq, qohum nikahına izn verirlər. Başqa səbəb, qohum gəlin, bəyin ailələri cehiz, ev məsələsində daha əlbir olacaqlarını düşünürlər. Hələ varlı, imkanlı tərəflər var-dövlətinın yad adama qalmasını istəmirlər."

Bu arada qeyd edim ki, İslam dini yaxın qohum evliliyini qadağan etmir.

Amma dinşünas alimlər Quran surələrində uzaq, yad insanla ailə qurulmasının məqsədəuyğunluğunun qeyd olduğunu bildirirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3272   Tarix: 29 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424