Kompüterdə izləri necə silməli?

Kompüterdə izləri necə silməli?İstər kompüterdə, istərsə də internetdə fəaliyyətin gizliliyini saxlamaq çətindir. Kompüter dəfələrlə format olunsa belə, pozulmuş faylı bərpa etmək, internetdə izlənilən saytları və yüklənilən faylların statistiklasını əldə etmək olar. Buna baxmayaraq, proqramçılar bir sıra yollarla kompüter və internetdən izlərin silməyin mümkün olduğunu deyib.

Proqramçı Fuad Ələkbərovun sözlərinə görə, adi halda kompüterdən pozulan istənilən faylı asanlıqla bərpa etmək olar. Dediyinə görə, əgər kompüterdən o qədər də çox istifadə olunmursa, hətta bir neçə il əvvəl yaradılmış faylları da bərpa etmək mümkündür. Faylların birdəfəlik pozulması ancaq xüsusi proqramlar vasitəsilə həyata keçirilir. Belə proqramlar yalnız faylın silinməsilə kifayətlənmir, faylın üstünə başqa təsadüfi məlumatlar və s. də yazırlar. Bununla da informasiyanın ilkin variantı tamamilə silinir. "Bunu "File Shredder", "Shredder8", "Recuva" və "Auslogics BoostSpeed" kimi proqramlarla icra etmək olar".

Ələkbərov bildirib ki, kompüterdəki bütün informasiyanın bərpası mümkün olmadan pozmaq üçün komüterin format olunması kifayət etmir. Ona görə ki, kompüterdə əvvəl adi yolla fayllar pozulubsa, sonradan formatlanma üsulu ilə birdəfəlik, bərpasız pozulmur. Bunun üçün yenə də xüsusi proqramlardan istifadə olunmalıdır. Disklərdən bütün faylların tamamilə pozulması üçün "HDD Low Level Format" uyğun gəlir. "Auslogics BoostSpeed" proqramı isə sərt diskdə və ya flaşkada bütün boş yeri mövcud digər fayllar zədələnmədən poza bilir".

Onu nəzərə almaq lazımdır ki, dəfələrlə format olunmuş və hətta yanmış disklərdən belə informasiyanı əldə etmək olar. Amma bu cür xüsusi qurğular nadir hallarda olur. Faylların heç bir yolla bərpa olunmaması üçün diskin tamamilə məhv edilməsi lazımdır.

Onun dediyinə görə, kompüter və internet istifadəçilərin əksəriyyəti bu suallarla müraciət edirlər: ""Öz fəaliyyətimiz haqında informasiyanı internetdən və kompüterdən tam silmək olurmu?" Bəli, müəyyən üsullar vasitəsilə, internetdə fəaliyyəti tam silmək olar. İnternetdə rahat fəailiyyət göstərsək də, bu gizli qalmır. Özümüz haqqında internetdə iz buraxırıq. Misal üçün "youhavedownloaded.com" saytı hər hansı bir İP ünvanın yüklədiyi faylların statistikasını toplayır. Bu sayta girərək istənilən şəxs öz İP ünvanının statistikası ilə tanış ola bilər".

Proqramçı qeyd edib ki, əgər "Google Chrome" istifadəçisinizsə, Ctrl Shift N düymələrini basaraq gizli pəncərə açmaq olar. Bu pəncərədə baxdığınız saytlar "brauzer"in tarixində görünməyəcək və kompüterdə heç bir izini tapmaq olmayacaq.

İzlədiyiniz saytların gizli qalmasını istəyirsizsə, "tarix" bölümünü açıb oradan saytları seçib poza bilərsiz. Tarix bölməsini tamamilə pozduqda girdiyiniz bütün saytlar barədə informasiya pozulacaq. Eləcə də sizə lazım olan tarix bölməsində hansı növ informasiyaların vaxtaşırı silinməsini də seçmək olar.

"Internet Explorer"i istifadə etdikdə isə "ümumi" bölməsində "jurnal" seçib səhifədən "çıxdıqda tarixi yadda saxlamasın" sətri seçmək lazımdır. Burada seçdiyin informasiyanı pozmaq, parametrlər bölməsini seçməklə isə saytlara baxış bardə olan informasiyanın saxlanılması üsulunu seçə bilərsiz.

Müsahibimiz bildirib ki, şəbəkəyə qoşulan İp ünvanla şəsxin kimliyi və olduğu yer müəyyən olunur. İp ünvandan başqa kompüterin xidməti faylları, misal üçün, "cookoes" vasitəsilə də şəxsi müəyyən etmək olar. "Cookoes" internetdəki iş fəaliyyəti barədə informasiyanı saxlayır. Bir çox saytlarda xüsusi "cookoes"lər quraşdırılıb və bunlar vasitəsilə istifadəçilərin fəallığı müəyyən olunur. Sosial şəbəkələr də daim qeydiyyatdan keçən istifadəçilər barədə informasiya toplayır. Əgər istifadəçi sosial bşəbəkədən çıxamadan internetdə başqa saytlara girirsə bu haqda informasiya sosial şəbəkə tərəfindən toplanr.

Lakin internetdəki məxfiliyi qorumaq üçün xeyli yollar var. Son dövrlər "Mozilla", "Opera", "Google Chrome" istifadəçilərə gizli işləmək üçün xüsusi xidmətlər təklif edir. Bu, "Google Chrome"da "Ctrl Shift N", "Internet Explorer"də "Ctrl Shift P" düymələrini basmaqla yeni pəncərə açıb gizli işləmək olar. Bu sistem vasitəsilə, internet səhifələr haqqında informasiya yığılmır. Səhifədən çıxdıqdan sonra isə "cookies"dən bütün informasiyalar silinir.

Mobil qurğular üçünsə, gizli iş rejimi ancaq "Google Chrome"un son versiyası ilə təchiz olunan "Android" platformalarda mümkündür.

Qeyd edək ki, "The Guardian" internetdə izləri silməyə dair 10 tövsiyə yayıb: ""Facebook"da gizlilik parametrlərində hər şeyi "özəl"ə çevirmək; "Facebook"da etiketləndiyiniz fotoları bir-bir açıb, "variantlar" bölməsindən etiketləri silmək; "Google Blogger" hesabınızda profili silmək (bununla da bütün bloq yazılarınız və şərhləriniz yox olacaq); "Tumblr" və ya "WordPress" bloqunuz varsa, silmək; axtarış saytlarında dırnaq içərisində ad və soyadı yazmaq; forumlardakı şərhləri silmək; "Google"da "görüntülər" hissəsində adınızı axtarışa vermək; fotolarınızın çıxdığı saytlardan bunları silmələrini istəmək; "Flickr" kimi saytlara göndərdiyiniz fotoları da silmək; adınızı davamlı axtarışa verib, adınızın çıxdığı saytların sahibləriylə əlaqə yaradıb sildirməyə cəhd etmək, "Facebook", "Blogger" və "WordPress"ə göndərdiklərinizin hələ də internet arxivində qalmış ola biləcəyini unutmamaq və "İnternet Archive" saytı məzmun silmə tələblərini bir-bir nəzərdən keçirmək; adınızı internetdən tamamilə silsəniz belə, qərarlı bir araşdırmaçının geridə qalan məlumatlarınızı və dostlarınızın sizdən bəhs etdiyi məlumatları araşdıraraq haqqınızda məlumat ala biləcəyini unutmamaq lazımdır. Sonuncu isə sizi izləyən "Google"ın axtarış saytı əvəzinə siz izləməyənləri yoxlayın".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3699   Tarix: 28 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaddaşı gücləndirməyin üsulları

Yaşın irəliləməsi ilə yaddaşın zəifləməsi, tez-tez unutqanlıq və diqqət dağınıqlığı kimi problemlər ortaya çıxa bilər. Bu cür halların qarşısını almaq məqsədilə xalq təbabətində bir sıra təsirli üsullardan istifadə olunur. "Qafqazinfo"nun məlumatına görə, ilk olaraq qanda hemoqlobin səviyyəsini

17.12.2025 282
.

Tarixin ən uzun uçuşu: quşlar eniş etmədən nə qədər uça bilər?

Təxminən bir sutka davam edən Avstraliyaya uçuş uzun səfər kimi görünə bilər, lakin uzunqanad adlanan quşun bacardığı ilə müqayisədə bu, xırda bir məsələdir. Bir çoxumuz bir neçə saatdan sonra narahat olmağa başlayırıq, özü də yerimizdə oturduğumuz halda. İndi isə təsəvvür edin ki, havada qalmaq üçü

15.12.2025 450
.

Azərbaycanda təsirli hadisə - Pişik uşağı ölümdən xilas etdi

Bu yaxınlarda Mingəçevirdə qəribə hadisə baş verib. Zirzəmiyə atılan azyaşlını pişik xilas edib. Bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. "Zirzəmiyə atılan 1-2 yaş arasında olan uşağı polislər 4 gündən sonr

13.12.2025 336
.

Məşhur türk serialında "Tərəkəmə" rəqsi - VİDEO

Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" musiqisi səsləndirilib. xəbər verir ki, görüntülər həm Türkiyənin, həm də Azərbaycanın sosial şəbəkələrində böyük maraqla qarşılanıb. Həmin görüntülər sosial mediada sürətlə paylaşılaraq geniş reaksiyalar doğurub. Qeyd edə

13.12.2025 272
.

Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi

Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla

12.12.2025 355
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 610
.

"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın

Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək təhlükəsizliyə görə son dərəcə vacibdir. Canlı ağac bir neçə saniyəyə alışa, süni ağac isə qızmış işıqlar və ya istilik mənbələri yaxınlığında qısa zamanda təhlükə yarada bilər. Buna görə də ağacı harada quracağınızı əvvəlcədən düşünmə

14.12.2025 460
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

09.12.2025 324
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 833
.

TOP MP3