"Qızımın seçdiyi oğlan çox ağıllıdır" - Elza

"Qızımın seçdiyi oğlan çox ağıllıdır" - Elza- Elza xanım, yaradıcılığınızda hansı yeniliklər var?
- Mətbuat günü ərəfəsində "Qafqazmedia" İctimai Birliyi tərəfindən "Yaxşıların yaxşısı" mükafatına layiq görülmüşəm. İnşallah podiumda "Podium" adlı gözəl bir konsertim olacaq. Bir neçə mahnını aranjemana vermişəm. "Azərbaycanın səsi" müsabiqəsində münsif heyəti kimi uşaqlarla demək olar ki, hər gün məşq edirik, proqram seçirik. Ona görə heç dincəlməyə də gedə bilmirəm. Çünki bu davamlı olan böyük bir layihədir, bütün gücümü "Azərbaycanın səsi" layihəsinə yönəltmişəm. Bəstəkarlar İttifaqının üzvüyəm. İnşallah ittifaqın ildönümü ərəfəsində dövlət tərəfindən təşkil olunmuş konsertdə mən də öz mahnılarımla iştirak edəcəm.
- Qızınız nişanlanıb bu münasibətlə sizi təbrik edirəm. Qızınızın öz seçimi idi, yoxsa sizin məsləhətiniz?
- Yox , qızımın öz seçimi idi. Sadəcə fikirlərimiz üst-üstə düşdü. Əgər mənim seçimimə qalsaydı, 16 yaşında da ərə verə bilərdim. Necə ki məni həmin yaşda ərə vermişdilər. Yəni hər gələn elçiyə "hə" cavabı vermədi. Daha sonra təhsil aldı. Universitetin hüquq fakultəsini bitirdi. Ondan öz öyüd-nəsihətimi də əsirgəmədim. Dedim ki, qızım, yaxşı fikirləş. Sabahın barədə götür - qoy elə. Ailə qurmalısan. Bu həyatın qanunudur. Hər şeyin öz vaxtı var. Fikirləş, qərar ver. Şükür Allaha ki, oğlan da çox ağıllıdır. Allah xoşbəxt eləsin.
- Elza xanım, pərdəarxası ilə pərdəönündə fərq çoxdur?
- Bu dəqiqə pərdəarxası ilə pərdəönünü tamam unutmuşuq. Pərdə arxası önə çəkilib. Kişilikdən dəm vuranlar pərdəarxasında baş verənləri pərdəönünə gətirib adını səmimiyyət qoyublar. Nifrət edirəm belələrinə. Səmimiyyət başqa, tərbiyə başqa, pərdəönü ilə pərdəarxası tamam başqa-başqa şeylərdir. Pərdənin arxasında xırdalıqlar, incəliklər, insanın iniltisi, ağrı-acısı, çatışan-çatışmayan cəhətləri var. Pərdənin bu üzündə isə səmimiyyət, iradə, insanın özü var. Arxada baş verənləri tamaşaçı bilməməlidir. Təəssüflər olsun ki, evlərində , nəsil-köklərində pərdədən xəbəri olmayanlar sadəlikdən, səmimiyyətdən, tərbiyədən danışırlar. Evimizi günəşdən, soyuqdan, yad baxışlardan qorumaq üçün pərdə salırıq. Amma bəzi dar düşüncəli, cibində bir az pulu olanlar, mədəniyyətsiz insanlar özlərində olmayan şeylərdən danışırlar.
- Siz olduğunuz kimi görünə bilirsiz?
- Əslində, mən olduğum kimi görünmək istəmirəm. Çünki bəzi insanlar mənim sadəliyimdən, səmimiliyimdən sui- istifadə edirlər.
- Sizi nə sındıra bilər?
- Məni həyatda heç nə sındıra bilməz. Yalnız Allah mənə öz sevgisini azaltsa, sına bilərəm. Hər zaman dua edirəm ki, Allahım mənə verdiklərini çox görməsin. Tanrımdan bütün günahkar bəndələr kimi mənim də günahlarımın bağışlamasını istəyirəm.
- Ələkbərin ilk ailə uğursuzluğu həyatınızdə dəyişiklik etmədi?
- Dəyişiklik etdi. Uğurlar elə uğursuzluqların nəticəsində əmələ gəlir. Hər bir insan öz uğurunun memarıdır. Daha bərkidim, daha möhkəm oldum. Hər kəsin həyatında keşməkeşli anlar olur. Bizə də həyat bunu yazdı.
- Qaynana kimi hansı qadağalarınız var?
- Şükür Allaha ki, heç vaxt övladlarıma qadağa qoymamışam, söz deyirəm sözümü eşidirlər. Məsləhətimə qulaq asırlar. Gəlinim də halal süd əmmiş bir nəsildəndir. Sözü bir dəfədən başa düşür. Heç zaman qadağa qoymuram. Məsləhət edirəm. Onlar elə ağıllıdılar ki, hərdən mən onların məsləhətlərinə qulaq asıram. Heç bilmirəm qayınanayam, yoxsa ana. Sanki, uşaqlarımla bacı-qardaşıq.
- Xoşbəxt anasız. Sizcə sevilməyə, özünüzün qadın səadətinə ehtiyacınız yoxdur?
- Allah mənə bu həyatı veribsə, yəqin ki, o məhəbbəti də məndən əsirgəməyib. Xalqın məhəbbətini qazanmışam.
- Bir qadın üçün bu kifayətdir?
- Mənim də həyatım belə yazılıb. Hər şey üçün şükür edirəm. Razılaşıram. Bəlkə də çoxları mənim indiki həyatıma qibtə edirlər. Niyə küsməliyəm ki?
- İllərin xatirə yaddaşında unutmadığınız nə var?
- İllərin xatirə yaddaşında mənə yaxşılıq edən insanların yaxşılıqları var. İnsanları təmənnasız sevmişəm. Hətta Qənirə Paşayevanın sözlərinə də bu mövzuda mahnı bəstələmişəm. Elə insanlar var ki, nə qədər yaxşılıq eləmişəm, layiq olduğumu mənə verməyiblər. Amma elələri də var ki, heç nə etməmişəm, mənə çox yaxşılıqları dəyib.
- Köhnə xatirələri silmisiz, yoxsa tənhalığa çəkiləndə qaranlıq buludlar dilə gəlir?
- Xeyr, köhnə xatirələr heç vaxt silinmir. Nə pisliklər, nə yaxşılıqlar. Amma kim mənə pislik edibsə, ona yaxşılıqla cavab vermişəm.
- Müğənnilikdən başqa nə bacarırsız?
- İnsanlıq mənimçün ön plandadır. Müğənnilikdən başqa bəstəkaram, anayam, ev xanımıyam, gözəl yeməklər hazırlayıram, toxuyuram. Bacarmadığım iş yoxdur. Çalışıram insanlıq bacarığımı itirməyim.
- Çoxları fərqli görünüşünüzün reklam üçün olduğunu düşünür. Ehtiyacınız varmı buna?
- Sizcə, mənim reklama ehtiyacım var? Məni sənətə gələndən tanıyırsız. Bilirsiz ki, necə gəlmişəmsə, elə də qalmışam. Amma indi sənətə gələnlər sabah tamamilə dəyişirlər. Özlərini mənə oxşadırlar. Danışıqlarında, fərqliliklərində, saç düzümlərində, geyimlərində, oturuşunda, duruşunda özlərini mənə bənzədənlər az deyil. Bu qaynaq saçları, linzaları nə qədər qoymaq olar?! Xoşbəxtəm ki, Allah mənə bu təbii gözəlliyi bəxş edib. Deyirlər saçının, gözünün rəngini dəyiş. Qətiyyən razılaşmıram. Çünki bu Tanrının mənə bəxşişidir. Mənim haqqımda bu fikirləri hallandıranlar gündəmə gəlmək üçün çalışırlar. Bəstəkarlar İttifaqının sədri , dünya şöhrətli Firəngiz Əlizadənin dediyinə görə, hətta "Düz üzünə" verilişindən sonra məni kəşf edib. Və o, bildirdi ki, "mən səninlə fəxr edirəm".
- "Azərbaycanın səsi" sənət dostlarınızı kəşf etməkdə sizə kömək oldu?
- Əlbətdə, mən orda Namiq Qaraçuxurlunu kəşf etdim. Elnarə və Nadiri tanıyırdım. Namiqlə belə ünsiyyətimiz olmamışdı. Namiq çox gözəl dost, yoldaşdır. Çox sevinirəm ki, bu layihədə Namiqlə qarşılaşdım. Hansısa kiçik bir qüsuru belə veriliş öncəsi Namiq mənim yadıma salırdı. Kəşf etdim ki, Namiq uçuruma düşən insanı oradan qaytaran insandır. Hətta onunla"Əcəb eliyəcəyik" adlı bir duetimiz də yaranıb. Tezliklə bu dueti eşidəcəksiz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2754   Tarix: 25 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Onu təhqir edən şəxsləri ifşa etdi

Aktrisa Zülfiyyə Qurbanova ona təhqiramiz şərh yazan şəxsləri ifşa edib. OLAY yazır ki, sənətçi bununla bağlı feysbukda status paylaşıb və Daxili İşlər Nazirliyinə müraciət edib:. "Bu, hələ bir qismidir. Düşünürəm ki çox qısa zamanda bu təhqir dolu şərhləri yazanları taparsınız. Polis bölməsind

02.05.2024 612
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

03.05.2024 554
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

29.04.2024 1115
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 269
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1253
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1066
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 180
.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

03.05.2024 1410
.

Qonca Vuslateri ana olandan sonra ilk dəfə paylaşım edib

Türkiyəli aktrisa Qonca Vuslateri ana ana olandan sonra ilk dəfə paylaşım edib. xəbər verir ki, aktrisa sosial şəbəkədə qızı ilə şəklini paylaşıb. "Mən həmişə uşaq dünyaya gətirmək haqqında danışanda qoxardım. Çox balacadılar, əlimdən düşər, tuta bilmərəm deyə qorxardım. Onu qucağıma alanda bel

02.05.2024 780