"Şeytan meyvəsi"nin möcüzəvi faydaları

"Şeytan meyvəsi"nin möcüzəvi faydalarıBiG.AZ havalar istiləşdikcə yetişən daha bir meyvə, zoğal, zoğalın faydaları barədə məlumat verəcək. Əs­lin­də, zo­ğa­lın müa­li­cə­vi əhə­miy­yə­ti çox­la­rı­na mə­lum­dur. Azər­bay­can­da elə bir ev tap­maq müm­kün de­yil ki, qı­şa bir ban­ka da ol­sa, zo­ğal mü­rəb­bə­si sax­la­ma­sın­lar. Çün­ki biz­də yax­şı bi­lir­lər ki, qış ay­la­rın­da so­yuq­dəy­mə­nin ən ağır for­ma­sı­na mə­ruz qa­lan­la­rı da bir stə­kən zo­ğal­lı çay­la dir­çəl­dib, aya­ğa qal­dır­maq olar. Am­ma bu gi­lə­mey­və­nin baş­qa müa­li­cə­vi xü­su­siy­yət­lə­ri də var. Bu ba­rə­də da­nış­ma­mış­dan əv­vəl, zo­ğal­la bağ­lı ma­raq­lı bir di­ni rə­və­ya­tə qu­laq ve­rin. Bə­zən zo­ğa­lı "şey­tan mey­və­si" ad­lan­dı­rır­lar ki, bu heç də tə­sa­dü­fi de­yil. Rə­va­yə­tə gö­rə, Al­lah ət­raf­da­kı­la­ra ya­rat­dı­ğı ağac­lar­dan bi­rin seç­mək im­ka­nı ve­rir. Bu da yaz fəs­li­nə tə­sa­düf edir. Zo­ğal ağa­cı­nın bü­tün baş­qa ağac­lar­dan bi­rin­ci çi­çək­lə­di­yi­ni gö­rən şey­tan tez-tə­lə­sik onu se­çir. Şey­tan dü­şü­nür ki, tez çi­çək­lə­yib­sə, qa­lan mey­və­lər­dən da­ha əv­vəl ye­ti­şə­cək. Am­ma yaz ke­çir, yay gə­lir, bü­tün mey­və­lər də­yir, zo­ğal ye­tiş­mək bil­mir. Bun­dan əsə­bi­lə­şən şey­tan zo­ğal­dan im­ti­na edib, onu in­san­la­ra ve­rir. İn­san­lar isə pa­yız­da ağac­lar­dan qa­lan mey­və­lər üzü­lüb qur­ta­ran­dan son­ra dəy­miş qa­ra-qır­mı­zı zo­ğal­dan yı­ğıb, ləz­zət­lə ye­yir­lər. El ara­sın­da be­lə bir inanc da var ki, han­sı il zo­ğal bol gə­tir­sə, de­mə­li, qış bərk so­yuq ke­çə­cək. Çün­ki şey­tan məh­su­lun çox ol­du­ğu­nu gö­rüb, qə­zəb­lə­nir.

Ək­sər slav­yan dil­lə­rin­də zo­ğa­lı "ki­zil" ad­lan­dı­rır­lar ki, bu da türk di­lin­də­ki "qı­zıl" sö­zün­dən gö­tü­rü­lüb və gi­lə­mey­və­nin rən­gi­nin qır­mı­zı­lı­ğın­dan qay­naq­la­nır. Al-qır­mı­zı rən­gi isə zo­ğa­lın tər­ki­bin­də ka­ro­ti­nin çox­lu­ğun­dan xə­bər ve­rir. Bun­dan baş­qa, zo­ğa­lın tər­ki­bin­də su, efir ya­ğı, S vi­ta­mi­ni də bol­dur. H­əm­çi­nin, zo­ğal mey­və­sin­də də­mir, ka­li­um, kal­si­um, fos­for, maq­ni­um ki­mi mi­ne­ral duz­lar var ki, on­lar da ürək-da­mar xəs­tə­lə­ri­nə yax­şı tə­sir gös­tə­rir. Zo­ğa­lın mey­və­sin­dən və yar­paq­la­rın­dan şə­kər­li dia­bet xəs­tə­li­yi­nin müa­li­cə­sin­də is­ti­fa­də olu­nur. Dia­be­tik­lər üçün qi­da məh­sul­la­rı­nın sa­tıl­dı­ğı is­tə­ni­lən ma­ğa­za­da kon­serv­ləş­di­ril­miş zo­ğa­la rast gəl­mək olar. Mə­sə­lə bu­ra­sın­da­dır ki, zo­ğa­lın tər­ki­bin­də­ki or­qa­nik tur­şu­lar in­san or­qa­niz­min­də tə­bii in­su­li­nin in­ki­şa­fı­na op­ti­mal şə­ra­it ya­ra­dır.Zo­ğal həm də çox na­dir mad­də olan po­li­fe­nol mən­bə­yi­dir ki, on­dan da ka­pil­lyar­la­rın möh­kəm­lən­di­ril­mə­si üçün ya­rar­la­nır­lar. Zo­ğal­dan di­zen­te­ri­ya­nın müa­li­cə­sin­də də ge­niş is­ti­fa­də olu­nur. Ümu­miy­yət­lə, zo­ğal is­ha­la qar­şı yax­şı dər­man sa­yı­lır. Zo­ğa­lın qu­ru­du­lub, üyü­dül­müş tu­mun­dan isə sa­ğal­maz ya­ra­la­rın müa­li­cə­sin­də an­ti­sep­tik məl­həm ki­mi is­ti­fa­də olu­nur. Xalq tə­ba­bə­tin­də zo­ğal həm də iş­ta­har­tı­ran dər­man ki­mi qiy­mət­lən­di­ri­lir. Far­ma­ko­lo­ji xü­su­siy­yət­lə­ri nə­zə­rə alı­na­raq zo­ğal şi­rə­sin­dən rev­ma­tizm əley­hi­nə, bə­də­nin to­nu­su­nu nor­mal­laş­dı­ran, hə­ra­rə­tə qar­şı dər­man ki­mi is­ti­fa­də olu­nur. Zo­ğal­da bio­lo­ji ak­tiv mad­də­lə­rin çox­lu­ğu isə on­dan is­ti­fa­də nə­ti­cə­sin­də qan da­mar­la­rı­nın elas­tik­li­yi­ni ar­tı­rır və qan təz­yi­qi­ni nor­mal­laş­dı­rır. Zo­ğa­lın yar­paq­la­rın­dan ha­zır­la­nan çay bə­də­ni möh­kəm­lən­di­rən va­si­tə ki­mi töv­si­yə olu­nur. Tə­zə də­ril­miş zo­ğal mey­və­sin­dən ha­zır­la­nan si­rop isə ra­xit­lik, an­gi­na, sin­qa xəs­tə­lik­lə­rin­də, qan az­lı­ğın­da yax­şı ef­fekt ve­rir. Zo­ğal­dan bə­də­nin duz ba­lan­sı­nı nor­ma­ya sal­maq məq­sə­di­lə də ya­rar­lan­maq müm­kün­dür. Çin tə­ba­bə­tin­də zo­ğa­la və­rəm əley­hi­nə dər­man və qu­laq­da kü­yə qar­şı va­si­tə ki­mi ba­xı­lır. ABŞ-da isə bu gi­lə­mey­və­dən mal­ya­ri­ya­ya qar­şı va­si­tə ki­mi ya­rar­la­nır­lar.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 8481   Tarix: 25 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qış depressiyasından qoruyan 4 tövsiyə: Kimlər daha həssasdır?

Qışa daxil olarkən günlərin qısalması və günəş işığının azalması ilə birlikdə artan yorğunluq, istəksizlik və yuxuluq qış depressiyasının əlaməti ola bilər. Bəs kimlər daha həssasdır və bu depressiyadan necə qorunmaq olar?. Qaynarinfo xəbər verir ki, türk psixiatr Umut Mert Aksoy dərman istifadəsi olmada

27.11.2025 483
.

Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?

Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri

14.12.2025 524
.

Sinə xərçəngindən tam qurtulmaq mümkün deyil - Onkoloq

Onkoloq süd vəzi xərçənginin təkrarlanma riskinə diqqət çəkib. xəbər verir ki, onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib ki, süd vəzisinin çıxarılmasından sonra belə xərçəngin təkrarlanma riski mövcuddur. "Əməliyyatdan sonra on il ərzində qadınların təxminən 10%-i xərçəngin təkrarlanması ilə qarşılaşır

07.12.2025 369
.

İtalyan uzunömürlülüyünün sirri: Qədim genlər...

Alimlər italyan uzunömürlülərinin uzunömürlülüyünün sirrinin təkcə həyat tərzi və Aralıq dənizi pəhrizi ilə deyil, həm də ovçu-yığıcıların qədim genetik irsi ilə əlaqəli ola biləcəyini aşkar etdilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub. Beynəlxal

17.12.2025 269
.

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır

11.12.2025 385
.

Gündə bir fincan çay sümükləri qoruyur?

Professor Envu Liuya görə, əldə olunan nəticələr hər gün bir fincan çay içməyin yaşlanma dövründə sümük sağlamlığını dəstəkləməyin sadə yollarından biri ola biləcəyinə işarə edir. Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, orta səviyyədə qəhvə istehlakı təhlükəsiz görünsə də

16.12.2025 317
.

Xərçəng riskini artıran gündəlik 3 vərdiş

Alman mütəxəssisləri insanların gündəlik vərdişlərini təhlil edərək hansı davranış modellərinin xərçəng riskini artıra biləcəyini müəyyənləşdiriblər. BİG.AZ xəbər verir ki, həkimlər üç əsas vərdişi xüsusilə təhlükəli adlandırırlar. Məlumdur ki, bədxassəli şişlər çox vaxt zərərli vərdişlər fonunda yaranır

28.11.2025 642
.

Təzyiqiniz normada olmur?

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş

29.11.2025 418
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

01.12.2025 557
.

TOP MP3