Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTO

1982-ci ilin 12 avqustunda 4 uşaqlı ailədə dünyaya gələn Məryəm evin ikinci uşağı olub.

Türk atası, alman anası olan bu gözəl xanım Kassel şəhərində doğulub, amma sonradan ailəsi Hamburqa köçüb.

Burada aktyorluq və teatr üzrə təhsil alan Məryəm o illərdə bu qədər populyar olacağını ağlına belə gətirməyib.

"Möhtəşəm yüz il" serialındakı Hürrəm sultan obrazı ilə şöhrət qazanan Məryəm daha sonra iş adamı Can Atəşlə olan münasibəti ilə gündəmə gəldi. Can Atəşin etiraz etməsinə baxmayaraq, qızı Laranı dünyaya gətirən aktrisa cəsarətli addımlar atması və səmimiliyi ilə bir daha pərəstişkarlarının ürəklərini fəth etdi.

Aktrisa Almaniyada bir çox seriallarda və filmlərdə rol alsa da, əsl şöhrətin dadını Türkiyədə hiss edib. "Möhtəşəm yüz il" serialında canlandırdığı Hürrəm sultan rolu ilə bir anda populyarlaşan Məryəm sadəcə aktrisalıq bacarığı ilə deyil, həm də gözəlliyi ilə hamının sevimlisinə çevrildi.

Məryəmin gözəlliyi sayəsində "Möhtəşəm yüz il" reytinq rekordları qırdı, aktrisa isə bütün qadınların stil ikonasına çevrildi. Tarixi bir serial olmasına və qrimlərin, aksessuarların keçmiş dövrləri xatırlatmasına baxmayaraq Hürrəm sultanın hər aksessuarı, hər saç modeli maraqla qarşılandı.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOElə həyatda da Məryəm Üzərlinin geyim tərzi və saç modellərini qadınlar təqib etməyə başladılar.

1.72 sm boyu, gözəl mavi gözləri və kürən saçları olan bir xanımın qarderobunda nələr var? Bax bu sual hamını maraqlandırır.

Amma biz Məryəmin qarderobundan öncə saç stillərinə nəzər salmaq istəyirik. Çünki onun geyimlərindən çox saçları diqqət çəkir və qadınların rəğbətini qazanır.

"Möhtəşəm yüz il" serialı yayımlandıqdan iki həftə sonra İstanbul küçələrində bir anda kürən saçlı qadınların sayı artdı. Həmin illərdə hamı salonlara üz tutaraq "Hürrəm saçı" istəməyə başlamışdı. Elə indi də bu diqqət çəkən və qadına seksuallıq bəxş edən saç rəngi dəbdədir.

Düzdür, artıq Məryəm Üzərli öz imicini dəyişib, saçlarını başqa rəngə boyayıb. Amma hələ də onun "Hürrəm saçı" müzakirə edilir.

Məryəmi adətən ortadan ayırdığı, iri dalğalı saçları ilə görməyə alışmışıq. Bu model təbii və gənc bir görüntü vermək üçün idealdır. Saçı buruq olan xanımlar bu modeldən rahatlıqla istifadə edə bilərlər.

Bu saç modelində isə iri dalğalı saçını yana atıb. Tünd rənglərin hakim olduğu makiyajı sayəsində həm saç rəngi daha canlı görünür, həm də üz cizgiləri daha cəlbedici olub.

Hürrəm Sultanın da, Məryəmin də ən çox müraciət etdiyi saç modeli budur. Aktrisa həm dalğalı, həm də düz saçlarını yarım toplayaraq rahatlıqla şıqlığın harmoniyasını yarada bilir.Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOBu saç modelinə şərh yazmağa ehtiyac yoxdur. Möhtəşəm!
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOHamı bilir ki, mavi gözlü xanımlara ən çox qara rəng saçlar yaraşır. Elə Məryəmə də. Ancaq onu Hürrəm sultan rolunda görüb, kürən saçlı Məryəmə öyrəşənlər bu fikri qəbul etməyə bilərlər. Bilmirəm diqqət etdinizmi, gözəl aktrisa bu fotoda məşhur müğənni Keti Perriyə oxşayır.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOBir insana hər saç rəngi yaraşa bilərmi? Əgər bu Məryəm Uzərlidirsə, bu sualın cavabı "bəli" olacaq. Gördüyünüz kimi sarı rəng saç da aktisada çox yaxşı qalıb.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOMəryəm saçlarını ortadan ayırıb, arxadan toplamağı da çox sevir. Bu saç modeli onun üz cizgilərinə çox yaraşır və məsumluq bəxş edir.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOHürrəm sultan stilinin vaz keçilməz detalı saç aksessuarlarıdır. Gündəlik həyatda olmasa da, serialda Məryəmi saç aksessuarı olmadan görmək mümkün deyil. Hürrəm sultan tacı adlandırılan bu aksessuarları hər saç modeli ilə istifadə etmək mümkündür.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOOnu da deyim ki, aktrisa fərqli saç stillərində görünməyi çox sevir. O, "İnstagram"da tez-tez fərqli pariklərlə çəkilmiş fotolarını paylaşır. Məryəm fərqli rəng və modellərdə olan saçları ilə fotoqraf dostu Urban Rufa pozalar verir.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOMəryəm Üzərlinin saçlarından söz düşmüşkən onun saç şampunu reklamında rol aldığını qeyd etmədən keçmək olmaz. Bəli, "Elidor" firması Hürrəmin saçlarına olan marağı nəzərə alaraq Məryəm Üzərlini öz siması seçib. Həcmli və parlaq saçları ilə olduqca gözəl görünən aktrisa reklam rolikində gözəl saçlarının sirrini xanımlarla bölüşüb.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOHəmişə təbiiliyə üstünlük verən Məryəm Üzərli gündəlik həyatda çox sadə geyinsə də, dəvətlərə şıq geyimlərdə gəlir.

Onun möhtəşəm ziyafət libasları qatıldığı dəvətlərdə həmişə diqqət mərkəzində olur. O, göz və saç rəngini ortaya çıxaran geyimlərə üstünlük verir.

Xüsusilə qırmızı, mavi və qara rəngli paltarlarda özünü rahat hiss edir. Daha çox maksi donlar geyinir, ancaq onu qısa geyimlərdə də görmək mümkündür. Daha çox sinə dekoltesinə üstünlük verir.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOOnu da qeyd edim ki, aktrisa "Möhtəşəm yüz il" serialında sinə dekolteli paltarlar geyinmək üçün slikon da qoydurmuşdu.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTODəvətlərin göz qamaşdıran gözəlçəsinə çevrilən Məryəm gündəlik həyatda rahatlığa üstünlük verir. O paparassilərin fotokameralarına adatən şapka, günəş eynəyi, qısaqol mayka, şort, ayağında səndəllə tuş gəlir.

Modanı izləmədiyini deyən aktrisa qarderobunda hər tərzə uyğun geyim olduğunu bildirir.

Cinslərə, xüsusilə, cins şortlara aludəçi olan gözəl hiss etdiyi kimi geyindiyini deyir: "Necə hiss etsəm, ona uyğun geyinirəm. İnsanlar mənim şıq olmadığımı düşünə bilərlər və "kaş Məryəm daha gözəl geyinər" deyə bilərlər. Amma mən yuxudan oyananda özümü yaxşı hiss edəndə yaxşı, pis hiss edəndə isə rahat və sadə geyinirəm. Rənglərin uyğunluğu mənim üçün önəmli deyil".
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOAktrisa o qədər sadə geyinir ki, İstanbula gələnə qədər onun sadəcə hər mövsüm üçün 4-5 ayaqqabısı olub. Ancaq İstanbula gəldikdən sonra dəvətlərin sayı artdığı üçün geyimlərə daha çox pul xərclməli olub. Gündəlik həyatda idman ayaqaqabılarına və səndəllərə üstünlük verən gözəlçə müsahibələrinin birində Türkiyəyə gələnə kimi hündürdaban ayaqqabı geyinmədiyini açıqlayıb.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOAlmaniyadakı sadə həyatından ayrılıb Türkiyədə dəb ilahəsinə çevrilən Məryəm bir çox jurnalların üz qabığına da çıxıb. Onun populyarlığından və gözəlliyindən yaxşı mənada faydalanmaq istəyən bir-birindən məşhur nəşrlər aktrisanı üz qabığına çıxartdılar. Bunlardan biri "İnstyle" jurnalı idi. Jurnal üçün edilən fotosessiya zamanı Məryəmin əsasən, göz rəngi və üz gözəlliyi vurğulanıb.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOMəryəmin üz qabığında yer aldığı bir digər jurnal isə "Marie Claire" olub. Bu fotosessiyada isə aktrisa cəsarətli pozaları və dekolteli geyimləri ilə yadda qalıb.
Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTOKürən saçları ilə dünyanı özünə məftun edən qadın - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 11807   Tarix: 25 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 196
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1115
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1891
.

Alimlər zəhərə davamlı qurbağa növü aşkar atdilər

Alimlər gözlənilməz dərəcədə güclü zəhər dözümlülüyünə malik və təhlükəli iynələrinə baxmayaraq, mütəmadi olaraq eşşəkarısı ilə qidalanan qurbağa növü aşkar ediblər. xəbər verir ki, tədqiqatçıların fikrincə bu növ heyvanlarda zəhərə tolerantlığın necə formalaşdığını öyrənmək üçün faydalı bir model ol

07.12.2025 347
.

Bu doğum tarixləri "qızıl illər" hesab olunur

Yaş artdıqca təcrübə qazanırıq, təcrübə isə bizə daha geniş baxış bucağı və müdriklik gətirir. İnsan böyüdükcə intuisiya, qabaqcadan duyma və daxili bilik güclənir. Həyatın daha yetkin çağlarında kim olduğumuzu, nəyə ehtiyac duyduğumuzu və bizi ali məqsədimizdən nəyin uzaqlaşdırdığını daha aydın şəkild

04.12.2025 543
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

00:28 129
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 573
.

Soyuducuya şüşə banka qoymayın - XƏBƏRDARLIQ

Soyuducuda şüşə banka saxlamaq göründüyü qədər təhlükəsiz deyil. Mütəxəssislər bildirirlər ki, şüşə materialı temperatur dəyişikliklərinə qarşı həssas olduğundan, ani soyuma və ya içindəkilərin donması nəticəsində çatlama və ya qırılma ehtimalı artır. Bu isə həm qida itkisinə, həm də təhlükəli qırı

13.12.2025 203
.

İlin ən yaxşı maşınları müəyyənləşdi - Gözlənilməz nəticələr - SİYAHI

"Consumer Reports"un reytinqinə görə ən yaxşı və ən pis avtomobillər açıqlanıb. xəbər verir ki, ABŞ-nin nüfuzlu "Consumer Reports" nəşri Amerika üzrə bu ilin ən yaxşı və ən pis avtomobil markalarını açıqlayıb. Reytinq test nəticələri, etibarlılıq və sahiblərin məmnuniyyəti əsasınd

06.12.2025 255
.

TOP MP3