Azərbaycan müğənniləri harada dincəlir? – sorğu

Azərbaycan müğənniləri harada dincəlir? – sorğu"Onlar" verilişi sənət aləminin tanınmış simalarının yayda harada istirahət edəcəkləri haqqında sorğu aparıb.

BiG.AZ-ın axsam.az-a istinadla məlumatına görə, məşhurlar dincəldikləri məkanlar və xərclədikləri pullar barədə məlumat veriblər. Keçirilən sorğunun nəticələrini təqdim edirik:

Müğənni Elnur Məmmədov: "Artıq istirahətə yollanmağa ölkə tapmıram. Təkrar yerlərə gedirəm. O qədər dövlət gəzmişəm ki... Braziliyaya getmək istəyirəm, amma yol uzundur, hövsələm çatmır. Ola bilsin, yenidən Maldiv adalarına getdim və ya elə Bakıda qaldım. Rio-de Janeyroda karnavala qatılmaq istəyirdim, o da qurtarıb. Konsert və klip çəkilişləri üçün Amerikada olanda bir qəpik də xərcləmədim. Çünki hər şey qabaqcadan hazırlanıb, bütün xərclər ödənmişdi".

Müğənni Sevda Yahyayeva: "Ən çox sevdiyim ölkə Türkiyədir. İstanbulda dincəlməyi xoşlayıram. Hansı ölkədə olsam da, oradakı kimi zövq almıram. Yəqin bizə yaxın olduqlarına görədir. Amerikaya gedəndə dünyamiqyaslı şoulara qatıldım, pulumun çoxunu xərclədim. Dedim, bir də bunları görməyəcəm, qoy gəzim.

Müğənni Eldar Qasmov: "Hara olursa, olsun isti bir yeri seçirəm. Bu il isə Türkiyəyə, sonra isə Dubaya getməyi planlaşdırıram. Eşitmişəm ki, Dubayda dəniz suyunun hərarəti 30 dərəcədən yüksəkdir. İstirahətdə xərclədiyim pulları saymıram. Şoppinqi sevmirəm. Vaxtımı sırf dincəlməyə sərf edirəm.

Müğənni Xumar Qədimova: "Ölkə adı çəkməyi sevmirəm. Harda oldum, hardan gəldim deməyin əleyhinəyəm. Məkan adi ola bilər, amma mən orada gözəl dincələrəm və yaxud da əksinə. Günəş vannası qəbul etməyi xoşlamıram. Mənim dərimin rəngi belədir. Anadan bu cür doğulmuşam.

Meyxanaçı Namiq Qaraçuxurlu: "İstirahət üçün ürəyim gedir. Buna çox ehtiyacım var. Amma hələ ki dəqiq qərar verməmişəm. Ən rahatı və ağlımıza gələni Türkiyədir. Yəqin ki, ora gedəcəm. Ən böyük məbləği İtaliyada xərcləmişəm. Harada brend görürdüm, ora qaçırdım. Amma indi ağıllanmışam. Düşünürəm ki, İtaliya istehsalı olsun, brendliyi vacib deyil.

Əməkdar artist Abbas Bağırov: "Nə gözəl... Kaş mənə də istirahət qismət olardı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2050   Tarix: 22 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23.04.2024 1518
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1320
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1528
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 430
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 763
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 518
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1240
.

"Banu"nun Güneli TANINMAZ HALDA , görün necə DƏYİŞİB- FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşımı ilə diqqət çəkib. BİG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Fotoya çoxsaylı tərif gəlib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 1132
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

26.04.2024 1054