Çimərliklərdə reydlər başlanıldı

Çimərliklərdə reydlər başlanıldıÇimərlik sahələrində, istirahət mərkəzlərində və ictimai iaşə obyektlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, çimərliklərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması, o cümlədən sahil xəttində formalaşan bərk məişət tullantılarının, çirkab suların qanunamüvafiq qaydada idarə olunması vəziyyətinə nəzarəti gücləndirmək məqsədi ilə Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin yerli qurumlarının əməkdaşlarının iştirakı ilə Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində fəaliyyət göstərən obyektlərdə və bələdiyyə mülkiyyətinə aid olan ərazilərdə növbəti mövsümi reyd keçirilib.

Keçirilən reydlər zamanı çimərlik sahələrində, istirahət mərkəzlərində və ictimai iaşə obyektlərində bərk və maye mənşəli məişət tullantılarının idarə olunması zamanı ekoloji qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkar edilib. Məişət tullantılarının qalaqlanması, yandırılması, çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması faktları ilə bağlı Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində fəaliyyət göstərən kafe, restoran, istirahət mərkəzlərinin iş icraçıları barəsində ümumilikdə 50-dək protokol tərtib olunub.

Qeyd edək ki, Xəzər sahillərində fəaliyyət göstərən obyektlərdə və ümumiyyətlə sahilyanı ərazilərdə bərk məişət tullantılarının və çirkab suların idarə olunmasına cavabdehliyi bilavasitə həmin obyektlərin sahibləri və aidiyyəti üzrə şəhər, qəsəbə və kənd bələdiyyələri, icra orqanları daşıdığı üçün yerli özünüidarəetmə orqanları və icra strukturlarına tabeliklərində olan ərazilərdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması barədə xəbərdarlıqlar edilib.

Hazırda qanun pozucularının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin maddələrinə müvafiq olaraq zəruri tədbirlər görülür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1160   Tarix: 25 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır

"Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna yeni əlavələr edilməsi təklif edilir. "Report" Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyə

28.04.2024 272
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 336
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 139
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 120
.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

28.04.2024 187
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 167
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 97
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28.04.2024 153
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 833