Tünd və qaynar çay içməyin - Zərərləri
Çay Azərbaycanda ən çox sevilən içkilərdən biridir. Yorğun vaxtlarımızda, dostlarla görüşəndə, qonaq qəbul edəndə süfrələrimizin ilk bəzəyi çay olur. Ətirli çay yorğunluğu çıxarmaqla yanaşı, həm də sağlamlıq üçün faydalıdır. Ancaq çay qaynar içildikdə orqanizmə faydadan çox ziyan verir. Üstəlik əgər həmin qaynar çay tünddürsə onun zərəri ikiqat artır.
BiG.AZ Modern.az saytına istinadən mütəxəssislərin məsləhətini diqqətinizə çatdırır.
Məsələ ondandır ki, qaynar çay təkcə boğazı deyil, həm də qida borusunu, mədə divarlarını qıcıqlandırır. Bununla da uzun müddət qaynar çay içən insanlarda ciddi xəstəliklərin yaranması ehtimalı artır.
Alimlərin gəldiyi nəticəyə görə, 62 dərəcədən yuxarı temperaturda olan çayı içmək mədə-bağırsaq sistemində ciddi xəstəliklərə səbəb olur. Çayın içilməsi üçün onun temperaturu maksimum 56 dərəcə olmalıdır. İsti çay qida borusunda xərçəng xəstəliyinin yaranma riskini artırır.
Tünd çay içmək həvəsindən də imtina etmək lazımdır. Çünki tünd çayın tərkibində kofein və tanin daha çox olduğuna görə bu baş ağrılarına və yuxususluğa səbəb ola bilər.
Çayın faydalarından yararlanmaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:
Axşamdan qalmış çayı içməyin. Bir neçə saat əvvəl dəmlənmiş çayın tərkibində orqanizmə fayda verəcək heç nə qalmır. Əksinə, köhnə çayın tərkibində sağlamlıq üçün təhlükə yaradan maddələr əmələ gəlir.
Yeməkdən dərhal sonra çay içməyin. Nəzərə alın ki, yeməkdən sonra çay mədə şirəsinin ifrazını kəskin şəkildə azaldır və bunun nəticəsində həzm prosesi çətinləşir. Ən azı yeməkdən 20-30 dəqiqə sonra çay içmək məsləhət görülür.
Gün ərzində 4-6 fincandan artıq çay içməyin. Çalışın çaya olan tələbatınızı su ilə əvəz edəsiniz.
Tünd çay dəriyə mənfi təsir göstərir, xüsusilə üz dərisinin rəngini tutqunlaşdırır. Bu səbəbdən də çay dəmləyərkən onun tünd olmamasına diqqət yetirin.
Quru çayın saxlama qaydalarına riayət edin. Nəzərə alın ki, quru çay ətrafındakı digər qida məhsullarının qoxusunu və rütubəti özünə asanlıqla çəkir. Buna görə də onu quru yerdə və ayrı saxlamaq lazımdır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 6102 Tarix: 23 iyul 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571